Son günlər ölkə ərazisində ətin ucuzlaşması müşahidə olunur. Milli.Az APA Tv-yə istinadən xəbər verir ki, bir ay bundan öncə dana əti rayonlarda 8-9 manata satılırdısa, hazırda bu qiymət 6 manata düşüb. Ucuzlaşma daha çox Aran rayonlarında qeydə alınıb. Ucar rayonunda dana ətinin qiyməti 2 manat, qoyun ətinin qiyməti isə 1-2 manata qədər ucuzlaşıb. Əvvəllər rayonun mərkəzi bazarında 7 manat 50 qəpik, bəzi ucqar ərazilərdə isə 8 manata satılan dana əti indi mərkəzi bazarda 6, kəndlərdə isə 5-5 manat 50 qəpik, qoyun əti isə əvvəllər 9 manata satılırdısa hazırda keyfiyyətindən asılı olaraq 7-8 manata təklif olunur. Ətin qiymətinin 2 manata qədər aşağı enməsinə ət satışı ilə məşğul olan qəssablar kəsimə yararlı diri heyvanın qiymətinin aşağı enməsi ilə izah edirlər.
"Biz diri çəki ilə heyvan satırıq. Bir neçə gün bundan əvvəl satdığımız 10 kiloqramlıq quzu 150 manata deyilirdisə, indi 120-130 manata satırıq. Bu, satıcılar üçün yox, alıcılar üçün sərf edir".
Maldarlıqla məşğul olan sahibkarlar ötən il əlverişsiz hava şəraiti səbəbindən ot qıtlığı yarandığını, bu səbəbdən də 1 bağlama otun qiymətinin 5 manata kimi qalxdığını deyirlər. Sahibkarlar isə mal ətinin qiymətinin aşağı düşməsini otun qiymətinin qalxması ilə əlaqələndirirlər.
"Bu il havaların quraq keçməsi otun az olmasına səbəb oldu. Bu da bir növ otun qiymətinin 3 manatdan 5 manata qalxmasına səbəb oldu. Hazırda ətin qiymətinin düşməsinin səbəbi kəndlilərin mal-qaranı artıq saxlaya bilməyib bazara çıxarmasıdır. Ona görə də ət bolluğu yaranıb. Bu da ətin qiymətinin aşağı düşməsinə səbəb olub".
Paytaxt bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu ki, bölgələrə nisbətən paytaxtda ətin qiymətində 50 qəpik və ya 1 manat arası ucuzlaşma müşahidə edilir. Əvvəlki vaxtla müqayisədə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyən satıcıların sözlərinə görə, regionlardan gələn ət paytaxta çatana kimi bir qədər bahalaşır. Lakin buna baxmayaraq, ucuzlaşma hiss edilir.
"Alıcılıq qabiliyyəti zəifdir. Bundan da irəli gələ bilər. Amma rayondan gələnlər deyir ki, bölgələrdə mal-qara bol olduğuna görə, qiymətlər bir qədər ucuzlaşıb. Biz də dəqiq bilmirik".
Ekspertlər hesab edir ki, ətin qiymətinin ucuzlaşmasının əsas səbəbi Gürcüstandan ölkəmizə ətin ucuz idxal olmasıdır. Bir qədər qəribə səslənsə, də səbəblər sırasında yas mərasimlərində ehsana qoyulan qadağa da durur. Məsələyə ekspert Vahid Məhərrəmov da münasibət bildirib."Əsas səbəblərdən biri də son zamanlar yas mərasimlərinə ehsana qoyulan qadağalarla bağlıdır. Bir müddət əvvəl təxminən 200 min baş mal ehsan yerlərinə istifadə olunurdusa, hazırda bu göstərici yarıya enib".
Vahid Məhərrəmov hesab edir ki, səbəblərdən biri də ölkə üzrə yem məhsullarının kifayət qədər tədarük edilməməsidir. Regionların yem bazarında baş verən qiymət artımı fermerlərin mal-qaranı bazarlara çıxarmasına səbəb olub. Hazırda yaranan bolluq bir neçə aydan sonra ət qıtlığının yaranmasına və bu da öz növbəsində qiymətlərin artmasına səbəb ola bilər.
"Hazırda mal-qaranın baş sayının azalması və yem məhsullarının qiymətinin artması ətin qiymətinin birdən-birə bahalaşmasına səbəb ola bilər. Bu artım təxminən mart və may aylarında müşahidə ediləcək".
Hazırda ətin qiymətində müşahidə edilən ucuzlaşmanın digər ət məhsullarının qiymətinə hələ ki təsir etmədiyini deyən ekspert hesab edir ki, əgər gələcəkdə ət bahalaşarsa digər məhsullar da bahalaşa bilər. Bunun qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi tədbirlər görülməlidir. Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev bildirib ki, ətin qiymətinin ucuzlaşmasının səbəbi yem və yem məhsullarının qiymətinin bahalaşmasıdır.
"Ötən il ölkə ərazisində yem və yem məhsullarının tədarükü bir qədər aşağı düşüb. Bu əsasən suvarılmayan ərazilərdə daha çox müşahidə edilib. Bu da yem və yem məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bu səbəbdən də fermerlər mal-qaranı satışa çıxarırlar. Yeni mövsümdə ot məhsulları becəriləndən sonra yenidən mal-qara alacaqlar".
Nazirlik rəsmisi deyir ki, yaz aylarında ət məhsullarının bahalaşma ehtimalı heç bir narahatlıq yaratmamalıdır. Bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Hazırda mal-qaranın satışı süd və süd məhsullarında hər hansı bahalaşmaya səbəb olmayacaq. Çünki ölkənin süd istehsalı iri təsərrüfatlar hesabına təmin edilir. Ötən il ölkədə 185,6 min ton süd istehsal edilib ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artıq miqdara bərabərdir. Qeyd edək ki, hazırda daxili istehsal hesabına mal əti 87 faiz, qoyun əti 97 faiz, quş əti isə 98 faiz təmin edilir.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hər gün etdiyimiz səhvlər
Bəhram Bağırzadənin xəstəxanadan yola salınma görüntüləri - FOTO
Zelenskinin oğlu koronavirusa yoluxdu
70 min toyuq məhv ediləcək - yeni H5 virusu yayılıb
Bahalı dərmanların ucuz əvəzləyiciləri - SİYAHI
Bülent Ersoy Demet Akalın haqqında bunları dedi-FOTO
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Bayramda hər kəs ət bişirəcək: Qiymət yarıbayarı ucuzlaşdı
Trend rəsmlərə başqa tərəfdən baxmaq
Ulduzların gəlinlik saç düzümləri
Qadınlarda depressiyanı azaldan 3 idman hərəkəti
Azərbaycanda bu banklar da bağlandı
Gigiyenanın insan həyatında rolu
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Çində robot polislər xidmətə başladı
"Terminator" yaşıllaşdı
Bu günün hava proqnozu
TƏBİB sədri həyəcan təbili çalır: “Bu halda bizi acı nəticələr gözləyə bilər” - VİDEO
Ağ ciyər qıtlığı var
"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı qərarda yenilik
Selena Gomezin "Tattoo"su fanatlarını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Övladları iki il analarının çürüyən meyidi ilə yaşadılar
Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində bir nəfər mülki şəxs yaralanıb - RƏSMİ
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
Əliyev büdcəni təsdiq etdi
Toyuqlu,göbələkli börək (foto resept)
Aclıq hissini yox edin
Alla Puqaçovadan nəvəsinə 60 milyonluq toy hədiyyəsi
İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Pilates edərkən sümüklərinizi gücləndirin
Azərbaycanda "ASAN qatar" sistemi yaradılacaq
Günün qoroskopu: təşəbbüs göstərməkdən çəkinməyin
MDB ölkələrinin vətəndaşları üçün Rusiyada qalma müddəti məhdudlaşdırıla bilər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gənc xanımlar üçün çanta modelləri
Kənd, yoxsa zavod südü alaq?
Günün qoroskopu: bu gün nədənsə imtina etməli olacaq
Murat Dalkılıça Hande Erçeldən dəstək
BÜRCLƏR bizə nə vəd edir?-10 yanvar
Ayların mənası
Şəhid ailələrinə Bakıda və daha 2 rayonda mənzil veriləcək-SİYAHI
Azərbaycanlı pəhləvan hər kəsi heyrətləndirdi-FOTO
Azərbaycanda yeni televiziya yaradıldı
Günün ulduz falı
Qaynadılmış armud (foto resept)
Dördbucaq dırnaqlar üçün 15 möhtəşəm manikür modeli
Azərbaycanlı deputat ana oldu
“Haber Global” -da İlham Əliyevin doğum gününə həsr olunmuş reportaj -VİDEO
Bu ölkədə ən kiçik məktəb 12 kvadratmetrdir
- ŞƏRHLƏR