Londonda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirilib.Bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilən və bir neçə saat davam edən aksiyada Britaniyanın müxtəlif universitetlərindən olan azərbaycanlı və xarici tələbələrlə yanaşı, Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.Tədbir iştirakçıları Londonun mərkəzində yerləşən Trafalqar meydanından başlayaraq parlament binasının qarşısına qədər yürüş ediblər.
Aksiya iştirakçıları əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələrinin ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutub, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar ediblər. "Xocalıya ədalət!", "Rədd olsun erməni terrorizmi!", "Biz ədalət tələb edirik", "Biz sülh istəyirik", "Sarkisyan terrorçudur", "Qarabağ bizimdir, bizim olacaq", “Sarkisyan! sən əsgərləri öldürürsən” şüarlarını səsləndiriblər. Tədbir iştirakçıları üzərində “Xocalıya ədalət”, “Erməni təcavüzünə son” yazılmış böyük ölçülü plakatlar ilə meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər.
Aksiya çərçivəsində soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsi ilə bağlı broşürlər paylanılıb.
Aksiyanın gənc fəalları fikirlərini KİV nümayəndələri ilə bölüşüblər. Ənənəvi olaraq hər il Londonda və dünyanın müxtəlif yerlərində keçirilən aksiyaların əhəmiyyəti vurğulanıb. Azərbaycanlı tələbələr bildiriblər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı edilən bu ədalətsizliyi tezliklə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.
Aksiya Azərbaycanın Dövlət himninin oxunması ilə başa çatıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar təşkil olunur, bu dəhşətli faciə haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı təbliğat işləri aparılır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Günün ulduz falı
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?
Mustafa Sandaldan gözlənilməz cavab-FOTO
Dünya tibb elmində ilk
İmtahan nəticələri elan olundu
Yaddaşsızlığa son
Ulduzların maşınları
Adamyeyən narkotikanın qurbanları
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Google-da nə axtarırlar?
Gəlin bir az gülək
Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi
Çəki azaldan bitki
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Tubadan Ayrılıq AÇIQLAMASI
Ancelina Coli gizlicə ərə gedib?
Xoşbəxtliyimizin açarı
Meqan Markl artıq bahalı geyimlər almır
Uşaqlıq xatirələri
Azərbaycanda daha bir su anbarı istifadəyə veriləcək
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Milli Məclisdən "avtoş"lara zərbə!
Geyim kombinasiyaları
Əsgərlərimiz diversiya qrupunu pərən-pərən saldılar: 2 ölü, xeyli yaralı var
Hikmət Hacıyev: “Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir”
Tarixi bina və məbədlər
Ölkədə bu xəstəliklərdən ölənlərin sayı artıb
İlk qar kristalı fotoaparatının yaradıcısı
Limonlu yaşıl çay detoksu
Günün ulduz falı
Dünyada iki növ koronavirus var
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Hava haqqında
Buraxılış gecəsi donları (2)
Problemli kreditlərdən çıxış yolu
İspaniya "Facebook"u cərimələdi
İranda zəlzələ oldu
Kerri özünə erməni müşavir seçdi
İlk peşəsi müəllim olan məşhurlar
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Şokolad ürək sağlamlığını qoruyur
Əkizlər ayrı-ayrı günlərdə dünyaya gəliblər
Səudiyyədən qorxulu qərar
Bakının məşhur məktəbi niyə sökülür?
2017-nin cins ətəkləri
Zoopark və sirklər qadağan edilə bilər
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?
- ŞƏRHLƏR