Milli.Az ATVxəbər.Az-a istinadən səhər yeməyi üçün ziyanlı olan məhsulların adını təqdim edir.
1. Soyuq və qazlı içki
Hətta adi soyuq su damarların spazmına, qazlılar isə qıcıqlanmaya səbəb ola bilər. Ən yaxşı halda isə həzm problemi yarada bilər. Amma dietoloqlar otaq temperaturunda bir stəkan qazlı suyu məsləhət görürlər. Bu, mədə-bağırsağı yuyur. Amma suyu bir dəfəyə yox, qurtum-qurtum içmək lazımdır.
2. Qəhvə
Bu içkini boş mədəyə içmək selikli qişanı qıcıqlandırır. Bunun üstünə siqaret də əlavə etsəniz, demək, sağlamlığınızın əsl düşmənisiniz. Bu, qastriti daha da ağırlaşdıra bilər. Ona görə qəhvəni səhər yeməyindən əvvəl yox, sonra içmək məsləhətdir.
3. Priojna, şirin bulkalar
Elə düşünə bilərsiniz ki, cemli kruassan səhər üçün ideal qidadır. Amma acqarına şirniyyat mədəaltı vəzi gərginləşdirir və daha çox insulin istehsal edilməsinə səbəb olur. Qanda insulin nə qədər çox olsa, artıq çəkiniz bir o qədər çox ola bilər. Kəskin şəkər artımı isə tez acmanıza səbəb olacaq.
4. Portağal şirəsi
Meyvə turşuları, efir yağı selikli qişanı qıcıqlandıra bilər. Amma bu o demək deyil ki, klassik səhər yeməyindən imtina etməlisiniz. Amma çalışın, şirəni acqarına yox, yeməkdən sonra için. Daha yaxşı olar ki, belə şirələri 10-15 dəqiqə saxlayandan sonra qəbul edəsiniz ki, efir yağları buxarlansın.
5. Yoqurt, kefir
Təccübləndiniz? Əslində süd məhsulları çox faydalıdır. Amma faydalı bakteriyalar acqarına mədəyə düşəndə faydalı effektini dərhal itirir və onlar bağırsağa çatmır. Buna görə dietoloqlar bu məhsulları səhər yeməyindən 1-1,5 saat sonra içməyi məsləhət görürlər.
6. Meyvələr
Burada məntiq portağal şirəsində olduğu kimidir. Meyvənin tərkibindəki turşular, maddələr boş mədəni qıcıqlandırır. Meyvələri səhər yeməyindən sonra qəbul etmək məsləhətdir. Meyvəli kəsmik əla ikinci səhər yeməyidir.
7. Kəpək
Bəziləri kəpəyin səhər üçün ideal olduğunu düşünə bilərlər. Kəpək süngər kimi suyu özünə çəkir. Bu, qəbizlik, mədə turşuluğunun artmasına, bağırsaqlarda qıcıqlanmaya səbəb ola bilər.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Tək nəfərlik pizza (foto resept)
HAVA necə olacaq?
Azərbaycanda onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb
Günün ulduz falı
Gözəl kirpiklər üçün 3 tövsiyə
Uşaqlar arasında intihar cəhdlərinin sayı niyə artır?
Ərik cemi ilə piroq (foto resept)
Bütün kalorilər yansın!
Gülməli heyvan şəkilləri
Ukraynadakı azsaylı xalqlar millətlərarası münasibətlərin siyasiləşdirilməsinin əleyhinə qətnamə qəbul edib
Aslı Murata “yox” dedi - SƏBƏB
Yaşı 30-dan çox olan və kosmetikasız qadınlar maşın sürə biləcəklər
Sevgi belə görsənir
Kəvərli tart (foto resept)
Gizli insan üzlərini tapın
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Qeyri-adi etiraz aksiyası
Çəkmə modelləri
P vitaminin faydaları
Fernando Alonso: Dünyada ən sürətli küçə treki Bakıdadır
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Beyonsedən qızının adına görə 10 milyon dollar istənildi - FOTO
ABŞ erməniləri dəstəkləyir
2021 Yaz/Yay Kopenhagen moda kolleksiyası
Koronavirus Nyu-Yorka Asiyadan deyil, Avropadan gedib
Maldiv adalarında turistlər üçün yeni QAYDALAR
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Bürclərinə görə gəlinlər
Bu cütlüyün boy fərqi 1 metrə yaxındı
Siz hansı tip anasınız?
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Məşhur model siyasətçi olmağa hazırlaşır
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Saç tökülməsinin səbəbləri
Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun
Hadisə övladlığa uşaq götürəcək
"Hercai"nin sevilən aktyorundan əskərlik FOTOsu
Nika Huk
BlackBerry yeni smartfonu satışa çıxarır
Marketlərdə ciddi ucuzlaşma başlayıb
Ermənistan Kürə zəhər axıdır
NASA açıqladı: Marsa ilk dəfə qadın gedəcək
Bakıda təkrar mənzillər ucuzlaşdı
Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
İlk LTE TDD şəbəkəsi istifadəyə verildi
Bakıda koronavirus xəstələri üçün açılan klinikada neçə xəstə var? - RƏSMİ
Koronavirus daha bir cütlüyün ayrılıq səbəbi oldu
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
Bakı metrosunun kart sistemində yenilik
Zakir Həsənov Ukrayna səfiri ilə görüşdü
- ŞƏRHLƏR