Günümüzdən təxminən 200-28 min il əvvəl yaşamış insan növü olan "Neandertal İnsan"ın da boyunun daha uzun, fiziki olaraq daha güclü bir canlı olduğu bilinir. İndilərdə isə insanla birlikdə təbiətdəki digər heyvanların da tarix əvvəli dövrlərdə çox daha böyük bir fiziki quruluşa sahib olduqları deyilir. Bəhs edəcəyimiz canlı nümunələrindən çoxunun adı hələ dilimizə keçmədiyi üçün orijinal dilində qeyd edəcəyik. Qalereyamızda bu heyvanların haqqında danışılan fiziki xüsusiyyətlərinə nəzər salacağıq.
1. Deinosuchus
Deinosuchus timsahlarla əlaqələndirilir və 80-73 milyon il əvvəl yaşadığı düşünülür. Boyu 10 metrə qədər olmaqla birlikdə böyük dinozavrlarla bəsləndiyi bilinir. Dişləri çox güclü olan bu canlı təxminən 1.8 tona qədər ağırlığı olan canlıları belə ovlaya bilirdi. Bu da o deməkdir ki, böyük bir dinozavr növü olan Tiranozavrdan belə güclüdür.
2. Paraceratherium
Paraceratherium buynuzsuz kərgədan olaraq bilinir və gəlmiş-keçmiş ən iri quru məməlisidir. 23 milyon il əvvəl nəsli tükənmişdir. Təxminən 20 tonluq ağırlığıyla və 5 metrlik boyuyla günümüzün bilinən ən böyük quru məməliləri olan Afrika fillərini yanlarında cırtdan kimi göstərirlər.
3. Archelon
Təxminən, 80 milyon il əvvəl yaşadığı fərz edilən Archelon nəhəng bir dəniz tısbağasıdır. Uzunluğu 4 metrə, genişliyisə 5 metrə qədər ola bilirdi. Bu böyük tısbağaların ağırlıqları 2 tona qədər olur və 100 ildən çox bir zamana malik həyat müddətləri vardı.
4. Titanoboa
Titanoboalar 60 milyon il əvvəl dinozavrların nəsli tükəndikdən sonra diqqət çəkməyə başladılar. 12 metr uzunluqları və 1 tondan çox ağırlıqlarıyla tarix əvvəli zamanın ən böyük ilanı olma xüsusiyyətini daşıyırdılar. Timsahlar və tısbağalarla bəslənərdi.
5. Gigantopithecus
100 min il əvvəl yaşadığı fərz edilən Gigantopithecus gəlmiş keçmiş ən böyük meymun növüdür. 3 metr boyları və təxminən yarım ton ağırlıqları vardı. Fəsiləsindəki ən yaxın qohumu oranqutanlardır.
6. Meqalaniya
Meqalaniyalar komodo əjdahalarının atalarıdır. 30 min il əvvəl nəsilləri tükənmişdir. Yəni bu da o deməkdir ki, bəlkə də ilk məskunlaşan aborigenlərlə qarşılaşmışdılar. Meqalaniyaların 7 metr uzunluqları və təxminən 450 kiloqram ağırlıqları vardı. Bu da onları bilinən ən böyük kərtənkələ edir.
7. Megalodon
Megaladon böyük ağ köpəkbalıqlarının atasıdır və məlum olan ən böyük, ən güclü canlılardan biridir. 18 metrlik bu köpək balığının 2.6 milyon il əvvəl nəsli tükəndiyi üçün şanslı sayılarıq hərhalda.
8. Phorusrhacidae (Terror Birds)
Uça bilməyən bu böyük ətyeyən quşlar Cənub Amerikada 2.5 milyon il əvvəlinə qədər qida zəncirində ən üstdə duran yırtıcı vəzifəsini icra edirdilər. Boyları 3 metrə qədər uzanan bu quşlar qurbanlarının ətlərini nəhəng dimdikləriylə parçalayırdılar.
9. Tüklü Kərgədan
Tüklü kərgədanlar son buz dövrünün sonlarına qədər Avropada və Asiyada olduqca yayğın olan canlılar idi. Hətta B.E.Ə 8.000-ci illərə qədər Sibirdə nəsillərini davam etdirdikləri təxmin edilir. Bədən böyüklükləri günümüzün Ağ Kərgədanlarıyla eyni ölçülərdə olsa da tüklü kərgədanlar daha çox qida ilə qidalanırdılar və ağırlıqları 3 ton olurdu. Ayrıca, ön buynuzları 70 santimetrə qədər uzana bilirdi.
10. Megatherium
Bu canlılar bir fillə eyni olub, təxminən 4 ton ağırlığa və 6 metr boya sahib bir tənbəh heyvan növüdür. Tüklü kərgədanlar kimi, B.E.Ə 8.000-ci illərə qədər varlıqlarını davam etdirdikləri düşünülür. Günümüzüm tənbəl heyvanlarının əksinə ağaclarda deyil, o ağırlıqları altında eləcə yerdə həyatlarını davam etdirirdilər.
İlkin Cəfərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koçaryan: “İyulda sərhəd münaqişəsinə Ermənistan səbəb olub”
Acun Zuhal Topalı məhkəməyə verir
Leyla Əliyeva "Bahar sevincləri" sərgisində-FOTO
Yunanıstanın baş nazirini Bakıya gətirən təyyarədə problem yaşandı
Bu gecə 24 oyun olacaq
Yeni il gecəsinin ulduzu olun
Onlayn alış-verişin hansı mənfi tərəfləri var?
Köklü,darçınlı,qozlu keks (foto resept)
Hikmət Hacıyevdən “Twitter” hesabının bloklanması ilə bağlı açıqlama
Günün qoroskopu: hər şey o qədər də pis deyil
Alişanla Busenin toy fotosessiyası başladı
Fahriye qarnını gizlətdi-FOTO
Tuş
Bir gündə 4 milyard qazandı-FOTO
Qəhvəli, damla şokoladlı parfe (foto resept)
Xəzərdə itkin düşənlərlə bağlı son vəziyyət
Uşaq otağı dizaynı
ABŞ-da göydə uçan insanabənzər fiqur görənləri qorxutdu – VİDEO
Demet Akalının təyyarəsində bomba həyəcanı-VİDEO
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Planetin ən təhlükəli hava limanları (FOTO)
Bütov Azərbaycan!
2020-ci ilin sağlamlıq QOROSKOPU - Hansı bürcü nə gözləyir?
Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (4-6 ay)
Məşhur serial ekranla vidalaşır
Uzun iş günü ürəyin düşmənidir
Öskürəyə nə yaxşı təsir edə bilər?
Limonlu-qozlu keks (foto-resept)
Yay aylarında uşaqlarda ishal və qusma hallarının baş verməməsi üçün nə etməli?
Qərbə getmək asanlaşdı
Qızcığazlar və gəlinciklər
Onlar da AYRILDILAR-FOTO
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Karyeranız işgüzar danışıqlardan asılıdır
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı açıqlandı
İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”
Adriana Lima Metin Haranı sildi
Stiven Siqal Bakıya gəlir
Süddə toyuq filesi( foto resept)
ÜST koronavirusla bağlı son rəqəmləri açıqladı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur
Məşhur aparıcıdan hicab AÇIQLAMASI
Bengünün toyundan ilk FOTOlar
İranda vəziyyət ağırlaşır- Bütün ölkə "qırmızı bölgə"dir
Dünyanın ən məşhur pişiyi öldü - FOTO
Peyğəmbərin ağız suyu ilə tikilən bina
Yeni qaş trendi: Balıq quyruğu
Adi məhsulların gözəllikdə istifadəsi
- ŞƏRHLƏR