Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
10:25Sima kate ana olacagmiss,saray qarisacag)) 10:17Sima heyooo qizlar necsiz salam herbirinize 10:04PERI sizinde sabahiz xeyir necesiz 09:37Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər! 09:37Xəyalə Murad Yeni gün hər birinizə uğur gətirsin!
39303

Hamiləlik diaqnozu və testləri

 

Hamiləlik diaqnozu və testləri

 

Hamiləlik planlayan qadınlar hər ay "Görəsən, bu ay hamilə qaldım mı?" sualını özlərinə soruşarlar və bədənlərindəki dəyişikliklərin hamiləlik ilə əlaqədar olub olmadığı ilə maraqlanarlar.

Həqiqətən də, bəzi əlamət və tapıntılar "hamilə ola bilərəmmi?" sualının cavabının "bəli" olma ehtimalının yüksək olduğunu göstərir.
Hamiləlik əlamətləri
Aşağıdakı əlamətlər hamiləliyin ilk dövründə ən sıx görülənlərdir:
Gözlənilən adət halının gecikməsi.
Məmələrdə dolğunluq, həssaslıq, məmə ucunda tündləşmə.
Qarının alt hissəsində dolğunluq, qabarıqlıq və bəzən həssaslıq.
Bulantı və bəzən qusma.
Yorğunluq, yuxuya meyl, başgicəllənməsi.
Tez sidiyə çıxma.
Vagina ifraz artması.
Bel ağrısı.
Bu əlamətlər hamiləlik meydana gəldiyi andan etibarən bədəninizdə ifraz başlanan hamiləlik hormonlarının və estrogen və progesteron hormonlarının təsiri ilə meydana gəlir. Bu fizioloji hormonal dəyişikliklərin əsas məqsədi bədəninizin hamiləliyə uyğunlaşmasının təmin edilməsi və körpənizin inkişafıdır.
Bu əlamətlər ola biləcək bir hamiləliyin xəbərçisidir. Qəti diaqnoz üçün hamiləlik testi edilməli və ya UZİ-də hamiləlik müşahidə edilməlidir.
Hamiləlik uşaqlıq daxilində (xarici hamiləlik vəziyyətində borularda ya da qarın boşluğu kimi bir yerdə) yerləşdiyi andan etibarən trofoblast hüceyrələri tərəfindən HCG (Human chorionic gonadotropin) adı verilən bir hormon ifrazı başlanır. Normalda qanda və sidikdə yetərincə miqdarda olan bu hormonun artdığının müxtəlif testlərlə göstərilməsi (HCG ifraz şişlərin olduğu çox nadir hallar istisna olmaqla) bədəndə bir hamiləlik olduğuna qəti bir dəlilidir.
Qandakı və sidikdəki HCG səviyyəsinin bu hormona struktur olaraq çox bənzəyən luteinizan hormon (LH) adlı yumurtlamadan məsul hormon ilə qarışmasını önləmək üçün HCG hormonunun beta fraksiyası yəni ß-HCG ölçülür.
Hamiləlik diaqnozu və testləri

Sidikdə edilən hamiləlik testləri (plano test):
Qanda ß-HCG müəyyən bir səviyyəsinə çatanda sidiyə çıxmağa başlayar və hamiləliyin irəliləməsiylə sidikdəki səviyyə artar. Sidiklə edilən hamiləlik testlərinin əsası bu ß-HCG'nin varlığının ya da yoxluğunun müəyyən olunmasına dayanır. Müxtəlif testlərin həssaslığı arasındakı fərqliliklər sidikdəki səviyyəni tanıyıb tanıyamamağa bağlıdır. Həssas bir test sidikdə hamiləliyin ən erkən dövrlərindəki aşağı səviyyədəki ß-HCG'yi tanıya bilirkən, həssas olmayan testlərlə nəticəni öyrənmək daha sonrakı hamiləlik mərhələsində mümkündür.
Sidik testlərində "hamiləlik müsbət" nəticəsi alınmışdırsa, yanlış olması ehtimalı azdır. Ancaq "hamiləlik mənfi" nəticəsi verən testin bir müddət sonra təkrarlanması uyğundur.
Əczaxanalarda, ya da evlərdə istifadə hazır test köməyiylə hamiləlik testlərinin etibarlılığı istehsalçı firma tərəfindən hər nə qədər 99% olaraq ifadə edilsə də, yanlış nəticə ehtimalı vardır.
Laboratoriyada tətbiq edilən sidikdə hamiləlik testləri isə etibarlı nəticə verə bilməkdədir. Bu testlər daha aşağı hormon səviyyələrini tanınması və buna görə də hazır test avadanlığlarına görə daha həssas olan testlərdir.
Qan testi (qanda beta hCG ölçüsü):
Sidik testləri ß-HCG'nin varlığını, ya da yoxluğunu təyin edərkən qan testləri ß-HCG'nin qandakı səviyyəsini müəyyən edirlər. Beləcə hormon ifrazatının başladığı ən erkən dövrlərdə, hələ adət gecikməsi belə olmadan qanda ß-HCG səviyyəsi müəyyən olunaraq hamiləliyin diaqnozu qoyula bilər, ya da hamiləlik meydana gəlmədiyi istiqamətində qəti qərar verilə bilər.
Qanda ß-HCG testi hamiləlik testi olaraq istifadə edilməsinin yanında xarici hamiləlik kimi vəziyyətlərin diaqnozunda da istifadə olduqca qiymətli bir tanı vasitəsidir.
Hamiləlik diaqnozu və testləri

Ultrasəs köməyi ilə hamiləlik diaqnozu
Adət gecikməsi bir neçə günü keçdikdə hamiləlik testi edilmədən ultrasəs köməyi ilə hamiləliyin qəti diaqnozu qoyula bilər. Abdominal (qarından baxılan) ultrassəsdə isə adət gecikməsi ən az bir həftə olmalıdır.
Erkən hamiləlik dövründə edilən ultrasəsin əhəmiyyəti:
Hamiləlik testinin müsbət çıxması hamiləlik varlığının qəti dəlilidir, ancaq hamiləlik diaqnozu qoyulduqdan sonra cavab axtaran əhəmiyyətli suallar vardır:
Hamiləlik normaldırmı?
Hamiləlik uşaqlıq daxilində ola bilərmi, yoxsa xarici hamiləlikdir?
Körpə canlıdırmı?
Yuxarıdakı vəziyyətlər irəli mərhələlərə qədər heç bir əlamət verməyə bilər. Buna görə hamiləlik testi edildikdən sonra heç bir şikayətiniz olmasa belə ən erkən dövrdə həkim nəzarətində olmalısınız. 
Erkən hamiləlik dövründə edilən ultrasəsin ən böyük faydalarından biri də son adət tarixiniz ilə hamiləlik həftəsi arasındakı uyğunlaşmanın təyin olunmasıdır. 
Səslərin sayı: 6
22
5440

loading...
Şərhlər
Offline
Babayeva Gunay
BU ELAMETLERIN HAMISI VAR IDI MENDE. QARIN/BEL/SINE AGRISI.ТTEZ TEZ SIDIYE GETMEK.SIDIK IFRAZATI.UREK BULANMALARIDA OLURDU.XESTELENME VAXTIMA 2 GUN QALMIS XESTELENDIM. BU NE OLA BILER?
29 aprel 2017 12:40
Offline
Cavadova Xedice
Allah bütün xanımlara nəsib eləsin əsasda gözü yolda olanlara.
4 fevral 2016 22:14
Offline
Azadə Həbibzadə
Allah her bir qiza qismet etsin
1 fevral 2016 19:41
Offline
Aysel İ.
Gənc analar üçün çox lazımlı məlumatlardır. Təşəkkürlər Qızıl Gül xanım!
1 fevral 2016 16:13
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Kazimova Melek
ay allahim butun istiyenler ucun olsun. 2 defe basima gelib uje ezber bilirem bunlari
26 dekabr 2015 20:08
Offline
nigar dadasova
Maraqlı idi, təşəkkür edirem.
28 fevral 2015 11:51
Offline
Pərvanə
Bu proseslər 3 dəfə keçmişəm özüdə necə elə bilirdimki öləcəm.Hamiləliklərim çox pis keçib.Amma uşaqlarımı qucagima alandan sonra hər şey yaddimdan çıxıb.
8 fevral 2015 15:39
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Qizil Gul
 Ramilya )),
Ellada Babayeva,
nihatmehtizadə,
zehra,
Turkane Selim,
Fatma xanım,
Dəniz84,
S.S.E.,
Qəribə,
●♥ Səma ♥●,
Şəri Babayeva,
Mehri,
give_ros give_ros give_ros give_ros give_ros
BUTUN QADINLARIMIZA ALLAAH SAGLAM OVLADLAR NESJB ETSIN. AMIN
7 fevral 2015 11:58
Offline
Mehri
Xeber ucun cox saq olun
4 fevral 2015 22:43
Offline
Şəri Babayeva
Xəbərə görə təşəkkür edirəm.Allah hər kəsə qismət etsin İnşaAllah. give_ros
4 fevral 2015 21:59
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
●♥ Səma ♥●
Bu duyğunu hər bir qadına yaşamağı arzu edirəm.
Təşəkkürlər,xəbərə görə.
4 fevral 2015 21:00
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Qəribə
Təşəkkürlər xəbərə görə.
4 fevral 2015 20:24
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.E.
Allah butun qadinlara ana olmagi nesib etsin...Ramilya xanim, inshAllah tezlikle bizleri gozel xeberle sevindiresen....Amin....Amin....Amin...
4 fevral 2015 17:47
Offline
Aysel İ.
Bu proseslərdən 3 dəfə keçmişəm. bütün xanımlara arzu edirəm bu hissləri. Təşəkkürlər xəbərə görə give_ros
4 fevral 2015 17:31
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ramilya ))
Fatma xanım, Inshallah can )) ALLAH razi olsun give_ros
4 fevral 2015 17:29
Offline
Fatma xanım
Allah bütün xanımlara ana olmağı nəsib eləsin

m en boyuk arzum ANA olmaqdi

Arzu edirəm ki tezliklə hamiləyəm xəbəri ilə bizi sevindirəsən
4 fevral 2015 17:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Turkane Selim
O testde 2 xetdi gormek her qadin kimi menim de arzum idi,nehayet 4 ilden sonra bu sevinci yasadim,hetta inanmayib dalbadal 3 testle yoxladim.Allahim sene sukurler olsun.Allah her kese nesib etsin,Amin! girl_ang girl_ang Tewekkurler xebere gore give_ros
4 fevral 2015 16:44
Offline
Ramilya ))
zehra,Amin )) Cox sag ol canim give_hea
4 fevral 2015 16:13
Offline
zehra
 Ramilya )),
Allah herkese qismet etsin insallah icindede sen bacim
4 fevral 2015 15:58
Offline
nihatmehtizadə
Bu dövrlərin hamısını keçirmişik,olmayanlara da qismət olsun.
4 fevral 2015 15:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!