Bakıda hava 15°
USD AZN
EUR AZN

Ev üsulu saç boyama

Əziz xanımlar, bu dəfə sizlərə evdə saç açma və boyama etməyi göstərəcəyəm. Düzdür, salonda etmək daha yaxşıdır, amma bu rəngləmə həm tez -tez, həm də özünüz edə biləcəyiniz tərzdədir.

Lazım olanlar:

Perekis 2 çay qaşığı,

ammonyak 20 damcı,

blondaran 2 ç.q,

su 1 ç.q,

şampun 1ç.q,

fırça,

əlcək,

baş üçün maska,

adi selofan,

xırda sancaqlar,

bir qab

Ev üsulu saç boyama

Mütləq əlcək geyinilməlidir.

Ev üsulu saç boyama

Yazılanları əczaçılardan ala bilərsiniz və bir qaba əlavə edin.

Ev üsulu saç boyama

Hamısını yaxşıca qarışdırın. Əgər saçınız çoxdursa, bunu iki və üç dəfə artılmalısınız.

Ev üsulu saç boyama

Sonra selofonlarları kvadrat kəsirik, ya da falqa kağızla da etmək olur.

Ev üsulu saç boyama

Əgər saçınızın hamısını açıb rəng qoymaq istəyirsinizsə, rəngi saçda çox saxlayın və ara-ara yoxlayın. Onu da deyim ki, az sarı rəng almağını istəyirsinizsə, saçınızda az saxlayın və tez-tez yoxlayıb rənginə baxın və saçı yuyun.

Ev üsulu saç boyama

Əgər saçınıza zolaqlar atmaq istəyirsinizsə, istədiyiniz hissədən saç götürün və yaxşı olar ki, diş fırçası ilə edəsiniz ki, digər saçlara dəyməsin.

Ev üsulu saç boyama

Saçınıza çəkdikdən sonra selofana büküb sancaqla bərkidin  və fikir verin ki, bağlama ağzı aşağı dayanmasın yoxsa, dərman saçda qaynadığı zaman ağzından axıb tökülərək digər hissələr idə rəngləyə bilər.

Ev üsulu saç boyama

Saçınıza maskanı keçirin və çalışın isti yerdə əyləşin və tez-tez yoxlayın. Olmasa fenlə isidin. Rəngi istədiyiniz kimi olduqdan sonra yuyun.

Ev üsulu saç boyama

Ara-ara etsəniz, saçınız belə bir rəng alacaq.

Ev üsulu saç boyama

Bunu özünüz ev şəraitində tez-tez boyaya bilərsiniz.

Səslərin sayı: 3
26
6379
loading...
Şərhlər
Offline
nigar dadasova
xebere gore tesekurlerr
4 iyun 2015 14:00
Offline
Gultekin
Saclar yana biler bu usulla
19 aprel 2015 00:42
Offline
nigar dadasova
Maraqlı idi, təşəkkür edirem.
27 fevral 2015 12:30
Offline
Mələksima
Saçlarımı boyamamişam hələki ehtiyac yoxdu.
21 fevral 2015 12:42
Offline
Ellada Babayeva
Ceylan Mumoğlu,
Bəli risklidir.
8 fevral 2015 13:15
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Pərvanə
Saçlarımı hələki rəngləmək fikrim yoxdu.
8 fevral 2015 01:59
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Ellada Babayeva
Sizinle tam raziyam 2 il bundan evvel sacimi sari renge boyatdirmisdim ve netice olaraq sacim yanmisdi cox pesman oldum sonradan ama ne fayda neyseki maskalar ve tez-tez kesdirmek sayesinde indi yaxsidir

Bəli kəsdirməklə saç bərpa olunur. Amma nəyə lazımdır saçın rəngini açmaq.
8 fevral 2015 00:54
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Yasemen
Xanımlarımız saçlarınızı bu cür üsulla açanda diqqət edin ki, saçınız yanmasın. Sonra onu bərpa etmək çətin olacaq.


Sizinle tam raziyam 2 il bundan evvel sacimi sari renge boyatdirmisdim ve netice olaraq sacim yanmisdi cox pesman oldum sonradan ama ne fayda neyseki maskalar ve tez-tez kesdirmek sayesinde indi yaxsidir
8 fevral 2015 00:18
Offline
Ellada Babayeva
Fatma xanım,
Blondaran saçın rəngini açan kimyəvi maddədir. Ən çox salonlarda istifadə olunur.Ev şəraitində qorxuludur istifadə etmək.
7 fevral 2015 22:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Qəribə
Maraqli idi. Təşəkkürlər. give_ros
7 fevral 2015 22:35
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Bu işin ustası kimi özümə borc bildim yazmağa. Blondaran tozu uçucudur. Ağ ciyərlərə ziyandır. Bu boya deyil saçın rəngini açan kimyəvi maddədir. Təşəkkürlər xəbərə görə.
7 fevral 2015 22:29
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
ozkay selin
Maraqli xeberdi ama mende sacimi boyamaga ustunluk vermirem lazm olanda ise xina ile boyayiram hemde xina tebiidii. Cox sagolun xebere gore wink
7 fevral 2015 20:22
Offline
Ramilya ))
Sac boyasi hec vaxt istfade etmerem belke qocalib saclarim agaranda mocking Amma mamamin saclarini evde hemishe ozum boyayiram , ustalashmisham uje ))) Faydali xebere gore cox teshekkurler Aytac xanim )))
7 fevral 2015 19:41
Offline
Fatma xanım
Blandarın nə olduğunu bilən var
7 fevral 2015 19:02
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Руслан Абилов
Saci boyamaq neye lazim oz tebi renginde qalsa pis olmaz
7 fevral 2015 18:44
Offline
Aytac Mammedova
Mənim arada salonda,aradada evdə etdiyim boyadır.Amma təhlükəli olmağına hər bir boya təhlükəlidi.İstəyənlər buyurub boyasınlar.Hamınıza şərhlərə görə təşəkkürlər
7 fevral 2015 17:58
Offline
Aysel İ.
Saçınıza çəkdikdən sonra selofana büküb sancaqla bərkidin və fikir verin ki, bağlama ağzı aşağı dayanmasın yoxsa, dərman saçda qaynadığı zaman ağzından axıb tökülərək digər hissələr idə rəngləyə bilər.

Ən yaxşısı salafanın bükdükdən sonra salafanın altına pambıq qoymaqdır.Əgər dərman azca dağılsa belə saça dəyməz.
7 fevral 2015 17:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Ellada Babayeva,
Xanımlarımız saçlarınızı bu cür üsulla açanda diqqət edin ki, saçınız yanmasın. Sonra onu bərpa etmək çətin olacaq.

Təmamilə razıyam, riskli üsuldur.
7 fevral 2015 16:58
Offline
7 fevral 2015 14:30
Offline
●♥ Səma ♥●
Saclarım öz təbii rəngindədi.Rənginin qəşəng olduğunu deyib məni saç ustaları həmişə rəngləmək fikrindən döndəriblər.Xəbərçün təşəkkürlər.
7 fevral 2015 14:11
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış