Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Məmməd Əmin Rəsulzadə

Məmməd Əmin Rəsulzadə

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci il dönümüdür.

Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
İnsanlara azadlıq, Millətlərə İstiqlal! 
Bir kərə yüksələn bayraq bir daha enməz! 
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Artıq tarixə keşmiş bu kəlamlar Azərbaycan Istiqlal Hərəkatının ideoloqu, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlalını elan edən Milli Şuranın Sədri Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.
Məhəmməd Əmin Rəsulzadə  Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.
 “Rus-müsəlman” məktəbində təhsil alan Məmməd Əmin Rəsulzadə Bakı texniki məktəbində elə rus dilində də təhsilini davam etdirdi. Gənc yaşlarından inqilabi fəaliyyətə başlayan M.Ə.Rəsulzadə 17 yaşında ikən rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan “Müsəlman gənclik təşkilatı” nı yaratdı. 
Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan- Azərbaycan Demaokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məmməd Əmin Rəsulzadə olur. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini qeyd etmişdir.
Məhəmməd Əmin Rəsulzadə Quzey Azərbaycanda dövlətlə millətin bütünləşməsi simvolu olduğu kimi öz siyasi, ədəbi və ictimai fəaliyyəti ilə Azərbaycanımızın Güneyi ilə Quzeyinin də bütövlük simvoludur. Milli liderimizin 1908-1911 cil illərdə Güneydəki fəaliyyətləri, Təbrizdə baş qaldıran Məşrutə hərəkatında iştirakı, “Irane nou” kimi modern bir qəzetin əsasını qoyması , ən önəmlisi isə qələmə aldığı əsərlərində Güney Azərbaycanda yaşayan soydaşlarımızın soy -kökü, tarixi və yaşadıqları coğrafiyanın taleyinin teyin olunmasında önəmləri barədə açıqladığı fikirlər öz dönəmində nə qədər mühüm səslənirdisə də, bu günümüz üçün də son dərəcə aktualdır. Ölməz liderimiz Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan Tarixi, , Çağdaş Azərbaycan ədəbiyyatı, Azərbaycan sairi Nizami, eləcə də Istanbulda Türk yurdu dərgisində çap olunan Iran türkləri adlı silsilə məqalələrində Arazın şimali və cənubundakı Azərbaycan türklərinin soy kökü barədə hələ ki ən dəqiq yanaşmanı sərgiləmiş ve bu xüsusda yaranan mübahisələrə son qoymuşdur. Bu həm də bizim millətləşmə və bütövləşməmiz yolunda atılmış müstəsna əhəmiyyətli addım idi. Tariximizdə ikinci bir dövlət xadiminə rast gələ bilməzsən ki, Məhəmməd Əmin Rəsulzadə qədər Azərbaycanın quzeyi və güneyi haqda dərin düşüncəyə malik olmaqla bərabər, bu yöndə aktiv əməli fəaliyyət də sərgiləsin. Yəni bütövlük kontekstindən də baxanda Məhəmməd Əmin Rəsulzadə o tayımızla bu tayımızın birliyi, bütövlüyü rəmzidir.

Məmməd Əmin Rəsulzadə

Bu gün dünya ölkələrinin milli mübarizə və dövlətçilik tarixinə nəzər salarkən biz də Öndərimizin milli varlığımız üçün önəmini daha qabarıq hiss edir və bu reallığı dərk edirik ki, Hindistan ucun Qandi, Fransa ucun Şarl de Qoll, Almaniya ucun Bismark, qardas Türkiyə ucun Atatürk, Italiya ucun Qaribaldi, Ingiltərə ucun Kromvel kim idisə, Azərbaycan ucun Rəsulzadə məhz odur. 
Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Əslində siyasi və ictimai xadim Rəsulzadə publisist və şair Rəsulzadədən başlayır. Onun milli ideyaları, siyasi dünyagörüşü əvvəlcə şerdə, sənətdə formalaşmışdı. Təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyətinin millilik təlimini, milli simvolikasının əlamətlərini onun həmin dövr poeziyasından toplamaq olar. Gənc Məmməd Əmin hələ sırf maarifçi kimi düşünsə də, böyük tarixi-siyasi mübarizələr yoluna onu məhz belə şair narahatlığı və nigarançılığı gətirmişdi.
Rəsulzadənin bilavasitə mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş elmi əsərləri, məqalə və mə'ruzələri onun yaradıcıhğının mühacirət dövrünə təsadüf edir. 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı”, Varşavada “Azərbaycan ədəbiyyatı” məqalələri çap olunmuşdu. 1951-ci ildə isə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə Rəsulzadə dünya nizamişünaslığına bir sıra yeni fikirlər, istiqamətlər gətirmişdi.
Bu əsərlərdə onun sənət görüşlərinin, estetikasının dərinliyini, təkamülünü görürük. O, mədəniyyətə başqa dövrlərin me'yarı ilə deyil, milli və tarixi kontekstdə yanaşmağın tərəfdarı idi. Mühacirət dövrünü aydın əks etdirən bu əsərlərdəki xalqa və vətənə qırılmaz tellərlə bağlılıq oxucuda Rəsulzadə ədəbi irsinə böyük maraq və sevgi oyadır.
Xalqımızın böyük oğlu Rəsulzadənin ədəbi-siyasi irsi bu gün hər bir azərbaycanlının vətənpərvərlik, sədaqət ruhunda tərbiyəsi üçün etibarlı mənbədir. 1938-ci ildə Polşada məsləhətçi işləmiş, 1940-cı ildən Rumıniyada yaşamış, sonra yenidən ikinci vətəni Türkiyəyə qayıtmış, qəlbində Azərbaycan eşqinin sönməyən yanğısı ilə yaşayıb-yaradan Məmməd Əmin Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan...” deyərək əbədi olaraq gözlərini yumdu.
Onun dostu və silahdaşı Seyid Həsən Tağızadə bu münasibətlə yazırdı: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bey tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmizqəlbli, doğru sözlü, mətanətli, dərin inam bəsləyən fədakar  bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”. Bəli, Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin mə'nalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla biz Vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşürük. Sözsüz ki, bu sədaqət, bu sevgisi ilə o, Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır. Rəsulzadə prinsipə sədaqətin, məfkurəyə bağlılığın, səbr və fədakarlığın, əzm ve qüdrətin timsalı idi. 20 yaşında“İnsanlara hürriyyət, millətlərə istiqlal” arzusu ilə siyasi həyata atılmış Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” fikri ilə də 72 yaşında həyatla vidalaşdı. Lakin ömrünün son anına qədər inam onu tərk etmədi.
Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Rəsulzadə üçrəngli milli bayrağımızın hər bir kəsin ruhunda, qəlbində qorunub saxlanılacagına inanırdı. Bir kərə yüksələn bayraq bir daha enməz!

