Manatın məzənnəsinin enməsi, təbii ki, iqtisadiyyatın bütün sahələrinə, xüsusən də bank sektoruna təsirsiz ötüşməyib. Banklar dərhal bu dəyişikliyə reaksiya veriblər. Müştərilərini itirmək istəməyən bu maliyyə qurumları faiz dərəcələrində dəyişiklik etməklə onlar üçün maksimum cəlbedici mühit yaratmağa çalışırlar. Bəs krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
Kəpəz TV (Region TV) xəbər verir ki, manatın ucuzlaşmasından ən çox narahat olanlar dolların məzənnəsi 78-79 qəpik olduğu vaxt bu valyuta ilə kredit götürən insanlardır. Onların əksəriyyəti indi çaşqın halda “Mən kreditimi hansı kursla qaytarmalıyam?, “Necə oldu ki, banka borcum birdən-birə 34 faiz artdı?” deyə sual verirlər. Məsələyə bank rəsmisi Elnur HəsənovMülki Məcəllənin 439.7-ci maddəsinə əsaslanaraq aydınlıq gətirdi.
Elnur Həsənov: “Əgər borc alanların kredit müqaviləsində məzənnə dəyişərsə, kreditin həmin məzənnə ilə ödənilməsi nəzərdə tutulubsa, mövcud məzənnə ilə ödənilməlidi. Yox əgər kredit müqaviləsində bununla bağlı hər hansı bənd nəzərdə tutulmayıbsa, onda kredit götürülən anda kurs nə idisə bağlandığı tarixdəki məzənnə ilə ödənilməlidi”.
Müsahibimizin sözlərinə görə, kredit müqaviləsində bu halı qeyd etməyən bank yeni məzənnə ilə ödəniş tələb edə bilməz. Bununla belə müxtəlif bankların məsələyə yanaşması da fərqlidir. Bəzi banklar dollarla kredit götürmüş müştərilərinə aylıq ödənişlərin manatla ediləcəyi təqdirdə yeni məzənnəni nəzərə almaları barədə xəbərdarlıq göndəriblər. Buna görə də məsələyə aydınlıq gətirməyin ən yaxşı yolu xarici valyuta ilə krediti olan şəxsin bu sualla müvəkkil banklara müraciət etməsidir. Depozitlərlə bağlı situasiya isə nisbətən asan həll ediləcək. Əhalinin banklara olan etibarını təmin etmək və əmanətləri stimullaşdırmaq üçün Mərkəzi Bank sığortalanmış əmanətlərə hesablanan faizlərin artırılması haqqında qərar qəbul edib.
Elnur Həsənov: “Əmanətlərin sığortalanması üzrə faiz dərəcəsi 9%-dən 12%-ə qaldırılıb. Və 30 min manatadək olan və 12 %-lik əmanətlər artıq sığortalanmış əmanətlər hesab olunacaq”.
Görülən tədbirin effektivliyini və əhalinin manatla depozitlərə inamının nə vaxt bərpa olunacağını isə zaman göstərəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İşğaldan azad edilən ərazilərimizin nə qədər sakini var? - SİYAHI
Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb
HAVA necə olacaq?
Koronavirusla bağlı SON STATİSTİKA
Ronaldinyo Jan-Klod Vandam və Tayson ilə "Kikboksçu" filmdə oynayacaq
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
Dünyanın ən bahalı və lüks göydələni
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Zəngilan rayonunun görüntüləri - VİDEO
Leyla Əliyeva balaca Zəhraya şeir həsr edib
Arıqlamağa kömək edən salat
Hulusi Akardan Qarabağdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA: “Generallarımız və işçilərimiz oradadır”
Sabah 27Лљ isti olacaq
Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanılıb
Daha nəyin qiyməti qalxdı?
Günün qoroskopu: prosesdən də razı qala bilərsiniz
Zülmə dayan deyək!
Balaca xanımlarımız üçün...
Günün ramazan təqvimi (9 iyul)
Bakıda bu möhtəşəm mənzərəni qaçırmayın - FOTO
Əvəlik şorbası (foto-resept)
Xərçəngə qalib gəlib Türkiyə gözəli oldu!-FOTO
"Sevgi hormonu" ideal ağrıkəsicidir
Milçəklər ən çox hansı qan qrupunu sevir?
Bitkilərə qulluq
Qadın boksçumuz beynəlxalq turnirdə 1-ci oldu
Uşaqlarla əylənməyin yolları-1
Üzümlü kələm salatı(foto resept)
Hamilə qadınlar üçün zərərli olan qidalar
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - VİDEO
Ən çox bu avtomobillər oğurlanır
Törətmədiyi cinayətə görə 15 il həbsdə yatdı
Aşura bu gün dünyada aktualdırmı?
Valideynlərə təcili kömək -6
İrəvan qorxuya düşüb
Eldar Əzizov vəzifəli şəxslərə xəbərdarlıq etdi
Acun Cem Yılmaz və Serenayın qonağı oldu - VİDEO
Qadının dodaqları çürüdü-SƏBƏB/FOTO
Batil evlilik inancları
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Qarpızdan zəhərlənməmək üçün...
Britaniyada Santa Klausa maska taxmamağa icazə verildi
"iPhone"nun qiyməti düşür
Ayrı yatmaq sevgini öldürürmü?
Fatih Terim koronavirusa yoluxdu - FOTO
Uşaqların həyatı üçün təhlükəli olan bezlər - VİDEO
Həftənin ilk iş günü hava necə olacaq?
Arda Turan sevgilisinə evlilik təklifi etdi-FOTO
Qarın bölgəsindəki yağları əridən detoks
- ŞƏRHLƏR