Bakıda hava 12°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Qadın olmaq heç də asan deyil...

Qadın olmaq heç də asan deyil...Asan olmamağına sübut kimi bir neçə variant təqdim edirəm. Hər kəs öz fikrini bildirə bilər. 
1. Hər addımdan bir arxadan gələnin təcavüzçü ya adi normal vətəndaşdırmı deyə düşünüb tez-tez geri dönər.
Qadın olmaq heç də asan deyil...
2. Gecə vaxtı hər hansı bir küçədən keçəndə “birdən başıma iş gələr” qorxusu keçirər.
3. Gecə vaxtı küçəyə çıxanların  “qadının bu saatda küçədə nə işi var” suallarını da unutmamalı.
Qadın olmaq heç də asan deyil...
4. Sərnişin avtomobillərində başqa boş yerlər olduğu halda yanında əks cinsin nümayəndəsi oturduğu zaman pəncərəyə sıxılar.
Qadın olmaq heç də asan deyil...
5. Məkana çatmasa belə avtobusdan ən son düşən sərnişinlə eyni anda düşər.
6. Tək başına tanımadığı taksiyə mindiyi zaman taksinin nömrəsini ən yaxın bildiyi insana mesajla göndərər. 
Qadın olmaq heç də asan deyil...
7. Sifariş verdiyi zaman qapını açmazdan əvvəl evdə tək deyilmiş kimi səslənər.
8. Oğlanlar arasından keçməli olanda telefonda danışırmış kimi “Hə, ata artıq çatdım” deyər.
Qadın olmaq heç də asan deyil...
9. Bu cür qorxusu olduğu və etdiyi tədbirləri dilə gətirdiyi  üçün kənardan xəstə təəssüratı bağışlayar.
10. Yanında nişanlısı belə olduğu halda sərnişin avtomobillərində təcavüz edilmə təhlükəsi vardır. 
Qadın olmaq heç də asan deyil...
11. Başqa ölkələrdə qadının “Yox” deməsi “yox” kimi başa düşüldüyü halda ölkəmizdə “yox” deyən qadının əslində naz edərək “hə” deməsinə yozulur.
Qadın olmaq heç də asan deyil...
12. Təcavüz edildiyi halda səsini çıxarmağa çəkinər, “günah özündədir” sözünü eşitməkdən qorxarlar.
13. İstədiyi kimi geyinməkdən çəkinər. Bir az açıq geyinərsə, “səbəbkarı özüdür” deyiləcəkdir. 
Qadın olmaq heç də asan deyil...
14. Özgecan Aslan da bu çətinlikləri yaşayan qadınlardan biri idi.Döyüldü, bıçaqlandı, sağ ikən qolları biləklərdən kəsildi, başından zərbə aldı, təcavüz edildi və nəhayət yandırıldı. Onun belə arxasınca “yəqin nəsə edibmiş” dedilər.  Qadının nəyi necə geyinməli olduğunu belə danışdılar.  Geyimə görə günahı qadının özündə görənlər belə tapıldı. Hər qısa ətək geyinən qadına təcavüz edilmədiyini, geyimin ,ümumiyyətlə, buna təsiri olmadığını, qısa ətəklərin “dəbdə” olmadığı zamanlarda belə təcavüz edilmiş qadınların heç də az olmadığını düşünsək, bu idiaların absurd olduğunu anlayarıq. Anlayanadək isə neçə qadın qurban olacaq. Allahın qoydugu yoldan azmalımalıyıq. Uzun ətək və ya qısa ətək geyən qadına təcavüz edən hər cürə kişinin cəzası Allah qatında ağır olacaqdır. Çünki hər zülmün qarşılığı mütləq vardır.
Səslərin sayı: 9
34
3579
loading...
Şərhlər
Offline
Azadə Həbibzadə
Burda yazilar heqiqetende eledi.Qadin olmaq cetindi.Ozgecanin ehvalati lap dehsetli olub.Allah rehmet elesin
4 aprel 2015 12:11
Offline
Xanim_Xatun
Özgəcana çox pis oldum..
23 fevral 2015 15:09
Offline
Nazlım
Tesekurler aşkim sag ol canikom benim. give_ros give_ros
23 fevral 2015 13:11
Offline
Mələksima
Yanında nişanlısı belə olduğu halda sərnişin avtomobillərində təcavüz edilmə təhlükəsi vardır.
20 fevral 2015 23:28
Offline
Qəribə
"Qadın olmaq asan deyil" - məncə hər kəs həyata öz bucağından baxır. Əgər bu baxış bucağı həyatı və dünyanı bəxş edənin yaratdığı üçün təyin etdiyi instruksiya ilə üst-üstə düşürsə, qadın olmaq heç də çətin deyil. Önə dünyanı deyil, Allahı qoyan qadının başına təcavüzə məruz qalmaq kimi hadisələrin gəlmə ehtimalı çox-çox aşağıdır. Qətiyyən olmayacaq deyə bir şey yoxdur təbii ki.
Çox gözəl mövzudur. Cox sag olun Xeyale xanim. Tesekkur edirem. give_ros
20 fevral 2015 18:17
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Bakuji,
Səninlə tamamın razıyam ,əgər elə canavara rast gəlibsə qız ya qadın onun geyimlə əlaqəsi olmaz
19 fevral 2015 18:56
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Roya Hesenova
tamamiyle dogrudur tesufki
19 fevral 2015 14:50
Offline
✈██▓ Руслан Абилов ▓██✈
Bunlar lap Bizde Azerbaycanda nezerde tutulub yazilibki biggrin
19 fevral 2015 12:37
Offline
Zehra.
Qadın olmaq hər tərəfli çətin işdir.
18 fevral 2015 23:11
Offline
Hacət-i Vuslat
Bir hadisəni xatırladım. 4-5 il öncə məktəb yaşlı oğlan qonşuluqdakı 4 yaşlı qızcığazı zorlayaraq suda boğmuşdu. Bu və buna bənzər hadisələr isbat edir ki, təcavüzün səbəbi təkcə geyim deyil. Amma bu məsum körpə ona düşən görəvləri yerinə yetirmədi deyə sorğulanmayacaq. Biz şeytana dəvət qapısı açmayaq ki, məsum olaq.
18 fevral 2015 21:24
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Xebere gore twk))maraqli movzudu heqiqeten qadin olmaq cetindi
18 fevral 2015 21:05
Offline
●♥ Səma ♥●
Burda məndən qabaq şərh yazan xanımlara qatılıram.Həbsxanada həmin caninin də başına açılan oyun haqda oxumuşam.İnsanlıqdan çıxanları insanlığa çağırmaqla da baş ediləcək bir durum deyil bu.Onların qanında,canında vəhşilik varsa,deməli şeytana coxdan təslim olublar.Allah pislərin bəlasını versin.
Xəyalə xanım,sizin hər kəlmənizə qatılıram.Gündəmdə olan bu hadisəni qələmə alaraq saytımızın verdiyi reaksiyani göstərməyə şərait yaratdığınız üçün dərin təşəkkürlərimi bildirirəm.
18 fevral 2015 20:49
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Hacət-i Vuslat
Lalə, mən dini baxımdan heç nə demirəm. Sadəcə sözüm onadır ki,təcavüz edilmiş qadın da insandır. Onun başına gətirilən bu dəhşət cavabsız qalmamalıdır. Bir qadın kimi məni bu çox narahat edir.

