Elektrik qatarının içi adət üzrə şey-şüy satan uşaqlarla dolu idi. Bu vaqondan o birisinə keçmək mümkün olduğu üçün gün ərzində kim bilir neçə dəfə qatarı əvvəldən-axıra, axırdan da əvvələ gəzir, əllərindəki güclə götürdükləri və ya yüngül şeyləri satmaq üçün dolaşırlar, bərkdən elan edirlər: “limon var”, “peçenye, şokolad var”, “corab var”, “kətə var” və s. və ilaxır.
Bu yavrular soyuqda, istidə, bürküdə, boranda beləcə nə isə satır, çörəkpulu qazanırlar. Bu uşaqlar valideyn qucağından hələ təzə ayrılmışlar və top gülləsi kimi həyatın içinə, çətinliklərə atılmışlar. Kimisinin valideyini zalımdır, göndərir, kimisininkinin də valideyini ürək ağrısı ilə, ürəyindən qara qanlar axa-axa göz yaşlarıyla, məcburən bu yavrusunu çörəkpulu üçün göndərir. Üst-başları çirkli, his-paslı, paltarları sökük-cırıq, ayaqqabıları yırtıq-sökük halda vaqonları dolaşırlar. Onlar da gözəl yaşamaq istərlər. Gözəl, yaraşıqlı geyinmiş uşaqları görəndə başdan-ayağa süzürlər və köks ötürürlər.
O gün də mən qatarla evə qayıdırdım. Qatar marşrut avtobuslara nisbətən ucuz idi. Vaqon yenə şey-şüy satan uşaqlarla “zəngin” idi. İki vaqon arasındakı keçid xəttində durmuşdum, necə deyərlər, koridorda. Bir uşaq gördüm. Əlində bir dəst turp var idi. Onun iri, qara gözləri vardı. Onun gözlərinin dərinliklərində bir qorxu vardı: indi məmur gələrək hirslənəcək: ay uşaq, keç görüm!
O, digər vaqona keçmək üçün əlini qapıya atdı. Amma qapı açılmadı. Gördü ki, bir “kişi” gülümsəyərək vaqonun qapısının açılmasına mane olur. Arabir də ətrafdakılara baxır, sanki zarafat etdiyini bildirmək istəyirdi. Uşaq keçmək üçün israr edir, “böyük”sə mane olurdu. Bilirdim ki, kişi zarafat edir. Amma buna baxmayaraq ona sərt baxırdım. Az qalırdım dillənim. Çünki o uşağın gözlərindəki kədəri görürdüm. Ürəyim parçalanırdı, dağlanırdı. Ürəyimdən keçirdi ki, o uşağa pul verim. Amma o an pulum yox idi.
Üzümü adamlardan çevirdim ki, gözlərimin yaşarmasını kimsə görməsin.
Uşaqların məsum çöhrəsini, onların sönük gözlərini görməyə taqətin varmı?
XƏBƏR LENTİ
Podiumda gözlənilməz hadisə-FOTO
Fitball - kiçikdən böyüyə
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub
Sellofanlar üçün torba
"Facebook"da 360 dərəcəlik fotolar yerləşdirmək mümkün oldu
Prezidentə maşınına görə 1 mln təklif etdilər
Maaş artımı haqqında RƏSMİ
Brokolili krep (foto resept)
Sobada toyuq budu (foto resept)
Yuxusuzluq yaradan qidalar
Azərbaycanda ən populyar internet provayderi bilindi
Yer Kürəsinin kütləsi və maqnit sahəsi
Bergüzarın başına gələnləri Burakla Fahriye də yaşadı
Zövqlü çanta modelləri
Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq
Burak Özçivit serialından 1,3 milyon alacaq
Hansı bürcdən olan kişi daha sədaqətlidir?
Asiyanın ən gözəl şəlaləsi
Tarixi arxitekturalarımız
İncəsənət tarixinin ən yaxşı 10 qar təsviri
Gözəl mebellər
Azərbaycan Ordusunun iki əsgəri şəhid oldu
Hamiləlikdə yuxu və yuxusuzluq
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Hansı duyğu hansı xəstəliyə səbəb olur?
"P" və "R" hərfləri ilə başlayan adların mənası
Uşaqlara ingilis dilini necə öyrətməli?
Sadəliyimizlə toyumuza işıq saçaq
Üzük ölçüsü
Payızın rəngləri
Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Bakıda güclü partlayış
Dərsliklərdə növbəti biabırçılıq
Azərbaycanda hansı ixtisaslar üzrə vakant müəllim yerləri qalıb?
Əsrarəngiz dünya çempionatı haqqında hər şey
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Kompüterdən gözləri qorumağın adi düsturu
2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO
Səhiyyəmizə inanırsız?
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Dodaqları daha dolğun göstərmək üçün...
Kanadada buz vurmuş bayram
Hörgü bijuteriya modelləri
Bədən tipinə görə köynək kombini
Hande Erçel izləyicilərini sevindirdi-FOTO
Bakıda şəxsi maşınla yük daşısaq
Yeni il gecesi geyimləri(Top 10)
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Azərbaycan ilk beşlikdə
- ŞƏRHLƏR