"Azərbaycanın sabitliyi və çiçəklənməsi bütün Qafqaz regionunun sabitliyi və çiçəklənməsi deməkdir. Məhz buna görə ABŞ prezidenti Barak Obamanın administrasiyası Amerika dəyərlərini, ideallarını və əxlaqını müdafiə etməli və Azərbaycan hökuməti və xalqı ilə strateji münasibətləri pozmamalıdır". Trend xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Alabama ştatından olan üzvü Robert Adelhortun "Vaşinqton Tayms" qəzetində dərc edilmiş məqaləsində deyilir.Məqalədə deyilir: "Azərbaycan kiçik, lakin çox mühüm ölkədir, Xəzər dənizinin qərb sahillərində yerləşir. Ölkə şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəddir. Azərbaycan mühüm əhəmiyyətə malikdir, çünki onun təkində regionun əhəmiyyətli neft və qaz yataqları mövcuddur. Məhz buna görə də Qərb üçün strateji baxımdan vacib ölkədir”.R.Adelhort Azərbaycana bir neçə dəfə səfər etdiyini yazır. Çünki o, ABŞ Konresinin üzvüdür və fəaliyyətləri birbaşa və ya dolayısı ilə beynəlxalq problemlərin həlli ilə bağlı olan müxtəlif komitə və təşkilatların iclaslarında iştirak edir.Bununla əlaqədar, məqalə müəllifi yazır ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi, onun Qərb qarşısında götürdüyü öhdəliklər ölkənin əhəmiyyətini xeyli artırır. Eyni zamanda, bu, qonşu ölkələrdən Azərbaycana gələn təhdidləri aktuallaşdırır: "Krımın işğalı və Rusiyanın Ukraynadakı üsyançıları dəstəkləməsi fonunda Azərbaycanın gələcəyi ilə bağlı narahatlığımıza hər cür əsas var".
Materialda deyilir ki, Azərbaycan hökuməti Rusiyanın Ukraynanın daxili işlərinə müdaxiləsi məsələsində aydın mövqeyini ifadə edib. Azərbaycan, Gürcüstan və Moldova ötən il BMT Təhlükəsizlik Şurasında postsovet məkanında Rusiyanın təcavüzünə qarşı səs verə bilən yeganə ölkələr idilər.
Müəllif yazır ki, Azərbaycanın beynəlxalq siyasəti ABŞ və onun müttəfiqləri kimi, dünya birliyinin xeyrinə yönəlib: "ABŞ prezidenti Barak Obama Rusiya təcavüzünün Ukraynanı deyil, Azərbaycanı təhdid edəcəyi halda özünü necə aparardı?"
O izah edir ki, Barak Obamanın Ukrayna ilə münaqişə zamanı özünü necə apardığını gördüyünə görə, bu sualla müraciət edir: "Qorxuram ki, ötən illərin təcrübəsi əsasında biz çox hay-küylü vədlər və çox az hərəkət gözləyə bilərik".
Konqresmenin sözlərinə görə, prezident Obama dünyadakı münaqişələrə o qədər süst reaksiya verir ki, dəfələrlə ABŞ öz prinsiplərindən imtina etməli olub: "Eyni zamanda, prezident Putin öz hərəkətləri ilə aydın şəkildə anlatdı ki, əgər o, nəsə istəyirsə, onda öz hədəfinə nail olmaq üçün hər şeyi edəcək. ABŞ təkcə öz marağında olduğuna görə Azərbaycanı dəstəkləməməlidir, Bakı dəfələrlə Vaşinqtonu ən çətin günlərində dəstəkləyib".
Konqresmen yazır: "2001-ci il 11 sentyabr terror aktlarından sonra Azərbaycan öz hərbi qulluqçularını sülhməramlı əməliyyatları dəstəkləmək üçün Əfqanıstana göndərdi. Biz bundan sonra radikal islamla mübarizədə bizi dəstəkləyən Azərbaycandan necə üz döndərə bilərik?"
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Britaniya Parlamentinin üzvü: "İşğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər"
Seda ana oldu-FOTO
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Səhərlər gümrah oyanmaq üçün 4 vərdiş
Həyatda fəxr edəsi nəyiniz var?
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Firuzə qaşının cazibəsi
Artıq çəki yuxusuzluğa səbəb olur
Keçəlliyin də dərmanı tapıldı
Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VİDEO
"Yayın ən yaxşı cütlüyü" seçildilər - FOTO
Gözəl ibadət yerləri
Qəbiristanlıqda şok olay: tabut boş çıxdı
Borclu abonentlərə XƏBƏRDARLIQ: Dekabrın 25-dən...
Bakıda “Kitab dayanacaqları” yaradıldı - Açıqlama/Foto
Şəhid bu gün dəfn ediləcək
Özünüzü gözləyin: artıq 35 nəfər xəstəxanada
Yerin təbii peyki ilə bağlı maraqlı fakt açıldı
Kəsiri olan tələbələrin nəzərinə
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Dodaq boyasının zərərləri
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Təyyarəni qaçıran şəxs həbs edildi
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Keçibuynuzu
Lift qəzaları niyə artır?
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Instagram: Məşhurlar haker hücumuna məruz qalıb
Günün qoroskopu: Uğurlu gündür!
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
İranda zəlzələ oldu
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Azərbaycanda Facebook istifadəçilərinin sayı azalır
Fransız tədqiqatçı erməniləri biabır elədi
Ulduz aktyor öldü-FOTO
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin
Qırmızı gözlü yaşıl qurbağa
Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?
Sensasiya: Marsda su tapıldı
Prezidentdən bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı SƏRƏNCAM
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Biliyini yoxla (2)
Arıqlamağın ən asan yolu: gülmək
Dünyanın ən qədim tikililəri
ŞAD XƏBƏR - Pensiya və maaşlar yenidən artırılacaq
Dadı damaqda, zəhəri canda qalan "onluq"
- ŞƏRHLƏR