Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1335 AZN
10:53Xəyalə Murad Surayyə xanım,nə sözünüz olsa mesaja yazın xanıma çatdırım 10:49Surayye Xeyale xanim bu etirafi yazan qizla nece danisa bilerem 10:42Surayye Men geldimmm Necesiz? 08:55Xəyalə Murad Yeni ilk və dərs həftəsində hər birinizi salamlayıram!
38065

İdeal piroq (foto resept)

Tərkibi:

Bilinçik xəmiri: 

500 ml süd,

1 x.q şəkər tozu,

7 x.q un,

1 yumurta,

2 x.q "Möcüzə" duru yağı (günəbaxan),

Duz,

Bir çimdik soda.

Xəmirin tərkibi:

300 qr un,

70 ml su,

1/2 yumurta,

120 qr "Möcüzə"paket yağı,

Zövqə görə duz.

İçlik:

3 ədəd qaynadılmış yumurta,

1 toyuğun döş əti,

150-200 qr göbələk,

100 ml yağlı krem, (qaymaq da ola bilər)

2 ədəd soğan,

3 x/q "Möcüzə" duru yağı (günəbaxan),

3 x.q xama,

Kişniş-şüyüd,

Duz.

Hazırlanması:

Əvvəlcə xəmirimiz hazırlanır və kündə halına gətirilib 15 dəqiqə gözlədilir.

 

 

İdeal piroq (foto resept)

 

Sonra isə blinçikimizi reseptə uyğun hazırlayırıq.

 

Yumurtalar qaynadıldıqdan sonra kubik şəklində doğranılır.

 

Doğradığımız yumurtanın üzərinə yaşıllığımızı da doğrayırıq. Bir azda qaymaq əlavə edirib qarışdırırıq.

 

Tavaya duru yağ əlavə edirik və kubik şəklində doğradığımız döş ətini ora əlavə edirik.

 

Soğanı da doğradıqdan sonra ocağa qoyub çox olmamaq şərti ilə bişiririk.

 

Bişdikdən sonra bir az soyudub üzərinə 3 qaşıq xama əlavə edirik və qarışdırırıq.

 

Ayrı bir tava götürürük və ora yağ əlavə edirik. Qalan bir soğaanımızı doğrayıb ora əlavə edirik.

 

 

Göbələkləri də soğanın içərisinə əlavə edin və bişirin. Bişib qurtarmasına az qalmış kremini əlavə edin.

 

 

İdeal piroq (foto resept)

 

Tərkibləri hazır olduqdan sonra biz orta ölçülü bir list götürürük. Hazırladığımız xəmiri iki yerə bölürük. Birini yayıb alt hissəsinə yerləşdiririk.

 

Hazırladığımız blinçiklərimizi şəkildə göründüyü kimi ora yerləşdiririk. Birini qoyuruq.

 

Və yumurtadan hazırladığımız içliyimizi ora töküb yayırıq.

 

Üzərini daha bir blinçiklə örtürük.

 

Yenidən toyuğun döş ətində hazırladığımız içliyi ora əlavə edirik və yayırıq. Üzərini blinçiklə örtürük.

 

Sonda göbələkli içliyimizi ora əlavə edirik.

 

Və üzərini sonuncu blinçikimizlə örtürük.

Sonda qalan xəmirimizin ikinci hissəsini yayırıq və listin üzərinə hamar şəklində yerləşdiririk.

 

Üzərinə istədiyiniz kimi bəzək verə bilərsiniz. Bəzədikdən sonra yumurta sarısını onun üzərinə yayırıq və qızdırılmış sobada bişiririk.

 

Bişdikdən sonra üzərini bəzəyə bilərsiniz.

 

 

İdeal piroq (foto resept)

 

Budur, çox dadlı görsənir.

Nuş olsun!

 


Səslərin sayı: 5
38
6992
loading...
Şərhlər
Offline
Mələksima
Çox dadlı görsənir. Təşəkkürlər.
25 aprel 2015 01:15
Offline
Sevil Babayeva
Çox sağ olun resept üçün təşəkkürlər.
21 aprel 2015 11:54
Offline
gunay
Lezzetli gorunur. Tesekkurler.
13 aprel 2015 10:44
Offline
Azadə Həbibzadə
Aygun Eliyeva
Eziyyetli bir ise oxsayir,amma cox dadli olar

mencede.tesekkur respt ucun
10 aprel 2015 00:36
Offline
Aygun Eliyeva
Eziyyetli bir ise oxsayir,amma cox dadli olar
9 aprel 2015 21:31
Offline
Aysun Memmedova
Bundan bizim qonsu tez-tez hazirlayir men cox sevirem.Tesekkurler.
3 aprel 2015 15:22
Offline
MAYA EL
Dadmağa dəyər dadlı görünür
22 mart 2015 18:38
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Narin...
cox gozel goruntusu var beyendim
6 mart 2015 01:50
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Gulay
Beyendim, hazirlamaga deyer, tewekkurler
4 mart 2015 09:36
Offline
nigar dadasova
Dadli gorunur ellerinize sagliq
28 fevral 2015 21:51
Offline
Qəribə
Çox dadlı görsənir. Təşəkkürlər.
26 fevral 2015 22:30
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Sevgi
Gozel resepdir.Beyendim give_ros
26 fevral 2015 21:05
Offline
Asi
Iclikden krem xama gobeleyi ixtisar elesek good olar tesekkurler paylasdign ucun give_ros
24 fevral 2015 15:32
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Ellada Babayeva
Çətin gəldi. Tutumlu yeməyə oxşayır. Çox sağ olun.
23 fevral 2015 17:46
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Xanim_Xatun
Çox gozəl alınıb.dadı da super olar.
23 fevral 2015 15:02
Offline
Nazlım
Ay askim dadli gorunur. Tesekurler xeberinize gore.
23 fevral 2015 13:06
Offline
Roya Hesenova
Cox dadli gorunur heqiqetende amma hazirlayan lazimdiye bunu
23 fevral 2015 11:04
Offline
♥Aynişka Gülüm♥
Maraqlı reseptdir təşəkkürlər Zəhra!
23 fevral 2015 01:04
Offline
איסון ממדוב.
Cox dadli gorunur
22 fevral 2015 23:08
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
.............
Superdi tesekkur resepte gore
22 fevral 2015 22:33
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır