Bakıda hava 18°
USD AZN
EUR AZN
09:28Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41082

Bakının ilk fontan bağı

 

Bakının ilk fontan bağı

 

Tarixi

XIX əsrdə indiki Xaqani bağının yerində müxtəlif qəzalardan mal gətirən molokanların qaldığı karvansaralar var idi. Yaxınlıqdakı küçələr, döngələr, məhəllələr çəlləkçi emalatxanaları ilə dolu idi. Tacirlərə görə şəhərin bir hissəsi üfunətli, dizəcən qalxan su və palçıqlı, hər cür xəstəlik və epidemiyanın mənbəyi olan yerə çevrildi. Bu halı necəsə düzəltmək və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə XIX əsrin 70-ci illərində şəhər rəhbərliyi həmin yerdə bağ salmaq qərarına gəldi. Varlı məhəllələrlə əhatələnmiş və ticarət mağazalarından "təmizlənmiş" skver sahibkarların diqqətini çəkirdi. Molokan qəsəbəsinin yerində tədricən indiyədək qalan hündür binalar ucaldıldı, Molokan bağı isə abadlaşdırıldı və bakılıların sevimli istirahət məkanına çevrildi.

Burada müxtəlif ağaclar əkildi, varlı molokan Koşeyev öz hesabına bağa su çəkdirdi və Bakı şəhərində ilk fontanı tikdirdi. 1880-ci illərin ikimərtəbəli tikilikəri tədricən üç-dördmərtəbəli yaşayış evləri ilə əvəzləndi və küçə özünün indiki vəziyyətini aldı.

Maraqlıdır ki, Xaqani paytaxtın ən az dəyişikliyə və yenidən planlaşdırmaya məruz qalan küçələrindən biridir-binaların və yaşayış evlərinin bir çoxu sovet quruluşundan əvvəlki dövrə aiddir.

Ərazisinin kiçikliyinə və sadə arxitektur kompozisiyasının olmasına baxmayaraq bu skver Bakının landşaft arxitekturasının inkişaf tarixində əhəmiyyətli yer tutur. Həm skverin yaradılması, həm də layihəsinin hazırlanması zamanı bir çox çətinliklər üzə çıxdı. İlk növbədə, problemlər su təminatının yaxşı olmaması ilə əlaqədar olaraq yaranırdı. Həmçinin bağ şəhər bağbanı, şəhər idarəsi və duması üzvlərinin diqqətindən kənarda qalmışdı. Bu haqda "Kaspi" qəzetində yazılırdı:"Bakı yaşıllığın çox olması ilə fəxr edə bilməz, bu səbəbdən də bağa laqeyd münasibət... cinayətdir".

Yalnız 90-cı illərin sonlarında digər bağlarla yanaşı burada da yeni ağacların əkilməsi həyata keçirildi. İşlər skverin planlaşdırılan quruluşuna uyğun görülürdü. Planın kompozisiyası kəsişmə mərkəzində fəvvarəli hovuz olan diaqonal yerləşdirilmiş xiyabanlar əsasında hazırlanırdı. Bundan əlavə ağac cərgələri kvadrat formada olan skverin perimetri boyunca düzülürdü. XX əsrin əvvəllərində bağın yenidən planlaşdırılmasına ehtiyac yarandı. Belə ki, baş bağban A.E.Vasilyev qeyd edirdi ki, "şəhərə ictimai bağların qaydaya salınması məqsədi tapşırılıb".

1904-cü ildə o, alleyaların genişləndirilməsi və isti iqlimə dözümlü ağac növlərinin əkilməsini nəzərdə tutan yenidənqurma layihəsini hazırladı. Skverin daha mənzərəli görünüşünü təmin etmək üçün mövcud yaşıllığın bütünlüklə yüksək dekorativlik xüsusiyyətləri olan ağaclarla dəyişdirilməsi təklif olunurdu. Lakin layihə skverin yenidənqurmasına müsbət təsir etsə də, həyata keçirilmədi.

