Yaraşıqlı deyildi, amma xarizmatik görkəmi ilə hamını heyran etməyi bacarırdı. Kənardan kobud xasiyyətli insan təsəvvürü yaradırdı, amma olduqca mehriban və səmimi idi. Dinamik, şən, səmimi, peşəkar, istedadlı. Adriana Çelentanoya səhnəyə sığmayan adam da demək olar bəlkə.
Adriano Çelentano 6 yanvar 1938-ci il Milanda anadan olub. O, ailənin beşinci uşağı idi. Müharibə illərindən sonra Çelentanonun ailəsi Proqloda yaşamağa qərar verir. Ailənin maddi durumunun ağır olması ilə bağlı Çelentano təhsilini yarımçıq qoyur. Ailəsinə yardım etmək üçün saatsaz emalatxanasında işə düzəlir. Adriano gecələr həmyaşıdları kimi gitara çalmaqdan doymurdu. Özünü Elvis Presliyə oxşatmaq istəyirdi. Çoxlarını təəccübləndirsə də, bu, Çelentanoda alınırdı.
Günlərin bir günü maraqlı hadisə yaşanır. Özü də Adriananın həyatı boyu təsirindən çıxmayacağı hadisə. Belə ki, çox cazibədar, sarışın bir xanım saatını təmir etmək üçün emalatxanaya gəlir. Qadın saatı verib gedir. Ancaq onun götürmək üçün heç vaxt qayıtmır. Bu hadisə hər gecə Adriananın yuxularında peyda olmağa başlayır. Sarışın qadın gəlir, onun çarpayısında oturur, saatı ona uzadır, yox olur. Sonralar demək olar ki, həmişə üstündə gəzdirəcəyi saat onun üçün beləcə doğma əşyaya çevrilir.
“Prujin adam”
Onun plastikası isə heyranedici idi. Təsadüfi deyildi ki, sonralar ona “Moledjiato” ləqəbi verəcəklər. Yəni “prujin adam”. Bu ləqəbi o, hərəkətlərinə görə qazanmışdı. Onun kimi heç kim bacarmırdı. Musiqi onun əsl ehtirası idi. Daha sonra o estrada qruplarında oxumağa başlayır. 21 yaşında isə Çelentano kinoda görünür. Onu ilk dəfə filmə başqası yox, məhz Federiko Fellini dəvət edir. Maraqlısı o idi ki, debüt filmi olan “Şirin həyat”da da Çelentano oxuyurdu. Bax, elə bundan sonra onun ulduzu parlamağa başlayır. Özü də təkcə aktyor kimi yox. Onun diskləri rekord sayda satılır.
Yöndəmsiz italyan
Onu təkcə italyan xanımları sevmirdi. Bütün dünyanın qadınları bu yöndəmsiz italyana vurulmuşdu. Onda qəribə bir cazibə vardı ki, bütün sədləri dağıda bilirdi. Daxilindəki enerji, müsbət aurası, gülüşü qarşısındakılardan heç kəsi biganə qoymurdu.
Onun ”Stefano”, “Blef”, “İnadkarın ram edilməsi” filmlərini yada salmaq kifayət edir. Kobud, özünəvurğun, sadəlövh olan Çelentanonun qəhrəmanlarının maskası altında incə yumor, incə qəlb gizlənirdi.
“Çelentanonun istedadı Neapol körfəzinin günəş şüalarından parıldaması kimi gözqamaşdırıcıdır” deyirdi tənqidçilər.
Çelentano bu istedadı ilə mübahisələrə girişmirdi, sadəcə yaşayıb, yaradırdı. Və vurulurdu...
Həmin dövrdə hər bir italyan qadını üçün Çelentano həyat üçün mühüm olan hava kimi idi. Hamı ona vurulurdu. Bütün karyerası ərzində Adrianonu müxtəlif şayiələr izləyib. Müxtəlif qadınlarla olan münasibətlərindən bəhs edən əfsanəyə bənzər sevgi əhvalatları. Və bu söhbətlərin ən səs-küylüsü onun “İnadkarın ram edilməsi”ndə tərəf müqabili olan gözəl Arnella Muti ilə olan macərası idi. Hətta Arnella bu əhvalata görə ərindən ayrıldı. Amma Adriano öz xanımı Klaudiya Moriyə sadiqliyini qorudu.
Mən bu meymunla öpüşməliyəm?