Dini baxımdan heç nə demirəm deyəndə ki, ilk şərhimdə də qeyd etmişdim - hərə öz baxış bucağından baxır. Mənə görə (VƏ ELƏ DÜZÜ DƏ BUDUR) dini baxımdan kənar olan bütün baxışlar səhvdir və boşuna zaman itkisidir. İnsanlıq nə üçün yarandığını unutduğu üçün bu gün İslam adını daşıyan ölkələrin durumu göz qabağındadır, bu da Haqq yolunda olmayanların İslama dil uzatmalarına səbəb olur, Haqqın təbliği onları qıcıqlandırır. Gizli şirkdir bu. Düzdür, kafir ölkələrin İslamın xeyrinə olan hansısa statistika təqdim etməsini gözləmək özü də gülüncdür...
Amma cəza deyirsən Xəyalə, mən də tərəfdarıyam ki, bu vəhşilik cavabsız qalmamalıdır. Və elə yenə də dində bunun də cəzası nəzərdə tutulub. Amma birini, üçünü, beşini cəzalandırmaqla zehinlər dəyişəcəkmi? Çətin... Gərəkli olan yenə də İslamdır.
Həm də Xəyalə.sən özün də imanlı xanımsan,dini baxımdan demədən sən də keçə bilmirsən e ay bacı, love məqalənin son cümlələrinə bax - istər-istəməz də qəlbindəki Allah sevgisi səni vadar edir ki, dini təbliğ edəsən.
18 fevral 2015 20:24
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aysel İ.
Çox gözəl mövzudur. Qadın hər zaman əziyyət çəkən tərəfdir. qadın nə etsə söz edərlər.
Xəyalə gözəl mövzu üçün minnətdaram. give_ros