 

Bakının ilk fontan bağı

 

 

Yenidənqurma işləri
Müharibədən sonrakı dövrdə "9 yanvar" adlanan Xaqani bağında iki dəfə yenidənqurma işləri aparıldı. Bağın memarlıq-landşaft kompozisiyasının əsasını əyrixətli formakl hovuz təşkil etdi. Hovuzun mərkəzindəki incəsənət nümunəsi olan "Üç gözək" kompozisiyası 3 ünsürün-günəş, hava və suyun təcəssümüdür.
Bağ sonuncu dəfə 2009-cu ildə əsaslı şəkildə rekonstruksiya olunub, uşaq attraksionları qurulub. Buna baxmayaraq o vaxtdan bu yana hər il burada yenidənqurma işləri aparılır, ot örtüyü yenilənir. 
Parkın adları
Xaqani bağına xalq arasında hələ də "Molokan bağı" və ya sadəcə "Molokanka" deyilir. Halbuki, bu bağ adını bir neçə dəfə dəyişib. Əvvəllər bağın ilk rəsmi adı çar II Aleksandrın arvadı Mariyanın adını daşıyırdı və Marinski skver adlanırdı. Sovet hakimiyyəti dövründə isə "9 yanvar" adlandırıldı. Bəzi mənbələrdə hətta bağa Həşim Əliyevin adının verildiyi də qeyd edilib.
Bitki çeşidi
Parka qulluq edən "Bakı Abadlıq"-ın baş bağbanı Raqub Əhmədovun verdiyi məlumata görə bağın ən qədim sakinləri 4 ədəd tikanlı akasiyadır. Onların təxminən 60-70 yaşı olar. Rekonstruksiyadan əvvəl bağda sərv, at şabalıdı, cökə, xan çinarı, paxlalı akasiya və s. ağaclar olub. Liqustrumun kol və ağac formaları, eldar şamı, kiçik sərv ağaclarp, xurma palması (phoenix), yukka, azaliya, vaşinqton palmaları, iki cür (ağ və çəhrayı çiçəkli) maqnoliya, pittosporum nano, şümşad (buxus) bitkiləri idə 2009-cu ildəki rekonstruksiya zamanı əkilib.
Mövsümi güllərdən isə bağa novrusçiçəyi (primula), bənövşə (viola), siklamen və s. əkilir. Ot örtüyünə gəlincə bağın yarısı Niderland, digər yarısı isə Kanada sortu olan qazonla örtülüb.
Raqub Əhmədovun bildirdiyinə görə bağda ən problemli məsələ ot örtüyü ilə bağlıdır. Belə ki, attraksionların ətrafındakı qazon örtüyü mütəmadi olaraq ayaqlandığından ildə iki dəfə onları yeniləmək lazım gəlir:"Buna baxmayaraq şəhər əhalisinin gözəl istirahət etməsi üçün heç bir qadağa qoymamışıq. Ona görə də qazon örtüyü tez xarab olur. Amma bağa istirahətə gələn sakinlər də bunu anlamalı və mümkün qədər bağın qeydinə qalmalıdırlar".
Bağda meyvə verən ağaclardan isə yapon əzgili (eriobotrya japonica) və Qırmızı tubulqa (Pyracantha coccinea) var. 
Uşaqlar üçün əsl əyləncə məkanı
Bağın ölçüsünə görə kiçik olmasına baxmayaraq (təxminən 0,8 ha) o kifayət qədər rahatdır və bakılıların sevimli istirahət yeridir. Bağın digər istirahət məkanlarından, parklardan, bağlardan əsas fərqi ilin 12 ayı burada adamların çox olmasıdır. Bu həm uşaq attraksionlarının pulsuz, skamyaların çox olması, yayda başdan-başa kölgəlik olması, qadağaların olmaması və mərkəzi küçələrə yaxınlığı ilə bağlıdır. Bu bağa gündə 5 uşaq bağçasının kiçik sakinləri əylənməyə gəlir.
"Park and gardens" jurnalı
Səslərin sayı: 5
14
2819
loading...
Şərhlər
Offline
Gultekin
Təşəkkürlər məlumat üçün.
3 iyun 2015 13:01
Offline
Azadə Həbibzadə
Gozeldi girl_ten tesekkur
4 aprel 2015 10:09
Offline
Qəribə
Ətraflı məlumat üçün təşəkkürlər edirəm.
14 mart 2015 13:04
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
toma676
Maraqlı idi, təşəkkür edirem
11 mart 2015 18:14
Offline
HUSNA
Genis melumata gore cox sag ol
28 fevral 2015 01:25
Offline
Şəri Babayeva
Nə gözəl. girl_ten Təşəkkür.
27 fevral 2015 20:19
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
.........................................
Maraqli idi...Tesekkurler give_ros
27 fevral 2015 19:37
Offline
Aysel İ.
Ətraflı məlumat üçün təşəkkürlər edirəm Ruzigar xanım.
27 fevral 2015 18:51
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Xaqani bağına xalq arasında hələ də "Molokan bağı" və ya sadəcə "Molokanka" deyilir.
27 fevral 2015 17:26
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
איסון ממדוב.
Cox saqolun xebercin
27 fevral 2015 15:22
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
●♥ Səma ♥●
Məlumat üçün təşəkkürlər.
27 fevral 2015 14:47
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
S.S.E.
Tesekkurler melumatlar ucun.
27 fevral 2015 14:39
Offline
♥Mira♥
Maraqli idi,xebere gore tesekkur edirem give_ros
27 fevral 2015 14:09
Offline
nigar dadasova
Maraqlı idi, təşəkkür edirem.
27 fevral 2015 12:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 06:01 - Müəllif: TaxistTarLY
    Hüquqşunas məsləhəti (328)

