Bakıda hava 17°
USD 1.7020 AZN
EUR 1.9062 AZN

Qısqanclıq hissi nədən yaranır?

Qısqanclıq hissi nədən yaranır?
Qısqanclıq sevginin gözəlliyini və cazibəsini zəhərləyərək məhv edir. - Z.Freyd (alman psixoloqu) 
Qısqanclıq nədir, qısqanclıq nədən yaranır? Sevənlər nə üçün qısqanır? 
Şübhəsiz, qısqanclıq dağıdıcı qüvvəyə malik olan bir hissdir. 
Psixoloqlar sizə bu mənfi hissdən azad olmaq üçün çıxış yollarını təqdim edirlər.
1. Öz hisslərinizi anlamağa çalışın.
Birinci növbədə özünüzə etiraf edin ki, sevdiyiniz insanı qısqanırsız. Qoy, bu sizin üçün problemi həll etməkdə ilk mərhələ olsun. Əgər siz keçirdiyiniz mənfi hissləri qəbul etməsəz,onları olduğu kimi qiymətləndirməyi bacarmasaz, daim daxili narahatcılıq, əsəbilik keçirəcəksiniz. 
Qısqanclıq hissi nədən yaranır?

2. Qısqanclığınızın səbəbini tapın.
Özünüzə sual verin: "Mən nəyə və nə üçün qısqanıram?" Bəlkə sizin rəqibiniz, sadəcə, yoldaşınızın işidir? Sevdiyi işə o, daha çox vaxt ayırır, nəinki sizinlə ünsiyyətə. Bu halda siz yalnız sevinə bilərsiz, çünki rəqibiniz cansızdı və ona qalib gəlmək asan olacaq. 
Amma adətən iş yerinə böyük həvəslə getmənin səbəbi daha dərin olur. Nəzərə alsanız ki, bu yaxında onların ofisində yeni xanım işçi peyda olub, onda işiniz çətinləşə bilər. Çunki bu halda rəqibiniz canlıdır və güman etmək olar, gözəldir. Mütləq yoldaşınızla fərziyyələrinizlə bölüşün. Onu vəfasız, sədaqətsiz olmaqda ittiham etməyə tələsməyin.
3. Davranışınızı təhlil edin.
Ola bilsin, siz son zamanlar yoldaşınıza yetərincə diqqət göstərmirsiniz. Başınız ya uşaqlara, ya maraqlı seriala, ya rəfiqələrinizin problemlərinə bir qədər çox qarışıb. Sizə yaxın olan insan özünə qarşı daim diqqət, sevgi, hörmət hiss etməlidir. Əks halda kənardan bu hisslərə tələbatlarını ödəməyə cəhd göstərəcək. 
Qısqanclıq hissi nədən yaranır?

4. Səhv nəticələr toplayıb qərar çıxartmağa çalışmayın.
Hətta əgər sizin qorxduğunuz esq macərası öz təsdiqini tapdısa, onda da yalnış addım atmağa tələsməyin! Yoldaşınızın əşyalarını toplayıb evdən atmaq və ya əksinə, öz əşyalarınızı yığıb evdən qaçmaq çox asan və ağılsız hərəkət olardı. Belə hadisələrdə "xeyirxah dostlarınız" da laqeyd qala bilmirlər. Mütləq sizin üçün gözəl fotolar, sübutlar tapıb qısqanclıq alovunu gücləndirəcəklər. Halbuki, bəzən özləri də bu işin səbəbkarlarından ola bilərlər. 
Siz sakitləşməyə çalışın. Bəlkə bu insanlarınsSizin ailənizin dağılmasında maraqları var? 
Əsəbi halda insan yalnız ağılsız nəticə çıxara bilər. Sakitləşin. Axı siz müdrik insansınız! Hər hansı bir balaca təkan sizi sarsıda bilməz! Siz daxilən güclü, özünüzə inamlısınız. Ona görə bir daha yoldaşınıza situasiyanı ətraflı izah etmək üçün imkan verin.
5. Qısqanmayın, əksinə ibrət götürün.
Rəqibinizin xasiyyətini öyrənin. Sizin yoldaşınızı onun hansı xüsusiyyəti cəlb etmişdi? Cavab tapdıqdan sonra öz üzərinizdə işə başlayın. Qoy sizə həyatda maneə olan insan sizin müəlliminiz olsun. 
Aynur Alimuradbəyli
Səslərin sayı: 5
28
3673
loading...
Şərhlər
Offline
......
Sevdiyini qisqanmaq gozel hissdir girl_ang Eger qisqanirsansa,demeli heqiqeten sevirsen. love
3 mart 2016 21:54
Offline
Gultekin
Qiaqancliq yaxsi seydir heddinde olanda daha sirin olur
26 aprel 2015 00:35
Offline
gulya akhundzada
Men oxuduguma gore rayonda qaliram.yoldawim ise seherde qalir.amma yoldawima guvenirem.amma herden ureyime qurd duwur no
25 aprel 2015 19:20
Offline
Azadə Həbibzadə
Qisqancliq mende var ama bildirmirem
2 aprel 2015 09:50
imza: Fərqindəyəm həyatimdaki saxta varliqlarin.İstəsəm cixarib atada bilerem.Amma bu qeder saxtaligin semimiyyetime ehtiyaci var!
Offline
Qadin net
vallah hele sevmirem qisqanam vapwey hec heckimi qisqanmiram
19 mart 2015 14:32
Offline
FERID
QISQANCLIX ODURKI KISI VE YA ARVAD AXILLI OLSUN VSO QEYRETILERIN QORUSUN
16 mart 2015 17:20
Offline
Qəribə
Sevgi varsa, demeli qısqanclıq mütləq olmalıdır. Təşəkkürlər Xəyalə xanim. give_ros
14 mart 2015 17:32
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
.....
Dehsetdiye vallah cray
11 mart 2015 11:40
Offline
S.S.90...Samir...
Daniwmaqnan qurtarmaz buu movzu....
9 mart 2015 00:22
Offline
samire memmedova
Mən də qısqancam. O demək deyil ki güvənmirəm. sadəcə olaraq çox sevdiyimdən hər şeyə qısqanıram
8 mart 2015 22:54
Offline
aliyeva aynur
KEMALE MEMMEDOVA,
Serin su kmk olur?))))))kmk olursa.onda VALLAH icerem.)))))
8 mart 2015 16:45
Offline
KEMALE MEMMEDOVA
aliyeva aynur,
Qisqanmaqa başladiğn an tez serin su ic.

Ne edirsiniz edin onsuzda tergide bilmeyeceysiniz.
8 mart 2015 14:23
Offline
S.S.E.
Qisqancligin da heddi var da
8 mart 2015 10:58
Offline
aliyeva aynur
Fatma xanım,
Men ozme hedsiz cox guvenirem.niwanlima da cox inaniram.zaten inanmasaydim indi onun uzuyu barmaqimda olmazdi.sadece onu o qeder cox istyrem ki hetta dostlari ile bele paylawmaq istemirem onu.istyrem tek menim olsun VESSALAM

zehra,
Tamamile raziyam.))))))

 MİRiyeva,
Qetiyyen razi deyilem.istyr butun dunya tokulsun ustume yene razilawmiram bu fikirle.belke hedsiz cox sevmemisiz kimise.ona gore bele duwunursuz.ama zehra xanim meni bawa duwer tek.mence o da menim kimi duwunur.hedsiz sevgi olanda insan wapwala donuyor))))))))))))))))
8 mart 2015 10:26
Offline
MİRiyeva
Qısqanclıq inamsızlıqdan yaranır
7 mart 2015 23:36
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
♫ Я тебя люблю ♫
Cox gozel xeberdir tesekkurler give_ros
7 mart 2015 23:20
Offline
zehra
seven insan qisqanaro ele birr hissdkrki ne inamskzliqdkr ne guvensizlikdir sadece qisqanqliq yarali yerimdi cray amma son zamanlar cox bildirmirem mocking xeber ucj gessekkurler
7 mart 2015 22:51
Offline
Fatma xanım
Mən belə düşünürəm ki o adam ki həddən çox qısqanır deməli o özünə güvənmir,düzdü qısqanclıq olmalıdı amma dərəcəsində duzunda nə şit nə də şor olmasın
7 mart 2015 21:53
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
aliyeva aynur
Men dehwet qisqancam.bilirem duz elemirem.ama o qeder heddi awiram ki kusub otururuq.niwanlimin da qelbini bow yere sindiriram.men ozmu nece sakitlewdrm ???
7 mart 2015 21:35
Offline
איסון ממדוב.
Cox sukur Allaha bos bosundan qisqanmaq kimi huyum yoxdu
7 mart 2015 21:27
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör