Əvvəllər bəzi ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” sözləri yazılmış lövhələrə tez-tez rast gəlirdik. Aidiyyəti dövlət qurumlarımın müdaxiləsindən sonra bu cür “bildirişlərlə” çox az hallarda qarşılaşsaq da, “köhnə ənənələri” davam etdirən ticarət obyektləri hələ də “tapılır”.
“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, belə ki, mağazalardan alınan malların keyfiyyəti alıcıları qane etmədikdə, qüsurlar aşkar edildikdə həmin malları geri qaytarmaq ciddi problemə çevrilir. Belə ki, satıcı malın başqası ilə əvəz edilməsi, geri qaytarılması tələbi ilə razılaşmadıqda istehlakçılar xoşagəlməz hallarla rastlaşırlar. İstehlakçılar isə öz hüquqlarını lazımi səviyyədə bilmədiklərindən zərər çəksələr də, vəziyyətlə barışmalı olurlar.
Onun sözlərinə görə, qanun isə bizim – istehlakçıların tərəfindədir: "Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, istehlakçı müqavilə və ya digər qaydalarla aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının göstərilən tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır".
Qanun hətta alınmış malda qüsur olmadıqda belə istehlakçıların maraqlarını müdafiə edir. İstehlakçı seçim edərkən səhv edə bilər. Bu hallarda Qanun səhvini düzəltmək üçün istehlakçıya imkan yaradır. Yəni, lazımi keyfiyyətli qeyri-ərzaq malının rəngi, fasonu, ölçüsü istehlakçıya uyğun gəlmirsə, yaxud başqa istehlak xassəsinə görə malı təyinatı üzrə istifadə etmək mümkün deyilsə, istehlakcı 14 gün ərzində alındığı yerdə malı dəyişdirə bilər. Lakin malı dəyişdirmək üçün Qanunla alıcının da öhdəlikləri müəyyən edilmişdir. Belə ki, dəyişdirilməsi üçün malın etiketi, yarlığı, qablaşdırılması pozulmamalı, əmtəə görünüşü qorunub saxlanılmalı, malın həmin satıcıdan alındığına dair sübutlar (kassa çeki, qəbz, zəmanət talonu və.s) olmalıdır. Odur ki, hamımıza ən doğru yolu qanunlar göstərir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?
Ombusdman aparatı aydınlıq gətirdi: Səbinə Əliyeva hazırda... - Rəsmi açıqlama
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Hazal Kaya hamilədir-FOTO
Mərci salatı (foto resept)
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO
FHN rəsmi məlumat yaydı
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bədən quruluşuna görə geyinməyin sirri
Azam Ali – Ov
Tanınmış heykəltəraş vəfat etdi
Günel Behbudovadan gəlinlik kolleksiyası
Yadplanetlilər varmı? – Alimlərdən AÇIQLAMA
Balıq qoxusunu aradan qaldıran üsullar
Sarımsağın bilmədiyimiz faydaları
Milena Trampın 50 dollarlıq ayaqqabısı bəyənilmədi-FOTO
Günün ulduz falı
Həyatımızın ən yadda qalan geyimi
Köynək düymələri
Azərbaycanda 5 gün iş olmayacaq
Ordumuzun qələbəsi Bakıda qeyd olunur - FOTO/VİDEO
Dəbli geyim dəstləri
HAVA necə olacaq?- 20 APREL
Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
Azərbaycan tələbələri üçün yeni şans
Smartfonların beyinə təsiri açıqlandı
Üzgüçülərimiz qızıl medal aldılar
Şəkər xəstəliyinin birdəfəlik çarəsi tapıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
İşsizlərin müavinəti 30-40% artırılacaq
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Kiçik evlər üçün faydalı mebellər
2012 çanta modası
Adınıza saxta profil yaradılıbsa...
İtə görə təyyarə yerə endi
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Maliyyə direktorları nəyə etibar edir?
Yay üçün köynək nümunələri
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
"Ayntraxt"ın prezidenti: "Oyun Bakıda yox, Qarabağda keçirilməliydi"
700 bal toplayan qəzalı məktəbin şagirdi
Kıvanç Tatlıtuğ bal ayı FOTOlarına görə məhkəməyə getdi
Cəbhədə erməni təxribatı
Günün ulduz falı - 19.02.2014
- ŞƏRHLƏR