Martın 2-də Heydər Əliyev Mərkəzində “İncəsənət və zərgərlik” (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.Milli.Az Azər.Tac-a istinadən xəbər verir ki, sərgidə məşhur “Stephen Webster” brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsasında yaradılmış əsərlər nümayiş olunub.
Açılış mərasimində kolleksiyanı “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster təqdim edib.
Sərginin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirən Stiven Vebster burada nümayiş olunan əsərlərin tarixçəsindən söz açaraq deyib: “Mənim üçün çox böyük şərəfdir ki, sizin hər birinizin tanıdığınız Leyla Əliyeva ilə əməkdaşlıq etmişəm. Bu layihənin əsası dörd il bundan əvvəl Leyla xanım ilə mənim aramda kiçik bir söhbət əsnasında yaranıb. Həmin vaxt Leyla xanım məndən müasir incəsənət üslubunda zinət əşyalarının yaradılması haqqında nə düşündüyümü soruşmuşdu. Sonradan isə məndən müsahibə alan bir jurnalist Azərbaycan incəsənətinin motivlərini özündə əks etdirən zinət əşyalarını yaratmaq barədə nə fikirləşdiyimi xəbər almışdı.
Deməliyəm ki, bu gün ərsəyə gələn bu layihə həmin müzakirələrin və söhbətlərin təcəssümüdür.
Bildiyiniz kimi, sənətkarlar çox ehtiraslı, öz daxili dünyasını əks etdirən tərzdə işləyir və əl işlərini yaradırlar. Mən böyük məmnuniyyətlə Leyla xanımın rəsmləri ilə tanış oldum, onun düşüncə tərzini öyrənməyə çalışdım. Beləliklə, onun əsərlərində əks olunan çalarları öz dizaynım və 40 illik təcrübəmlə birləşdirib zinət əşyaları yaratmağa başladım. Şübhəsiz ki, bu zinət əşyaları əsərlərdə əks olunan həmin cizgiləri özündə qoruyub saxlamalı, eyni zamanda bir zinət əşyası kimi cəlbedici olmalı idi.
Bu gün burada siz bizim bu işin, mənim çalışdığım səylərin nəticəsi ilə tanış olacaqsınız. Ümidvaram ki, Leyla xanımın əsərləri əsasında yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək”.
Stiven Vebster diqqətə çatdırıb ki, “mənim işim nədənsə ilhamlanaraq yaranan hekayəni danışmaq və komandamı bunu qeyri-adi və avanqard bir əsərə çevirməyə ruhlandırmaqdır”.
Tədbir iştirakçıları sonra sərgiyə baxıblar.
“İncəsənət və zərgərlik” sərgisi “İtaldizain Group” şirkəti ilə birgə layihə çərçivəsində təşkil olunub.
“Stephen Webster” məhsulları zərgərlik aləmində həmişə cəsarətli, innovativ dizaynı ilə seçilir. Bu brendin uğurunun və çoxsaylı pərəstişkar sevgisi qazanmasının sirri ekzotik qiymətli daşlardan və müstəsna materiallardan istifadə edilməsində, eləcə də detallara hədsiz diqqət yetirilməsindədir.
Yaradıcılığa 16 yaşından başlayan Stiven Vebster hazırda öz nəslinin görkəmli dizaynerlərindən biri sayılır. O, Böyük Britaniya zərgərlik sənayesinə xidmətlərinə görə Britaniya İmperiyasının ordeni ilə (MBE - The Most Excellent Order of the British Empire) təltif olunub.
“Stephen Webster” kolleksiyalarının ideyası adətən ədəbiyyatdan, filmdən olan hansısa xatirə və ya musiqidən qaynaqlanır. Stiven Vebster indiyə qədər ingilis şair və rəssamı Vilyam Bleyk, fransız yazıçısı Jül Vern, ingilis yazıçısı Aqata Kristi kimi məşhurların əsərlərindən ilham alaraq zinət əşyaları hazırlayır.
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi martın 31-dək davam edəcək.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İlbiz yedi, 3 il komada qaldı-FOTO
Badamlı, çiyələkli keks (foto-resept)
Mətin Şəntürk
Türk serialı dünyada səs-küy yaratdı – FOTO
Karyera, yoxsa ailə həyatı?
BÜRCLƏR bizə nə vəd edir?-28 Mart
Günün qoroskopu: prioritetləri müəyyənləşdirin
Dünya belə yanğın görməmişdi
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Prezident və xanımı parkda - FOTO
Sizə yaraşan rəngi tapın
Evsizlər üçün xüsusi palto hazırladı
Yeri təhlükə gözləyir-Foto
Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (1)
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - VİDEO
Məşhur aparıcı intihar etdi-FOTO
Pambıq şəkəri necə hazırlanır?
Marsda cırtdan məxluq tapıldı? - FOTO
Zəncirli ayaqqabı dəbi
Bakıda keçiriləcək Yeni İl yarmarkalarının ünvanları açıqlandı
Balıq kotleti (foto resept)
Ali məktəblərə keçid balları açıqlandı
Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?
Barselonada dünyanın ən böyük məscidi tikilir
Tkemali sousu (Gürcü mətbəxindən )
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Almalı, nanəli şirə (foto resept)
Birinci xanım: "Bağışla, əzizim"
Evdə paltar yumuşaldıcısı hazırlayaq
Lənkəranda bayram namazı qılındı, qurbanlar kəsilib, dualar oxundu
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (2)
Yaponiyada görünməmiş istilər
Məktəblilər üçün şad xəbər
Bengünün toyu üçün 5 yük maşınında gül gətiriləcək
Ebru Gündeş Bakıda konsert verəcək
Apple və Google-un dühası
Mikrodünyanın canlıları: Planktonlar
"Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir"
"Whatsapp"dan möhtəşəm YENİLİK
Hindistanda "turşu" qanunu qəbul edildi
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Çiyələkli dondurma (foto resept)
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ
Bu il 10 min ailə dağılıb
İranda 8 narkotacir asıldı
''İlan'' salatı
Dünyanın ən sürətli prosessoru hazırlanıb
Zövqlü don modelləri
85 yaşlı qadın fenomen oldu - VİDEO
- ŞƏRHLƏR