Novruz bayramında Bahar qızı obrazının təqdim edilməsi düzgün deyil. Bahar qızı sovet dövründə yaradılmış obrazdır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlideyib.Alimin sözlərinə görə, Bahar qızı Yeni il şənliyindəki Qar qızın prototipi olaraq yaradılıb.
A.Əhmədli qeyd edib ki, Baharın zərif qadına bənzədilməsinin əleyhinə olmasalar da, onu arxaik mədəniyyətdə olduğu şəkildə - Yaz xanım, yəni Günəşin qızı kimi görmək istəyirlər. Çünki arxaik mədəniyyətdə Yaz xanımla, eləcə də dünyanın yenidən doğulmasının qadın obrazında verilməsi ilə bağlı mifoloji düşüncələr var: “Bu məsələdə bizim etirazımız Bahar qızı obrazının süni, dekorativ, bayağı formada olmasınadır. Yeni il şənliyində Qar qız olan kimi Novruz bayramında da sanki Bahar qızı mütləq olmalıdır. Bahar qızının hər halda öz kökümüzlə bağlı olması daha yaxşı olardı”.
Onun sözlərinə görə, mifologiyada Yaz xanımın olması Azərbaycan yazıçısı Mirzə İbrahimovun yazdığı xatirələrdə də öz təsdiqini tapır: “Mirzə İbrahimov yazıb ki, rəhmətlik anam mənə: “Yeraltı dünyanın padşahı Yaz xanımı anası Günəşdən oğurlayır. Yaz xanıma yalnız yazda icazə verərdi ki, torpağın səthində buğlanma gedən zaman bir dəfə anası Günəşlə görüşsün”, - deyərdi””.
A.Əhmədli bildirib ki, sovet dövründə Novruz bayramının yalnız estetik tərəfi, insanlara xoş əhvali-ruhiyyə gətirən bayram tərəfi tədqiq edilib. Ancaq bu bayramın çox ciddi mifoloji düşüncələri, Novruz bayramının yerləşdiyimiz coğrafi ərazi, astronomiya, tarix, digər elm sahələri ilə əlaqəli şəkildə öyrənilməsi geniş şəkildə həyata keçirilməyib.
Novruz bayramının türk mədəniyyətinə məxsus olduğunu deyən alimin sözlərinə görə, bu, zərdüştlükdən də çox-çox əvvəlki mədəniyyətdir: “Novruz bayramı türk mədəniyyətinə məxsusdur. Tarixə baxsaq, görərik ki, bu mədəniyyət zərdüştlükdən də qat-qat əvvəlki mədəniyyətdir, onun zərdüştlük dövründə İrana keçməsi faktı var. Zərdüşt bizim eramızdan əvvəl 7-ci əsrdə Daranın dövründə təliminə görə öz vətənindən - Uzaq Baykal sahillərindən qovulmuşdu. Zərdüşt milli mənsubiyyətinə görə türkdür, onu farslar himayə ediblər, təlimini qəbul ediblər. Odun ilahi qüvvəyə qaldırılması məsələsi də zərdüştlük dövründəndir. İranda bu bayramın yayılması məhz zərdüştlük təlimi ilə bağlıdır”.
A.Əhmədli deyib ki, şimal yarımkürəsində yaşayan xalqlar təbiətin oyanışını, cənub yarımkürəsində yaşayan xalqlar isə təbiətin ölməsini qeyd ediblər. Lakin təbiətin oyanışı bayramı şimal yarımkürəsində yaşayan xalqlarda müxtəlif adlarla və fərqli günlərdə keçirilib.
Alimin sözlərinə görə, odun üstündən tullanan zaman deyilən söz də sonradan nitqdə dəyişikliyə uğrayıb. Çox insan odun üstündən tullanan zaman “ağırlığım, uğurluğum səndə qalsın” deyir, amma bu ifadə “ağırlığım səndə, uğurun məndə, sarılığım səndə, qırmızılığın məndə” kimi deyilməlidir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
“Qarabağ”da şok itki
Liderlər və ağıl xəstəlikləri (2)
Adobe photoshop - İlk dərs
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ərdoğandan Qarabağ şərti
Qoyun ili nə vəd edir?
Rəsmi Moskvadan Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi ilə bağlı AÇIQLAMA
500 metr hündürlükdə körpəni tək qoydu
Zamanın təsiri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Neftin qiyməti nə vaxt qalxacaq?
İmam sarığı tortu(foto resept)
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Sabahın hava proqnozu
Dünyaya sərt mesaj verdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
UNO qatarı haqlamaq istədi
Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər
Diş qıcanmasının səbəbləri
Gəlin buketləri
Dəniz suyunun faydaları
MSK seçkinin ilkin nəticələrini açıqladı
HAVA necə olacaq?-12 yanvar
Erməlnilərin şərti: Sarkisyan getməlidir
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Ərdoğana cəza verildi
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
36 milyonluq fincan
Zəlzələdə 13 mindən çox adam yaralandı
Rus dili - РЎСЃ
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
Külək nə vaxta kimi davam edəcək?
Rezidenturada 24 plan yeri boş qaldı
"Kit-Kat"lı brauni (foto resept)
Qadınlar hansı ölkəyə bənzəyir?
İlham Əliyev Moskvaya getdi
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
WhatsApp niyə çökdü?
MƏHƏBBƏT HAQQINDA
Acı bibərlı pomidor sousu (foto resept)
Gündəlik normal qidalanma
Artıq ünvanlar daha tez və rahat tapılacaq
- ŞƏRHLƏR