Ermənistanın elektron mətbuatı müdafiə naziri Seyran Ohanyanın yanvarın 27-də keçirdiyi mətbuat konfransında dediyi fikirlərin təhqiredici olduğundan və ictimaiyyəti aldatdığından yazıb.ANS PRESS-in xəbərinə görə, "Üçüncü imkan olmayacaq" başlıqlı məqalədə nazirin sözlərindən sitat gətirilib və bunun yanlış olduğunun izahı verilib: "Nazir deyir ki, bizim ordumuzun komandirlərinin bilikləri, təcrübəsi, hazırlığı hər gün millətimizin qalib gəlməsini yaxınlaşdırır. Amma bu fikir yanlışdır. Əgər, bu belədirsə, o zaman nə üçün son vaxtlar sərhəddə baş verən gərginlik zamanı bizim silahlı qüvvələrimiz böyük itkilərə məruz qalmasının şahidi oluruq, bəzi hərbi qulluqçularımız həyatını itirirlər?!"Məqalədə deyilir ki, bizim qələbə haqqında danışmağımız hələ çox tezdir. Çünki XXI əsrdə böyük qələbə qazanmağın başlanğıcı iqtisadi, siyasi islahatlardan, mədəni sivilizasiyadan keçir. İndi bizim başbilənlərimiz birinci Qarabağ müharibəsini qələbə kimi qələmə verməyə çalışırlar, lakin, bu, gələcək üçün böyük problemlər yaradan qələbədir. Bu gün bunu cəbhə xəttindəki gərginliyin bizim üçün nə qədər çətinlik yaratdığını açıq-aydın görünür. Analitik yazıda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin vəzifələrini müvəffəqiyyətlə yerinə yetirə bilmir və ona görə də qələbə haqqında danışa bilmərik. Çünki bizdə arxa cəbhədə çox-çox ciddi problemlər var. Qələbə haqqında danışmaq üçün, ilk növbədə, ölkədə Konstitusiyanın və qanunların qələbəsi haqqında danışmalıyıq. Ölkə daxilində Konstitusiya, qanunlar, yəni insan hüquqları, söz, vətəndaş azadlığı qalib gəlməlidir ki, sərhəddə də bizim silahlı qüvvələrimiz rəqib üzərində qələbə qazansın. Qələbəni dəyərli etmək üçün məhz bunlar lazımdır. Məqalənin sonluğu bu fikirlə tamamlanır: "Təəssüf ki, Ermənistan daxilində vətəndaş bu gün aldadılır, yumşaq desək, "kölgəli hərbi qələbə"dən danışılır. Bu isə yanlışdır. Tarix bizi bağışlamayacaq. Bizə bir dəfə şans düşdü, bunu dəyərləndirə bilmədik. İkinci dəfə yenə səhv edirik. Üçüncü dəfə, bu səhvin təkrarı halında, bizi nə tarix, nə də dünya saymayacaq."
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
Gülüş-3
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Öskürəyə qarşı ballı qəhvə
Mixail Qorbaçov 20 Yanvar qırğını haqda: "Bu mənə dərs oldu"
Ac olanda bədəninizdə nə baş verir?-AÇIQLAMA
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Bakıda ilk dəfə
Ramazanın altıncı gününün duası
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Günün qoroskopu: Uğurlu gündür!
Güclü külək əsəcək, temperatur enəcək
Başda və dəridə olan piy vəziləri (lipoma)
"Ananas" salatı (foto-resept)
TQDK-dan müraciət
"Xəstə bina" sindromu
Bakıda aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI
Qırışların yaranmasının qarşısını alan maska
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi
Azərbaycan ombudsmanı mükafat aldı
Avropada koronavirusun yeni dalğası gözlənilir
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Sevgiyə həsrət
10 oğuldan sonra qız anası oldu-FOTO
Mursilər qəbiləsinin qadınları-FOTO
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Qədim Misirdə istifadə olunan gözəllik üsulları
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Müəllimlərə daha bir şad xəbər
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Belinizin formasına görə necə geyinməlisiniz?
Məşhur restoranlar şəbəkəsi bağlandı-SƏBƏB
Yaz-yay ayaqqabı modelləri
Pendirli poğaça (video-resept)
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Yeni trend: Saç sırğaları
Məşhur verilişə Kenan aparıcılıq edəcək-FOTO
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Valideynlərə bayram xəbərdarlığı
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
62 yaşında ana olmağa hazırlaşan qadın
Azərbaycan üçün "Korona" qorxusu varmı?
Yel Çərşənbəniz Mübarək!
- ŞƏRHLƏR