Bu gün Atletlər Kəndində “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində çıxış edəcək iştirakçıların növbəti dinləmələri təşkil olunub.Milli.Az Trend-ə istinadən xəbər verir ki, dinləmələri “Bakı-2015”in ulduz elçiləri “Eurovision-2011” Beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal da izləyiblər.Dinləmədə 50-dən artıq gənc iştirak edib və onlar peşəkar komandanın tapşırıqlarını yerinə yetiriblər.
“Bakı-2015”in açılış və bağlanış mərasimini hazırlayan “FiveCurrents” şirkətinin baş prodüseri Tom Bisinyano Avropa Oyunlarının 2015-ci ilin ən möhtəşəm tədbiri olacağını deyib və ölkə gənclərini bu yarışın bir hissəsi olmağa dəvət edib.
Tom Bisinyano bildirib ki, Avropa Oyunlarına könüllülərin cəlb olunması prosesi davam edir. “Bakı-2015”in könüllüləri “Facebook”da hazırlanmış xüsusi səhifədə qeydiyyatdan keçməklə bu möhtəşəm tədbirin iştirakçısı ola bilərlər. Əminliklə deyə bilərəm ki, “Bakı-2015”də könüllü kimi iştirak edəcək şəxslər zəngin təcrübə qazanacaqlar.
Könüllülərin cəlb olunmasında heç bir yaş məhdudiyyətinin olmadığını vurğulayan Tom Bisinyano “Bakı-2015”də 6
minədək volontyorun iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. “FiveCurrents” şirkətinin baş prodüseri bildirib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasiminin möhtəşəmliyi digərlərindən fərqlənəcək. Bu mərasimlər iştirakçılara unudulmaz anlar yaşadacaq. Xüsusi effektlərdən istifadə isə mərasimlərin yaddaqalan olmasına imkan yaradacaq. Həmçinin bu mərasimlərdə Azərbaycanın tarixi və mədəniyyəti xüsusi olaraq nümayiş etdiriləcək.
“Bakı-2015”in mərasimlərinin iştirakçısı Xumar Quluzadə deyib: “Mənim dinləməm gözəl keçdi. Dinləmədə iştirak edən hər kəs səmimi və gülərüz idi. Artıq böyük ailənin bir hissəsinə çevrildiyimi hiss edirəm və Avropa Oyunlarının mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı səbirsizliklə gözləyirəm”.“Bakı-2015”in ulduz elçiləri Eldar Qasımov və Nigar Camal Avropa Oyunlarında iştirak edəcək könüllülərin tarixin bir hissəsi olacaqlarını, onların gələcək karyeralarına müsbət təsir göstərəcəyini və yeni dostlar qazanacaqlarını bildiriblər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?
Ombusdman aparatı aydınlıq gətirdi: Səbinə Əliyeva hazırda... - Rəsmi açıqlama
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Hazal Kaya hamilədir-FOTO
Mərci salatı (foto resept)
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO
FHN rəsmi məlumat yaydı
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bədən quruluşuna görə geyinməyin sirri
Azam Ali – Ov
Tanınmış heykəltəraş vəfat etdi
Günel Behbudovadan gəlinlik kolleksiyası
Yadplanetlilər varmı? – Alimlərdən AÇIQLAMA
Balıq qoxusunu aradan qaldıran üsullar
Sarımsağın bilmədiyimiz faydaları
Milena Trampın 50 dollarlıq ayaqqabısı bəyənilmədi-FOTO
Günün ulduz falı
Həyatımızın ən yadda qalan geyimi
Köynək düymələri
Azərbaycanda 5 gün iş olmayacaq
Ordumuzun qələbəsi Bakıda qeyd olunur - FOTO/VİDEO
Dəbli geyim dəstləri
HAVA necə olacaq?- 20 APREL
Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
Azərbaycan tələbələri üçün yeni şans
Smartfonların beyinə təsiri açıqlandı
Üzgüçülərimiz qızıl medal aldılar
Şəkər xəstəliyinin birdəfəlik çarəsi tapıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
İşsizlərin müavinəti 30-40% artırılacaq
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Kiçik evlər üçün faydalı mebellər
2012 çanta modası
Adınıza saxta profil yaradılıbsa...
İtə görə təyyarə yerə endi
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Maliyyə direktorları nəyə etibar edir?
Yay üçün köynək nümunələri
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
"Ayntraxt"ın prezidenti: "Oyun Bakıda yox, Qarabağda keçirilməliydi"
700 bal toplayan qəzalı məktəbin şagirdi
Kıvanç Tatlıtuğ bal ayı FOTOlarına görə məhkəməyə getdi
Cəbhədə erməni təxribatı
Günün ulduz falı - 19.02.2014
- ŞƏRHLƏR