Manatın ucuzlaşmasından danışanların sırasına daha bir neçə nəfər iqtisadçı qoşulub.ANS PRESS-in məlumatına görə, dünya bazarlarında neft qiymətlərinin düşməsindən sonra Azərbaycan Mərkəzi Bankı 16 fevralda dollar siyasətini dəyişdirib və bu, devalvasiyanın yüngül şəkildə ediləcəyi düşüncəsini doğurur. Mərkəzi Bankın aldığı qərarı "müsbət və lazımlı" olaraq qiymətləndirən iqtisadçılar 1,4 nisbətindəki illik inflyasiya artımının 2015-ci ildə 10%-ə çatacağını proqnozlaşdırırlar.
Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov azad ölkələrdə olduğu kimi Azərbaycan iqtisadiyyatında da problemlərin olduğunu, lakin makroekonomik məlumatların və valyuta ehtiyatının bu problemlərin öhdəsindən gələ biləcək səviyyədə olduğunu bildirib. Mərkəzi Bankın qərarını "zəruri və qaçılmaz" olaraq qiymətləndirən İmanov, bu qərarın həm ölkə iqtisadiyyatına, həm də xalqa fayda verəcəyini güman edir: "Azərbaycan iqtisadiyyatı ilə bağlı verilən qərarların məqsədi inflyasiyanı müəyyən həddə saxlamaqdır. İnflyasiya nə sıfır olacaq, nə də 100. Mənim düşüncəmə görə, bugünkü Azərbaycan iqtisadiyyatı üçün 10% inflyasiya məqbul bir rəqəm olacaq".
Nazim İmanov həmçinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətli itki sayılan neftin qiymətinin düşməsinə də toxunub: "Neftin qiymətindəki eniş iqtisadiyyatımızda böyük itkilərə səbəb olacaq. Dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollardan hesablanıb. İndi isə neftin qiymətinin 55-60 dollar arasında olacağı ehtimal edilir. Bu da büdcəyə ediləcək transfertlərin üçdə biri nisbətində azalma deməkdir", - deyə N.İmanov bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru prof. Əvəz Bayramov isə çaxnaşmaya
qapılmağa ehtiyac olmadığını deyir. Ə.Bayramov iqtisadiyyatın dayanıqlı olduğunu qeyd edib. Azərbaycanda maliyyə sisteminin dövlət tərəfindən güclü şəkildə qorunduğunu deyən prorektor, ölkə xaricində yaşanan böhranların yalnız istehlakçı bazarında hiss olunduğunu bildirib. Bayramov devalvasiya gözləndiyini söyləyir.
"Devalvasiyanın 5-10% nisbətində olacağını düşünürəm. Bu müddət isə birdən deyil, mərhələli şəkildə olacaq. Bundan qorxmağa ehtiyac yoxdur. Neft qiymətlərindəki eniş müəyyən itkilərə səbəb olacaq. Bir çox ölkə bənzər itkilərlə üzləşir. Fəlakət gözləməyə, çaxnaşmaya qapılmağa ehtiyac yoxdur", - deyə Ə.Bayramov bildirib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?
- ŞƏRHLƏR