Artıq neçə ildir ki, Azərbaycanda orta məktəblərdə şagirdlərin vahid məktəbli forması tətbiq olunur. Bu təcrübə digər ölkələr kimi Azərbaycanda da çox yaxşı nəticələr verib. Həmin formaların üstündə “Bakı Tikiş Evi”nin emblemi həkk olunur. Lakin digər ölkələrin praktikasına nəzar saldıqda görərik ki, məktəbli formalarının üstündə ölkələrini təmsil edən hansısa nişanə vurulur. Azərbaycand isə hələ də bu təcrübədən istifadə olunmur.
Bununla bağlı ilk dəfə olaraq ANS PRESS məsələ qaldırmışdı. Ötən il araşdırmalarımız zamanı məlum oldu ki, vahid məktəbli formalarının üstünə Azərbaycanı təbliğ edən yazı yaxud emblem vurulması problemsiz bir işdir. “Bakı Tikiş Evi”ndən bildirilir ki, vahid məktəbli formalarının üstünə Azərbaycan gerbinin, yaxud bayrağının təsvirinin vurulması geyimlərə daha da gözəllik verər. Bu iş nə vaxt aparar, nə də məhsulun qiymətinə təsir edər.
Müəssisənin qiymətləndirmə üzrə iqtisadçısı Səriyə Aslanovanın ANS PRESS-ə verdiyi məlumata görə, vahid formaların üstünə gerb, bayraq və s. kimi atributların vurulması yaxud, hansısa elementin əlavə olunması geyimlərin qiymətinə təsir etməz.
“Son günlər manatın dollara nisbətən ucuzlaşması bizim məhsulların qiymətinə heç bir təsir göstərmədi. Geyimlərə kiçik elementlərin artırılması nə təsir edəcək ki?
Qeyd edək ki, ANS PRESS olaraq ilk dəfə bununla bağlı məsələ qaldırarkən Təhsil Nazirliyində də məsələyə müsbət yanaşılmış və bununla bağlı araşdırmalar aparılacağı bildirilmişdi. Bildirilmişdi ki, vahid məktəbli formalarına dövlət atributları vurulması kimi addım gələn il atıla bilər. İndi vəziyyət nə yerdədir? Bunu öyrənmək üçün Təhsil Nazirliyilə əlaqə yaratdıq.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verdiyi məlumata görə, hələlik bu məsələ ilə bağlı heç bir yenilik yoxdur.
“Məktəbli formalarında dövlət atributlarının həkk olunması təhsilə aid heç bir hüquqi normativ sənəddə qeyd edilməyib. Bununla yanaşı, ayrı-ayrı məktəblər vahid formaların üstündə şagirdlərin hansı məktəbdə təhsil almalarını qeyd edirlər”, - deyə bildirilib.
Çox təəssüf ki, Azərbaycanda bu məsələyə hələ də soyuq münasibət bəslənir. Lakin digər ölkələrdə dövlətin təbliğatı elə ilk olaraq məktəbdən başlanır. Məsələn qonşu Türkiyədə məktəbli formalarının üstünə “Türkiyə Cümhuriyyəti məktəbi” kimi ifadə yazılır. Bu yazı şagirdin özünü vətəndaş və şəxsiyyət kimi hiss etməsinə böyük təsir edir. Murad Kahan adlı Türkiyə vətəndaşı deyir ki, bu səbəbdən şagirdlər özlərini lazımlı vətəndaş kimi hiss edir.
“Bizə orta məktəbdən öyrədirlər ki, biz vətəndaşıq. Bunu hiss etmək üçün məktəblərdə təbliğat aparılır. Təbliğatın əsas hissələrindən biri də, məktəbli formalarımızda Türkiyə vətəndaşı olmağımızı xatırladan sözdür. Məsələn, hansısa şagird küçədə nalayiq hərəkət edən zaman yaşlı biri ona yaxınlaşır və qolundan tutaraq, “Sən Türkiyə Cümhuriyyətinin vətəndaşısan, dövlətinin adını batırma”, - deyir və formanın üstündəki yazını öna göstərir. Bu tərbiyyə heç zaman bizim beynimizdən çıxmır”, - deyə Murad Kahan bildirib.
Bu yaxınlarda bu təcrübədən Rusiya da yararlanmağa başlayıb. Orada da. Rusiya Federasiyasının vətəndaşı olduğunu xatırladan atribut məktəblinin formasında həkk olunub. Bununla da, şagird özünü daha da məsuliyyətli hiss edir.
ANS PRESS-in qaldırdığı məsələni Azərbaycanın tanınmış ziyalıları da xoş qarşılamışdılar. Ziyalılarımız vahid məktəbli formalarına dövlətçilik nişanələrinin mütləq vurulmalı olduğunu demişdilər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar: “Əlbəttə yaxşı fikirdi. Olsa yaxşı olar. Uşaqlar arasında vətən sevgisini təbliğ edər”.
Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rəis Rəsulzadə: “Məncə pis olmazdı. Lakin buna nəzarət olmalıdır. Keçmiş SSRİ və ya, 20-ci əsrin əvvəllərində Azərbaycan Cümhuriyyəti dövründə orta məktəblərdə şagirdlərin vahid formalarının üstündə kəmər vardı. Kəmərin üstündə xüsusi emblemlər vardı. Bundan başqa, təhsil müəssisələrində dövlətçilik təbliğ olunmalıdır”.
Bakı Dövlət Universitetinn professoru, tarix elmləri doktoru Anar İsgəndərov: “Sizinlə birmənalı olaraq razıyam. Çox gözəl təklifdir. Bunu dəstəkləyirəm. Uşaqlara elə kiçik yaşlarından vətəni təbliğ etmək, vətən sevgisini yaratmaq lazımdır. Bunu heç qərar kimi qəbul etməsələr də olar. Sadəcə məktəblərdə, siniflərdə müəllimlər, valideynlər özləri təşkil edə bilər. Lazım deyil ki, fabrikdə formaların üstünə bayraq tikilsin. Bunu valideynlər də edə bilər. Məncə qəlbində vətən sevgisi olan şəxs heç vaxt buna qarşı çıxmaz. Yenə təkrar edirəm, çox gözəl ideyadır”.
Xalq artisti Flora Kərimova: İnanırsız bu təklif ürəyimdən oldu. Çox gözəl ideyadır. Yaxşı təşəbbüsdür. Bundan başqa, gərək hər dərs başlayan vaxt şagirdlərdən Azərbaycan himni, onun sözləri, müəlliflər soruşulmalıdır. Uşaqların beynində dövlətçilik idayaları həkk olunmalıdır. Ölkəmizə aid atributları əzbər bilməlidirlər. Hansı dövlətə mənsub olmaları aşılanmalıdır.
Psixoloq Dəyanət Rzayev: “Əlbəttə tikiş fabriki öz emblemini reklam üçün vurur. Lakin həmin formanın digər qolunamı, yaxud sinəsinə dövlətçiliyi əks etdirən hansısa nişan vurulması pis olmazdı. Bu uşaqlarda dövlətə, vətənə sevgini bir daha yada salar. Bu uşaqların psixologiyasında vətən sevgisinin dhaa möhkəm həkk olunmasına yardım edər”.
Tanınmış siyasətçi, professor Qabil Hüseynli: “Çox gözəl bir ideyadır. Türkiyədə belə bir nümunə var. Qonşu ölkənin məktəblərində formaların üzərində “Türkiyə Cümhuriyyətinin öyrəncisi” sözləri yazılıb. Yaxşı olardı ki, Azərbaycanda da bu tipli yazı yazılsın, yaxud hansısa nişanə qoyulsun. Bu həm də şagirdlərdə daha çox məsuliyyət tələb edər. Çox əla fikirdi”.
Maraqlıdır ki, təhsilimizə çəkilən bu qədər əziyyət və xərclərin müqabilində vahid məktəbli formalarına kiçik elementlərin vurulması niyə bu qədər problem yaradıb? Bəlkə bunun qarşısını alanlar var, bəlkə də ... Görünür təhsilimizdə olan bir çox problemlərlə yanaşı, bu məsələnin də həlli ortada cavabı tapılmayan bəlkələrdən asılıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
GƏLİNLƏR üçün DIRNAQ DİZAYNI
Çörək çəkini artırırmı?
Ceki Çan bu şəxsə 1 milyon verəcək-SƏBƏB
Şifrlənmiş ProtonMail-i sınamaq istəyirsiniz?
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Lerikdə zəlzələ oldu
Məşhur cütlüyün toyunda vacib qadağa
"Taxt oyunları"nın aktrisası hər kəsi QORXUTDU-FOTO
Məşhur aparıcı koronavirusa yoluxdu
Koronavirusla bağlı son vəziyyət açıqlandı
Diqqət: Təhlükəli toyuq əti Azərbaycan bazarında
Namaz-II Ders-32 Fərz
Leyla Əliyeva hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb
Bu gün məşəli bu məşhurlar aparacaq
Məşhurlar dünən və bu gün
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Körpənizi geyindirərkən bunlara diqqət edin!
İnsanların rahatlığını təmin edən əşyalar
HAVA necə olacaq? 10 İyun
Bu virus adamı öldürür
Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
Yadda qalan günlər
Hamiləliyin qarşısını almaq üçün ƏN QƏDİM və DƏHŞƏTLİ ÜSULLAR
Qonaq otağı dizaynları
Burun tutulmasını aradan qaldıran üsullar
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Nazirlikdən "Son zəng" açıqlaması
Yeni MacBook gəlir
Qarderoba nə əlavə etməli?
Sadə Peçenye (foto resept)
"Kakos həzzi" tortu(foto resept)
8 yaşlı uşaq qocalıqdan öldü - VİDEO
Günün ulduz falı
Qarabağın yalnız bir həlli yolu var
İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Şarapovadan gözlənilməz addım: Telefon nömrəsini paylaşdı - FOTO
Limon suyunun 10 faydası
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
Tərsinə ev
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Putin nefti bahalaşdıracaq
Məşhur müğənni boşana bilmədi-SƏBƏB
Prezident qəbul keçirdi
BÜRCLƏR bizə nə vəd edir?-20 Yanvar
Çili yenə silkələndi
Bu günün hava proqnozu
Çoxuşaqlı ailələr bunu bilməlidir
Bal sistemi ləğv edilir: bəs sürücülər nə fikirləşir?
- ŞƏRHLƏR