    Hüquqşunas məsləhəti

    <a href=http://offeramazon.ru/2019/10/14/wenger/>рюкзаки молодежные</a> Каково? посоветовали стильный шоп цены в идеале<a href=http://offeramazon.ru/2019/10/14/wenger/>рюкзак swissgear</a> Каково? посоветовали стильный шоп цены в идеалеКаково? посоветовали стильный шоп цены в идеале
  • Daha sağlam dodaqlar üçün şəkər pilinqi

    Daha sağlam dodaqlar üçün şəkər pilinqi
  • Modern gəlinlər üçün qara gəlinlik dəbi

    Modern toy xəyalları qurursunuzsa, qısa qara gəlinlik ideal seçimdir. Tül və dantel kimi klassik gəlin tərzini yoxlayın. Naxışlı dizaynlara da üstünlük verə bilərsiniz.
  • Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?

    Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?
  • 22:14 - Müəllif: Iceberg
    Məşhur cütlük evləndi-FOTO (1)

    Məşhur cütlük evləndi-FOTO

    Məşhur cütlük evləndi-FOTO
  • Kıvançla Beren Saat yenidən bir arada

    "Aşk-ı Memnu" serialı ilə məşhurlaşan aktyor Kıvanç Tatlıtuğ ilə aktrisa Beren Saat yenidən eyni ekran işində tərəf müqabili ola bilər.
  • Daha sağlam dodaqlar üçün şəkər pilinqi

    Dodağınızın ehtiyacına görə 1-5 dəqiqə arası bu işini görün və sonra suyla durulayaraq təmizləyin.
  • Həzm sistemini gücləndirən üsullar

    Türkiyəli cərrah Fatih Kar son illərdə ən çox müzakirə edilən prebiyotiklər və probiyotiklər haqqında məlumat verib. O, bildirib ki, bağırsaqlar həqiqətən də bədənin ikinci beyin funksiyasını daşıyır.
  • Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO

    Açıqlamada qeyd olunub ki, kralın 34 yaşlı baş kənizi Sininat Vongvajirapakdinin bütün titulları və rütbələri də əlindən alınıb.
  • Ahmet Kuralın son halı bəyənilmədi-FOTO

    Niyə yaraşıb ki. Daha səliqəli görsəndi
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!