Bu gün Sumqayıt hadisələrindən 27 il ötür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Nizami Səfərov Sumqayıt hadisələrinin iştirakçısıdır. Dağlıq Qarabağın Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilməsində başlıca zəmin olan Sumqayıt hadisələrinin. Hansı ki, bu hadisədən danışanda çox vaxt səsimizi içimizə qısır, ayıbımızdan danışırıq kimi danışırıq. Əslində isə Sumqayıt hadisələri ermənilərin və SSRİ DTK-sının təşkil etdiyi və başında da elə erməni Eduard Qriqoryanın durduğu və məhz onun dirijorluğu ilə həyata keçirilən təxribat idi. Bu, Sumqayıt hadisələrinin istintaqında sübut olunub və çox maraqlıdır ki, bunu sübuta yetirənlər, aralarında bircə dənə azərbaycanlının olmadığı SSRİ Baş Prokurorluğunun İstintaq qrupunun üzvləri idi. Əvvəlcə Vladimir Kaliniçenko, sonra isə Vladimir Qalkin...
Sumqayıt hadisələri ilə bağlı məhkəmədə dövlət ittihamçısı Aslan İsmayılov: “Məhz onlar sübut ediblər ki, əsas rolu oynayan Eduard Qriqoryan olub və Qriqoryanın iştirakı ilə bir neçə adam qətlə yetirilib, bir neçə adam zorlanıbdı.”
Zorlananlar Meclumyanın bacıları idi. İstintaq materiallarından məlum olur ki, bacılar Qriqoryanın şəklini tanısalar da, onun erməni olduğunu bilməyiblər. Meclumyanın ifadəsinə görə, Qriqoryan stulun qırılmış ayağı ilə onun xəstə anasına zərbə endirib, onun özünü isə zorlayıb. Azərbaycan Prokurorluğunun dövlət ittihamçısı kimi çıxış edən Aslan İsmayılov deyir ki, məhkəmə prosesi həm SSRİ, həm də Azərbaycan DTK-da işləyən ermənilərin nəzarəti altında keçirilib. Prosesə belə ciddi nəzarət etməkdə məqsəd məhkəmədəki azərbaycanlıların, əslində hər şeyin Qriqoryan tərəfindən təşkil olunduğu ilə bağlı ifadə vermələrinə, eləcə də Qriqoryanın özünün hadisələri olduğu kimi etiraf etməsinə mane olmaq idi. Bəs kim idi, Eduard Qriqoryan?
Sumqayıt hadisələrinin iştirakçısı, Nizami Səfərov: “5-ci mərtəbədə o olurdu, 7-də biz. Yəni ailəsini-zadı tanıyırdım. Güləşçi idi, karateist idi. Düzdür, qorxurduq ondan. Bir dənə mən dedim ki, belə deyib, elə deyib. Araq paylayıb Edik. Edik də mənə qorxu gəlirdi. Mən heç nədən qorxmayandan sonra işimi azaltdılar“.
Sumqayıt hadisələri ilə bağlı məhkəmədə dövlət ittihamçısı, Aslan İsmayılov: “Eduard Qriqoryana və Vaqif Hüseynov adlı bir azərbaycanlıya güllələnmə cəzası istəmişəm. Amma Azərbaycan məhkəməsi o işi batırmaq üçün Qriqoryana 12 il, başqalarına da cüzi cəzalar və məhkəmənin hökmündən az sonra Qriqoryan respublikadan çıxarıldı".
Amma buna rəğmən Qriqoryana 12 il iş verilir. Az sonra o, ümumiyyəğlə ölkədən çıxarılır. Digərləri 7-8 il iş alır. Təkcə bir nəfərə güllələnmə kəsilir. 24 yaşlı Əhməd Əhmədova. 1989-cu il noyabrın 18-də SSRİ ali Məhkəməsinin çıxardığı bu hökm 17 ay sonra icra olunur. Əhmədi erməni millətindən olan 7 nəfərin ölümündə təqsirləndirirlər. Ümumilikdə isə Sumqayıt hadisələri zamanı erməni millətindən olan 26 nəfər öldürülür. Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunur və bu zaman 6 azərbaycanlı öldürülür, 400 nəfər isə yaralanır. Sumqayıt hadisələrinin açdığı ən dərin yara isə Azərbaycan üçün Dağlıq Qarabağ yarası olur.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Körpə ağlamağında gizlənən fayda
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Şeyma Subaşı sevgilisindən ayrıldı
İnkişaf etmək üçün 30 vərdiş
İnstaqram Madonnaya qadağa qoydu
Hava soyuyacaq
Tarkan izləyicilərindən kömək istədi
Hollivudun məşhur prodüserinə 23 il həbs cəzası verildi
Qızıl xeyli bahalaşdı
Sabahın HAVAsı
Alimlər teleskopla yadplanetliləri izlədi – İnanılmaz olay
Hansı yağ hansı dəri tipinə faydalıdır?
Saçları gurlaşdıran bildirçin yumurtası
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
"Üç qəhrəman" tortu (foto-resept)
Paltar yuyan zaman yol verilən 8 səhv
Bayram günü ABŞ və Kanadada yarım milyon ev qaranlıqda qaldı
Nigar Rəfibəylinin 100 illik yubileyi keçiriləcək
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Alimlərdən koronavirusla bağlı şok iddia: D vitamini...
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Dünyada ilk selfi muzeyi açıldı – FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
8 ildir qəbul olunan qanun niyə hələ də işləmir?
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Azərbaycan Kuboku: 1/8 final oyunları
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Bulvarda 15 gün "Lazer şou" olacaq
Ən mükəmməl əsərlərin siyahısı açıqlandı
Oyun zamanı "Qarabağ"dan sürpriz
ABŞ-da seçkilərdə fransız buldoq qazandı
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Sükan arxasında mürgüləmək ölümə aparır
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Roma imperiyası dövrünə aid yaşayış məskəni tapıldı
Sabah Milli Məclis 10 məsələyə baxacaq
Millət vəkili Ramil Səfərovun evində
Televizorsuz həyat varmı?
Cəbhədən son məlumatlar - VİDEO
Üzən dövlət nə vaxt hazır olacaq?
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Unutqanlıq üçün faydalı olan qidalar
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Yumoristik FOTOlar
Ərdoğan Qarabağa görə Moskvaya gedir
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
- ŞƏRHLƏR