Lalə, mən dini baxımdan heç nə demirəm. Sadəcə sözüm onadır ki,təcavüz edilmiş qadın da insandır. Onun başına gətirilən bu dəhşət cavabsız qalmamalıdır. Bir qadın kimi məni bu çox narahat edir.

Mən də razıyam. Bu insanları Mərkəzi meydanda bağlamaq lazımdır. Və Qadınların hər gələni dırnağı ilə bu insanın ətindən qoparmalıdır. İnanın ki, belə insanlara sadə ölüm bəs eləmir. Belələrini əziyyətlə öldürmək lazımdır. Yemə,içmə,gül kimi bala böyüt,sonra da belə insanlıqdan kənar vəhşilər toxunmağa qıymadığın balanı bu cür vəhşiliklə öldürsünlər.
18 fevral 2015 18:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Bakuji
mən dini baxımdan heç nə demirəm


Dogru deyirsiz, her hadiseden dini teblig ucun istifade etmek tendensiyasi mende qiciq dogurur.
dunyada qadinlara qarsi fiziki zorakiligin en yuksek oldugun besh olkeden dordu muselman olkeleridir ( The world’s five most dangerous countries for women: A Thomson Reuters Foundation global poll of experts - June 15, 2011)/ Efqanistanin az qala ust-uste 3 carshab geyinen qadinlarinin 87%-i fiziki zorakiliga (o cumleden) tecavuze meruz qalir. hec bir olkede Dinler qadinlari xilas etmeyib, telim, tehsil, cezasizliga son qoyulmasi ede biler, belke..
18 fevral 2015 18:25
Offline
GOZƏL
Hələ bu harasıdır,doyulən ,şər bohtan,əzilən və s. qadinları deyimək olar.Heqiqetende qadin olmaq cox cetindir. biz qadinlara hormət etməliyik cunki hər birmizin anası məs qadindir. yes
18 fevral 2015 18:16
Offline
Sevgi
Heqiqetende qadin olmaq cox cetindir...
18 fevral 2015 17:57
Offline
Xəyalə Murad
Hacət-i Vuslat,
Lalə, mən dini baxımdan heç nə demirəm. Sadəcə sözüm onadır ki,təcavüz edilmiş qadın da insandır. Onun başına gətirilən bu dəhşət cavabsız qalmamalıdır. Bir qadın kimi məni bu çox narahat edir.
18 fevral 2015 17:41
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Pərvanə
Başqa ölkələrdə qadının “Yox” deməsi “yox” kimi başa düşüldüyü halda ölkəmizdə “yox” deyən qadının əslində naz edərək “hə” deməsinə yozulur.
18 fevral 2015 17:10
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
♥Mira♥
Xeyale xanim xebere gore cox sag olun give_ros
18 fevral 2015 17:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!