İyunda Bakıda start götürəcək I Avropa Oyunlarında ikihəftəlik feeriya ərzində idmançılar, artistlər və texnologiyalar diqqət mərkəzində olacaq ki, bu da Azərbaycanı dünyanın idman arenasına çevirəcək. Trend-in məlumatına görə, bu barədə "The Washington Times" qəzetində dərc edilmiş məqalədə deyilir.
Məqalədə yazılır: "Bakı zəngin tarixi və mədəniyyəti ilə məşhurlaşmış şəhərdir, irimiqyaslı tikinti işlərindən sonra burada ən qabaqcıl standartlara cavab verən idman qurğuları yaranacaq".
Qəzet qeyd edir ki, Avropa Oyunları infrastrukturu tamamilə "bulud" texnologiyalara əsaslanacaq ilk multiidman tədbiri olacaq: "Bu model, çox güman, gələcəkdə bütün iri idman tədbirlərində tətbiq olunacaq".
Materialda bildirilir ki, Bakıda idman arenalarını birləşdirəcək uzunluğu 600 kilometrdən çox olan optik lifli şəbəkə qurulacaq: "Bu, təkcə oyunları yayımlamağa imkan verməyəcək, həmçinin iqtisadiyyatı sürətlə inkişaf edən, əhalisi isə innovasiyalara, informasiya və iqtisadi tərəqqiyə can atan Azərbaycana uzunmüddətli fayda gətirəcək".
Qəzet "Bakı 2015"-in texnologiyalar üzrə direktoru Adriana Korkorandan sitat gətirir: "Avropa Oyunları Azərbaycan üçün idmanda texnoloji nailiyyətlərin avanqardı olmaq imkanıdır və biz hazırlığımızın gedişindən çox razıyıq".
Məqalədə vurğulanır ki, yarışların keçiriləcəyi idman obyektlərinin çoxu artıq hazırdır, əsas arenanın tikintisi isə yaxın həftələrdə başa çatacaq: "Avropa Oyunları dünyanın iri brendləri tərəfindən dəstəklənəcək".
Qəzet yazır ki, yarışların ev sahibi Azərbaycanın çoxsaylı istedadlarını nümayiş etdirmək üçün artistlərdən ibarət ulduz heyəti toplayıb. Bura aktyorlar Bəhram Bağırzadə və Murad Dadaşov, eləcə də istedadlı müğənnilər Nigar Camal və Röya Ayxan daxildir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Kəpənək" qurabiyəsi (foto resept)
Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlandı - RƏSMİ
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Gəlin bir az da gülək
Koronavirusla bağlı son STATİSTİKA
“Karib dənizinin quldurları” filminin 6-cı hissəsi çəkilir?-FOTO
Məşhur müğənni 5 günə milyonçu oldu
İstirahət gününün HAVAsı
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Koronavirusa yoluxmuş hamilə qadın insanlara müraciət etdi-FOTO
Azərbaycanda internet xidmətlərinin dəyəri aşağı salınacaq
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Koronavirusla bağlı donor olanların sayı bilindi - RƏSMİ
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Gəlinlər üçün saç modelləri
Neymar üçün mundial bitdi
Bətndə boğulan gələcəyimiz
Dövrümüzü tənqid edən şəkillər
Dəniz tısbağaları
Yaralıyam, dəymə…
Asan 7 gəlinlik saç düzümü
Əroğanın qızının toyundan FOTOlar
Saç qırıqlarından xilas olmaq üçün...
Xəbərdarlıq: “Facebook” profilinizi bağlayın!
Bu gün imtahandır
Özünüzə inanırsınızmı? (Psixoloji test)
Qarabağ Universiteti yaradılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Zərif toyuq salatı (foto resept)
Qızıl payız
Ayna modelləri
3D formatlı yataq dəstləri
Mövlanə Cəlaləddin Rumidən
Adriana Lima türk sevgilisi ilə tətildə - FOTO
Serenay Sarıkaya onu bağışladı
Kate Moss tərzinin əvəzedilməzləri
Hindistan qozlu şokoladlı tort (foto resept)
Məşhurları belə də tanıyın
BÜRCLƏR bizə nə vəd edir? -23 iyun
Məşhur aktrisa YENİ SERİALDA-VİDEO
Beren Saat BBC-nin diqqətini çəkdi
HAVA necə olacaq? 10 İyun
Bakıya qar yağacaq
Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO
İki müğənnimiz Xalq artisti oldu - SƏRƏNCAM
Qurban bayramında İŞİD-dən təhlükə
Emin Ağalarov qarda çimdi – FOTO
Cazibədar xanımlar üçün çimərlik geyimləri
Qış aylarında yaz tətili üçün 10 ölkə
- ŞƏRHLƏR