Səslərin sayı: 7
15
2159
loading...
Şərhlər
Offline
Aysel İ.
Allah rəhmət eləsin sənə dahi insan! Biz sənə çox şey borcluyuq.
31 yanvar 2016 17:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Bir kərə yüksələn bayraq bir daha enməz.M.Ə.R.
16 mart 2015 13:01
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xalidə Həsənzadə
Dahi insandır..və çox sevdiyimdir smile
16 mart 2015 09:26
Offline
Elvira
Allah rehmet elesin o dunyasin versin amin
3 fevral 2015 20:30
Offline
♥Çalıkuşu ♥
Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
İnsanlara azadlıq, Millətlərə İstiqlal!
Bir kərə yüksələn bayraq bir daha enməz!
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Allah Rəhmət Etsin Liderə.
31 yanvar 2015 20:27
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah rehmet elesin..
Ele bu gun boyuk oqlum deyirdiki Mama Memmed Emin Resulzade haqqinda niye verlish vermirler ve ya niye yada salmirlar.Oki bu cur dahi insandi.Indi xebere baxdim dedim bax bizim saytimizda artiq Onun haqqinda xeber var.Coxsaqolun.Allah razi olsun.En azinnan gelecey nesil unutmasin.

Bu gun doqum gunu olduqunu bilirdi deye maraqlanirdi.Indi hansisa shou biznesden biri olsa day televiziya bar bar baqirardi.
31 yanvar 2015 20:13
Offline
Şəri Babayeva
Allah rəhmət eləsin.
Bir kərə yüksələn bayraq bir daha enməz!
31 yanvar 2015 19:27
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Qəribə
Təşəkkürlər Xəyalə Azərbaycanını sevən onun uğrunda hər çətinliyə dözən bir insan olub Məhəmməd Əmin rəsulzadə. Çox keşməkeşli, əzablı həyatı olub. Onun həyatını oxuyarkən insan göz yaşlarına hakim ola bilmir. O vaxtki rejim onu çox incidib. Onu və ailəsini(
Duzdur cox çetin heyatı olub.
Allah rəhmət eləsin.
Təşəkkür edirem Xəyalə xanım.
31 yanvar 2015 17:01
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Bir kərə yüksələn bayraq bir daha enməz!

Allah rəhmət eləsin.

“Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bey tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmizqəlbli, doğru sözlü, mətanətli, dərin inam bəsləyən fədakar bir insandı.
31 yanvar 2015 15:28
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
●♥ Səma ♥●
Təşəkkürlər,Xəyalə xanım.Maraqlı ve çetin heyatı olan insan olub Rəsulzadə.Allah rəhmət eləsin,qəbri nurla dolsun.Paylaşdığınız üçün bir daha təşəkkürlər.
31 yanvar 2015 14:29
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Wirin Qiz
Allah rehmet elesin oxudum xeberi
31 yanvar 2015 13:53
Offline
Fatma xanım
Allah rəhmət eləsin .
Nə qədər Azərbaycan var bu ad unudulmayacaq
31 yanvar 2015 13:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Mələksima
Allah rəhmət eləsin.
31 yanvar 2015 12:10
Offline
Aysel İ.
Təşəkkürlər Xəyalə Azərbaycanını sevən onun uğrunda hər çətinliyə dözən bir insan olub Məhəmməd Əmin rəsulzadə. Çox keşməkeşli, əzablı həyatı olub. Onun həyatını oxuyarkən insan göz yaşlarına hakim ola bilmir. O vaxtki rejim onu çox incidib. Onu və ailəsini(
31 yanvar 2015 07:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Allah rəhmət eləsin.
31 yanvar 2015 02:12
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır