"ASAN Xidmət" mərkəzlərinin iş prinsipləri, xidmət səviyyəsi çoxlarımıza bəlli. Böyük ehtimal, əksəriyyət yolunu həmin mərkəzlərdən salmamış deyil.
Bəs səyyar xidmətləri hansı səviyyədə fəaliyyət göstərir?
Bunu təcrübə etmək üçün Milli.Az olaraq bir eksperiment keçirməyi qərara aldıq.Saytın redaktoru Firdovsi Fərzəliyev "ASAN Xidmət"in 9108 nömrəsinə zəng vuraraq, təcili ümumvətəndaşlıq pasportunu yeniləmək lazım olduğunu, amma xidmət mərkəzinə gəlmək üçün vaxtının olmadığını söylədi."ASAN Xidmət"in zəngə cavab verən operatoru əməkdaşımıza bildirdi ki, ertəsi gün xidmətin əməkdaşları saat 11:00-dan 17:00-dək bizim seçdiyimiz vaxtda ofisimizə gələ bilərlər. Biz saat 15:00-da gəlmələrini xahiş etdik.Operatordan xarici pasport almaq üçün hansı sənədlərin lazım olduğunu soruşanda, bəlli oldu ki, F.Fərzəliyevin pasportunun yenilənməsi üçün onun şəxsiyyət vəsiqəsi, vaxtı başa çatmış ümumvətəndaşlıq pasportu və hərbi bileti lazımdır.
Qeyd edək ki, "ASAN Xidmət"in 9108 nömrəsinə həm mobil, həm də stasionar telefonlardan zəng vurmaq olur. Səhəri gün 15:00-da "Səyyar ASAN Xidmət"in iki əməkdaşı ofisimizə gəldilər. Onlar özlərilə şəkil çəkmək və biometrik göstəriciləri götürmək üçün lazım olan avadanlıqları da gətirmişdilər. Əməkdaşımızın əvvəlcə imzası, sonra barmaq izləri götürüldü, sonra isə şəkli çəkildi. Bütün bu proseslər birlikdə uzağı 10 dəqiqə çəkdi. "Səyyar ASAN xidmət" əməkdaşları bizə bildirdilər ki, xarici pasportu səhəri gün almaq üçün 160 manat ödəmək lazımdır. Əgər pasportu 5 günə almaq istəsək, 80 manat, 10 günə götürsək, 40 manat ödəməliyik. Pasportu götürməyə gəlincə, bunu sizin istəyinizdən asılı olaraq, "Səyyar ASAN"ın əməkdaşları evə, yaxud ofisə çatdıra bilərlər, ya da özünüz gedib Xidmət Mərkəzindən götürə bilərsiniz. Belə variant da mümkündür ki, siz biometrik göstəricilərin götürülməsi üçün Mərkəzə gedirsiniz, sonra pasport hazır olanda onu lazım olan yerə çatdırırlar. Biz hazır pasportun 10 günə ofisə çatdırılması variantını seçdik və əlavə 90 manat ödədik. İşi çox olan adamlar üçün vaxt puldan qiymətlidir!.. Qeyd edək ki, I dərəcəli əlilliyi olanlara xidmət pulsuz göstərilir. Bu da sosial ədalətin bərpasının göstəricisidir...
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ukraynada müxalifət inzibati binanı ələ keçirdi
Ən çox yağ yandıran idman növləri
Azərbaycanda ilk dəfə: tələbələrə əlavə pul veriləcək
Nişan üzükləri
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Siqaretlə bağlı bu iddia da puç oldu
Günün qoroskopu: çıxış yolu tapa bilərsiniz
Ahıllar Günü Şəkidə qeyd olunub
Hakerlərə qarşı xüsusi idarə yaradıldı
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
Qızdırmalı xəstələrə qulluq
Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu - QİYMƏT - CƏDVƏL
Məşhur cütlük yenə susdu-FOTO
İnternet problemi nə vaxt həll olunacaq?
FİFA ilin komandasını seçir
Evdə pendir hazırlanması qaydası (foto resept)
Poçt bağlamasından İnsan Beyni Tapıldı-FOTO
Siqaret çəkənlər kor ola bilərlər!
Mətin Şəntürk
"ASAN xidmət"də yenilik
Berkay tənqid olundu - FOTO
Müasir dizaynlı vanna otaqları
10-dan artıq rayonda rəqəmsal TV siqnalının keyfiyyəti yaxşılaşdırılacaq
Apple yenə suçlanır
Labirint (2)
Con Frenç Sloanın rəsmləri
Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO
Murat Boz Aslı ilə duet oxuyacaq!
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Gül vida görüşü etdi
Sabah Bakının bu bölgələrində qaz olmayacaq
Meqan Markl yenə Kral ailəsinin neçə illik qaydasını pozdu-FOTO
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?
Server istehsalı artır
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Soyuducular
"iPhone 6"-da qüsur aşkarlandı
Rusiya üçün bədbin proqnoz
Hava haqqında
Qəbizliyi necə aradan qaldırmalı?
Ən populyar proqramlaşdırma dili hansıdır?
Daş-qaşlı ziyafət çantaları
"Ayna" cizgi filmi
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Xaşxaşlı biskvit (foto resept)
Bakıdakı toz-dumanın əsl səbəbi açıqlandı
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Düyü suyunun dəriyə faydaları
- ŞƏRHLƏR