Tərkibi:
Un 0,8- 1 kq
Duz
Su
Hazırlanması:
Azərbaycanda,xüsusən kənd ailələrindəki şirniyyatların bir də fəsəlidir.
Fəsəli belə bişirilir:ailə üzvlərinin sayına görə 0,8-1 kq ələnmiş un götürülür.Orta bərklikdə xəmir yoğrulr.Həmin xəmirdən 70-80 qramlıq kündələr tutulub,0,7-0,8 mm qalınlıqda yuxa yayılır.Yuxanın bir üzü yağlanır.Sonra yağlı tərəfi içəri olmaqla lülələnir.Bu xəmirin bir ucundan tutub,içəriyə doğru möhkəm bükürlər.Alınmış bu yağlı xəmiri əl ilə hövkələdikdən sonra,oxlovla diametri 15-16 sm ölçüdə yayırlar.
Sonra oxlovla deşdəkləyib içində yağ qaynayan tavaya salır,hər iki tərəfini qızardırlar.
Qızarıb bişmiş fəsəlini böyüklüyündən asılı olaraq,bir düz qaba qoyub,üstünə isti-isti şəkər və sumaq səpərək üst-üstə yığırlar.Fəsəli həm isti,həm də soyuq yeyilir.İstəyə görə çay,qəhvə və kakao ilə də yemək olar.Hazırlanmış çiy fəsəlini sacda yağsız da bişirmək olar.Ancaq yağda bişirilən fəsəli daha tamlı olur.
Qeyd:Oxucuların istəyi iləFəsəlinin başqa variantı:Tərkibi:
Əla növ buğda unu - 780q,
maya - 20q, şəkər tozu - 55q,
quyruq yağı - 110q, (və ya quyruq cızdağı).
Ədviyyat - keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən - 2-3q, duz - 5q.
Hazırlanması:
Una maya, su və duz qatılıb xəmir yoğrulur. Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.
Nuş olsun!
Eləcə də baxa bilərsiniz: