Yanvar ayının 17-si idi. Axşam saat 9 olardı. Artıq iki imtahan geridə qalmışdı və Mədinə sayca üçüncü imtahanına hazırlaşırdı.
Mədinə universitetin ikinci kurs tələbəsi idi. Əlaçı deyildi. Bu onun üçüncü sessiyası idi və artıq əvvəlinci iki imtahanının birindən 5, digərindən isə 4 almışdı. Beləliklə, əgər 3 almasaydı, növbəti dəfə zərbəçi olacaqdı. Həmişəki kimi yenə gərgin idi. Çünki, hər nə qədər oxumağa çalışsa da, imtahana qədər tam hazırlıqlı getdiyi heç olmamışdı. Hətta 5 almış olduğu fənlərdə də imtahana kəsilmə qorxusu ilə gedirdi. İmtahan biletini əlinə almayıncaya qədər də bu həyəcanını dəf edə bilmirdi. Bu səfərki imtahan isə həm də qeyri-profil fənnindən (İngilis dili) idi. Ona görə hər suala baxdıqca, "ay ana, kəsiləcəm" deyə mızıldanırdı.
Bu il qış o qədər də sərt keçmirdi, lakin buna baxmayaraq, evləri daim soyuq olardı. Evin ən isti guşəsi isə mətbəx idi. Ona görə mətbəx boş olan vaxtlarda Mədinə hər zaman imtahanlarına orada hazırlaşardı.
Qəfil telefon zəng çaldı. Bacılardan heç biri telefona yaxınlaşmadığı üçün Mədinə əlindəki kitabı stola qoyub cəld qonaq otağına qaçdı.
-Alo, alo, aloo?
Lakin dəstəyin digər tərəfindən heç bir səs eşidilmirdi. Mədinə də bunu görüncə dəstəyi asdı. Ancaq elə otaqdan çıxmaq istəyirdi ki, yenidən zəng gəldi.
- Aloo. Alo?
Növbəti dəfə səssizlik. Mədinə dəstəyi yerinə qoymaq istərkən birdən digər tərəfdən səs eşidildi.
- Çox gözəl səsiniz var.
- Alo? Kimdi? Lakin yenə də heç bir səs gəlmədi. Bu kimi hallarda Mədinə sadəcə dəstəyi qoyardı. Ancaq ya imtahan gərginliyini bir anlıq da olsa unutmaq üçün, ya da sadəcə qanunu pozaraq -"Deməyə başqa sözünüz yoxdursa, dəstəyi qoyuram." -dedi və dəstəyi asdı. Elə həmin an yenidən zəng.
- Alo.
- Salam, xanım. Siz orta məktəbdə oxuyursunuz? (Mədinənin yaşına görə səsi çox zərif idi. Telefonda isə bu səs daha da incə eşidilirdi. Məhz buna görə də hamı onu uşağa bənzədirdi.)
- Xeyr. Mən məktəbi bitirmişəm.
Lakin bu cavab artıq üçüncü dəfə evdəki sükutu pozan bu gəncə inandırıcı gəlmədi. Ona görə də, təkidlə -"hansı ali məktəbdə oxuyursunuz ki?" sual verdi.
Mədinə özündən asılı olmadan nə dəstəyi asmadı, nə də sualı cavabsız qoymayaraq - "qoy deyim də, onsuz gəlib məni tapan deyilsiniz ki." -deyib, gəncin sualını heç bir yalan demədən cavablandırdı.
- Mən sizinlə nəsə çox danışdım. Həm bu nömrə sizdə haradandı?
- Dostuma yığırdım, əlim bir rəqəmə səhvən dəydi. Mən də bəlkə bu bir qismətdir deyə fikirləşib, nömrəni yığmağa qərar verdim. Səsinizi eşitdikdən sonra susa bilmədim. Bəlkə, bir-birimizi daha yaxından tanıyaq?
- Bu qismət olmayıb, sadəcə bir yalnışlıqdır. Növbəti dəfə yığmaqla səhvinizi təkrarlamış oldunuz sadəcə. İndi isə bir doğru hərəkət edin və bu nömrəni bir daha yığmayın.
- Xanım, bəlkə belə sərt danışmayasınız. Alın yazısına inanmırsınız yoxsa?! Bəlkə, doğrudan da bu bir qismətdir. Mənim qardaşım da həyat yoldaşıyla məhz bu şəkildə tanış olmuşdu. Söz verirəm, əgər mənimlə danışdıqdan sonra da fikriniz dəyişməsə, bir kəlmənizlə sizi bir daha narahat etməyəcəm.
Mədinə bir az fikrə daldı. Danışığında bunu hər nə qədər bildirməsə də, gəncin səsində və danışığında onu cəlb edən nə isə var idi. Hər nə qədər də, deyilənlərin yalan olduğunu ehtimal etsə də, hansısa bir qüvvə onu müsbət cavab verməyə vadar edirdi. Ona görə pis bir şey etmədiyini düşünərək, tanışlığa razılıq verdi.
- Siz deyən kimi olsun. Amma söz verdiniz a. Mənim bir cümləmlə heç bir narahatçılıq verməyəcəksiniz mənə.
- Oldu, söz verirəm. Mənim adım Eltac. 26 yaşım var. Bəs sizin?
- Mən Mədinə. Yaşım isə 21.
Bu tanışlıq beləcə davam etdi. Eltac Mədinənin harada oxuduğunu artıq ilk sualında öyrənmişdi. O özü isə işləyirdi. Dediyinə görə özəl sektor işçisi idi və onun işi polislə əlaqəli imiş. Mədinə daha konkret cavab almaq istəməsinə baxmayaraq ilk dəfə üçün bu cavabla qənaətbəxş olmuşdu.
Artıq üç gün sonra Eltac görüş istəyini irəli sürdü. Lakin Mədinə qətiyyən belə bir fikri olmadığını bildirərək, bunun üçün hələ çox tez olduğunu dedi.
- Axı niyə Mədinə?
Ardı var...
XƏBƏR LENTİ
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Hərbi ekspert: “Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Analar bu dəbi yaymağa başladılar
Göz ətrafına qulluq
Hadisənin 5 gözəllik sirri
Miomaya qarşı əlac
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
2020 Nyu-York moda həftəsi
Avropaya getmək artıq daha asan olacaq
Günün ulduz falı - 08.12.2013
Doğuş sonrası depressiya
Dünyanı böyük sürpriz gözləyir
Rusiya üçün bədbin proqnoz
Səlcuq Bayraktardan Şuşa təbriki: “Şükürlər olsun Rəbbimizə”
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Facebook istifadəçiləri – ehtiyatlı olun
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Bu qəzet səhvən nazir nömrəsini yayımladı
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Bu günün tarixi (03.09.2014)
Bakıda "çolaq" işıqfor
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Leysan qiymətlərə də təsir etdi
2014-cü ilin ev dizaynları
Bütün yaz dəbli görünməyiniz üçün nümunələr
Hava haqqında
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Dövlət qulluqçularına xoş xəbər
Şokoladlı konfet (foto resept)
Toydan sonra ilk işi bu oldu - FOTO
Kişi olmaq daha yaxşı imiş
Dünyanın ən uzun pilləkənlərı (2)
160 cütlük 02.02.2020-ci ildə nikaha girdi - İLK
Hər bir işdə bir xeyir varmış
İxtisas seçimi başladı
Dodaq yemə vərdişi
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Sitrus meyvələrinin şahı
Abdullah Gül Bakıya gəlir
Bakının mərkəzində nəhəng park salınır
Yerə asteroid yaxınlaşır
Dərman qəbul edərkən diqqətli olun!
Üçgözlü ilan
Tənbəlliyə qarşı təsirli həb
Hazal Kayadan gözlənilməz addım
Azərbaycanda hava şəraiti yenidən dəyişəcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Hava haqqında
- ŞƏRHLƏR