1963- cü ildə məşhur rejissor Federiko Fellini Adrianonu "Şirin həyat" filmində çəkilməyə dəvət edir. Çəkiliş günlərinin birində qrim otağında Adrianoya elə gəlir ki, yuxularının sarışın qadını indi qabağında dayanıb saatı ona uzadır. Adriano şok keçirir. Və çəkilişləri yarıda qoyub məkanı tərk edir. O filmdən yalnız mahnı ifa etdiyi kadrlar qalır.
Ancaq filmdən sonra onun səsi - sorağı yayılmağa başladı. Xüsusən də qadınların arasında ona qarşı olan maraq Adrianonun haqqında dillərə dastan olacaq eşq macəralarının yayılmasına səbəb olurdu. Amma günlərin bir günü. Hə, günlərin lap gözəl bir günündə, böyük çəkiliş məkanında Adrianonun başını gicəlləndirən gözəllik ilahəsi onun qarşısında dayanır. O, Klaudio Mori idi .
Aktrisa onu görəndə əsəbindən gözləri böyüyür. Rejissora acıqlanır. "Necə? Mən bu meymunla öpüşməliyəm?" Amma bu meymun necə olur olsun aktrisanı ələ almalı idi. Bu cəhdi çox uğurlu alınır. Hətta bu öpüş onların xoşbəxt ailə həyatının təməlini qoyur. Çəkilişdən cəmi bir həftə sonra artıq hamı məşhur cütlüyün sevgisindən danışırdı.
Səhərə yaxın kəbin
Onlar çəkiliş meydançasında tanış olmuşdu. “Hansıda qəribə top” filminin çəkilişləri vaxtı. Onların belə ötəri ehtirasının Adrianonun evlilik təklifi ilə yekunlaşacağını heç kim gözləmirdi. O zaman Adriano Çelentano hamının tanıdığı və sevdiyi ulduz idi. Klaudiya Mori isə heç kəsin tanımadığı estrada aktrisası. Amma Adriano məhz onunla ailə qurmaq istədi. Nümunəvi və sadiq ailə. Tanışlıqdan bir il sonra onlar evləndilər. Kəbin mərasimini cütlük səhərə yaxın təşkil etdi. Ona görə ki, Adriano paparatsilərin kamerasına tuş gəlmək istəmirdi.
Şəhərdə vals
Onlar 40 illik ailə həyatında bir dəfə də olsun paparatsilərə səs-küy yaradacaq poza vermədilər. Hətta evliliklərinin 40 illiyində belə bədbəxt paparatsilər bir dənə də “ləzzətli” kadr tuta bilmədi.
Beləliklə, hamının gözündən uzaqda ailə quruldu. Və daha sonra adi həyat başladı. Həyəcanlı, enişli, yoxuşlu həyat. Klaudiya yaxşı başa düşürdü ki, ailəni qoruyub saxlamaq istəyirsə, nələrəsə göz yummalıdır. Çünki o kimin arvadı olduğunu yaxşı dərk edirdi. On minlərlə pərəstişkar ordusu hər yerdə Adriano Çelentanonu izləyirdi.
Amma Klaudiya düzgün qərar verdi. O, əri ilə münaqişə və mübahisələrə girişmədi. Klaudiya ərinin imicmeykeri vəzifəsini üzərinə götürdü. Və bu işdə əvəzedilməz oldu.
Hətta Klaudiya ərinin imicinə müsbət elementlər qatacaq səs-küylü qalmaqallar yaratmağa başladı.
Klaudiyanın təklifi ilə o, günlərin bir günü şəhərdə vals oynamağa başladı. Tıxac, qarışıqlıq və nəhayət, polis idarəsi. Sonda məlum oldu ki, Adriano növbəti filmin məşqini edirmiş. Bax, bu, həmin filmin əsl reklamı oldu.
Klaudiyanın bu kimi əllaməli PR menecerliyi Adrianoya ləzzət verirdi. O, jurnalistlərə bu barədə belə demişdi: “Bu, sadəcə mənim kefimi açırdı”.
Sevimli kişiyə həsr olunmuş ömür
Amma hər şey sadə və gözəl deyildi. 80-ci illərin əvvəlində qəzetlərdə belə bir başlıq peyda oldu: “Moledjiato tezliklə subay qalacaq”. Həqiqətən də onlar bir müddət ayrı yaşadılar. Amma hər şey qaydasına düşdü. 1991-ci ildə Klaudiya Adriano Çelentanoya məxsus olan “Çelentano klanı” studiyasına rəhbərlik etməyə başladı. Bu isə o demək idi ki, danışılanlar və yazılanlar boş şeydir.
Onların artıq üç övladı vardı – Rozita, Cakomo və Samuel. Nəhəng villada yaşayan ailə üçün Klaudiya əsl klan başçısı idi. O Adrianonun həm prodüseri, həm vəkili, həm meneceri, həm cangüdəni, həm də katibəsi idi. Ailənin dostları deyir ki, Klaudiya bunların öhdəsindən çox gözəl gəlirdi.
Cütlük çox səs-küylü gecələri, əyləncələri sevmir. Öz malikanələrində qapalı həyata daha çox üstünlük verirlər.
“Sevimli kişiyə həsr olunmuş ömür. Bu, hər bir italyan xanımının arzusudur. Gileylənə bilmərəm. Tale mənim üzümə gülüb” – deyir Klaudiya.
Çoxları buna inanmır. Amma onlar 40 ildən artıqdır ki, bir yerdədir. Toylarının 40 illiyində qonaqların hər birinə Klaudiya və Adrianonun imzası ilə dəvətnamə göndərilmişdi. Dəvətnamənin üzərində isə belə yazılmışdı: “Bu gün biz hələ də bir-birimizi sevirik”...
Adriano Çelentano haqqında məlumat hazırlayarkən onu hansı bölməyə yerləşdirəcəyimi bir qədər düşündüm, Çünki Çelentano aktyor, estrada müğənnisi, bəstəkar, rejissor, ictimai xadim, televiziya aparıcısıdır.Daha sonar tarixi şəxsiyyətlər bölməsini qərara aldım, məncə özünəməxsus tərzi, səsi, ifası, aktyorluğu ilə dövrü üçün inqilab etmiş bir insandır. O, bütün adət edilmiş, qəbul olunmuş tapuları qırmış və sevənlərinin qəlbində öz dəlisovluğu, hər kəsdən fərqli imici ilə yer eləmişdir. Xatırladım ki, müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq bir dövrdə Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb. 1960-1992-ci illər arasında 35-ə yaxın filmdə rol alıb.
Komediya janrında çəkilmiş iki filmini təqdim edirəm. Xoş izləmələr...
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Azərbaycanda hava şəraiti dəyişəcək, qar yağacaq
Dəbli ayaqqabılar
Elektron siqaretlərdə virus tapıldı
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Təzminat üçün 19 milyon ödəyəcək-FOTO
Məşhur aktyor infarkt keçirdi
Dəbli geyimlər
Alimlər Venerada okean izləri tapıblar
Burak və Özgenin 150 minlik tətili-FOTO
Prezident İlham Əliyev Salyan və Biləsuvar rayonlarında səfərdədir
Yetər ki, qərar verin!
SportAlm-dan 2010 idman stilli geyimlər
Ərdoğan məşhur aşpazın qonağı oldu
Hava haqqında
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Hövsələnizin sərhədi haradadır?
Dünyaca məşhur villa satışa çıxarıldı-FOTO
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Məşhurların makiyajsız halı
Emin konsert verdi-FOTO
Azərbaycanda son sutka ərzində 50 nəfər koronavirusdan sağaldı
HAVA necə olacaq? 28-yanvar
"Neft Daşları" yatağında yeni quyu istismara verilib
7 addımda gözaltı torbalardan xilas olun!
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Prezidentlər görüşəcək
La Liqa: Arda Turan coşdu, "Barsa" 3 qolla rəqibi üzdü
"Dərs vaxtı"nın 22 sentyabr cədvəli AÇIQLANDI
Bakının təkrar mənzil bazarında vəziyyət necədir?
Bakıya girişi bağlayırlar
İsti havalarda dərimizi necə qorumalıyıq?
Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən körpənin yaxınlarına kömək edib
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Afina küçələrində sənətkarlıq nümunələri
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər
Kağız planşet oldu
Ən kök adam 250 kq arıqladı - FOTO
Xəyallarımızdakı evlər
Matcha çayı ilə arıqlamaq
Məşhur aparıcı canlı yayımda rüsvay oldu-VİDEO
Azərbaycanın təhsil müəssisələrində yeni akkreditasiya sistemi yaradılacaq
Azərbaycanda həkim olmaq istəyənlərin nəzərinə
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
İşinə yaxın olsun deyə, ABŞ-ın ƏN BAHALI evini aldı-FOTO
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Polislərdən gedişhaqqı alınsın! - "Baku Bus"dan göstəriş
Balotelli: "Messi və Ronaldu da..."
Məşhur serialların yeni uğuru
Beyazıt Öztürk villasını bu qiymətə satır
- ŞƏRHLƏR