Ulduzlardan kompüterlərə qədər görməyə vərdiş etdiyimiz bütün obyektlər adi materiyadan qurulub. Bu materiya kainatın cəmi 4%-ini təşkil edir. "Bizim reallıqla" qarşılıqlı əlaqəyə girməyən müəmmalı qaranlıq materiyaya düşən pay isə bundan 5 dəfə çoxdur. O, işığı nə həbs edir, nə əks etdirir, nə də deformasion hala salır. Nə güclü, nə də zəif subatom əlaqələrə girir və özünü, adi maddəni cəzb edən "gizli kütlə" kimi büruzə verir.
Hesab edilir ki, məhz qaranlıq materiyanın güclü cazibə qüvvəsi kainatın genişmiqyaslı strukturunun mövcudluğunu davam etdirərək, qalaktikaların təkamülünü idarə edir. Qaranlıq materiyanın izləri hər yerdədir, amma ona heç yerdə rast gəlmək olmayıb. Bu günə qədər onun mövcud olduğuna dair konkret dəlillər qeydə alınmayıb. ESO laboratoriyasından olan avropalı alimlərin apardığı yeni tədqiqat əsrin hələlik ən mühüm kəşfini aşkara çıxara bilər.
Məsələ burasındadır ki, alimlər hələ də qaranlıq materiyanın Süd Yolu qalaktikasında necə paylandığını aydınlaşdıra bilmirlər. Bəziləri hesab edir ki, qaranlıq materiya qalaktika ətrafında bir növ xarici qabıq formalaşdıraraq, onu əhatə edir. Digərləri isə onun müəyyən miqdarının elə qalaktikanın mərkəzində olduğunu iddia edir. Alimlərin gəldiyi yekun, ikinci versiyanın daha doğru olduğunu göstərir: bir müddət əvvəl aparılmış tədqiqatın nəticələrinə əsasən, Süd Yolu qalaktikasının aktiv mərkəzində kafi miqdarda qaranlıq materiya mövcuddur - daha doğrusu, ona aid izlər.
Alimlər qalaktikamızın müxtəlif bölgələrindəki ulduzların öz sürətini öyrənərək, qalaktika mərkəzi ilə aralarındakı məsafədən asılı olaraq sürətin necə dəyişdiyini göstərməyə nail olublar. Bu məlumatlar Süd Yolu qalaktikasının yeni modelinin hazırlanması prosesi gedişatında istifadə edilib. Tədqiqatın müəllifləri bildirir ki, qaranlıq materiya və onun cazibə qüvvəsi nəzərə alınmadığı təqdirdə, müşahidə olunan ulduzların sürət göstəriciləri uyğunluq təşkil etməyəcək.
Modeli və müşahidələri birləşdirməyin yeganə yolu Süd Yolunun mərkəzində olduğu hesab edilən müəyyən miqdarda qaranlıq materiya təsirini işin içinə qatmaqdır. Yəqin ki, bundan sonra qaranlıq materiya ovu digər qalaktikalarda deyil, bilavasitə Süd Yolu qalaktikamız mərkəzində aparılacaq.
Həyatın təkamülü
XƏBƏR LENTİ
Bakıda hərbi keçid olacaq
Hamiləliyin ağır fəsadını əvvəlcədən bilmək olar
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Nikah sərvət və xoşbəxtlik gətirir
Mayli Sayrus geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Ev dekorasiyanızı özünüz yaradın
Moruqlu çay–hamiləlik zamanı istifadəsi
Müəllimlərlə bağlı yeni qaydalar
BÜRCLƏR bizə nə vəd edir? -28 MAY
Ermənistana sığınan azərbaycanlı ailə yoxa çıxıb
Baharın makiyaj trendi
Hava haqqında - 26.10.2013
Azərbaycan sərhədçiləri Səudiyyə Ərəbistanından olan həmkarlarına dərs keçdilər - FOTO
Nazirlikdən təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə MÜRACİƏT
Appendisit və onun fəsadları
Əhaliyə ŞAD XƏBƏR - Pensiyalar artırılacaq (VİDEO)
Hava haqqında
Braziliya feni (Fix Nano Keratin)
Azərbaycan üçün yaxşı proqnoz
Orqanizmimiz haqqında 15 maraqlı məlumat
Yaşadığım şəhər "Volqoqrad"
Soyqırımı uşaqlara necə izah edək?
Sabahın HAVAsı
“Google”da təhlükə yarandı
Burakı bu FOTOsuna görə ona bənzətdilər
Planetin ən gözəli Yusif oldu
Letolojika
1-ci sinfə gedənlər üçün
Bağçalar nə vaxt açılacaq? - AÇIQLAMA
Toy tortları
Soyuqdəymə zamanı bu çayları içməyi unutmayın
Anar Eyvazov: “Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir”
Dişlərinizin gözəl olması üçün 10 qayda
Şabalıdlı şirniyyat (foto resept)
"Xolesterini yüksək olan daha çox yaşayır"
Hadisə yeni FOTOsunu paylaşdı bəyənilmədi
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
Saçlarını kəsdirmə səbəbini AÇIQLADI -FOTO
Şeyxin ailəsi və evinin fotoları yayıldı
Malayziyaya vizasız gedəcəyik
Mimikaki
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Genetik alim peyvənd təhlükəsizliyi barədə HƏQİQƏTLƏRİ AÇDI
Tapmacalar
Ancelina Coli uşaqları ilə “bit bazarı”nda - FOTO
Ingilis dili-XXII-2 Dərs
Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir
Niyə bəzi insanlar sevgini tapa bilmir?
Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı
Xəstəxananın üzərində helikopterlər üçün eniş meydançası olacaq
- ŞƏRHLƏR