1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.
Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
XƏBƏR LENTİ
Milano Moda Həftəsi: 2021 yaz/yay dəbi
Ağ kələmin 4 şəfalı xüsusiyyəti
İtmiş şəhərlər
Hollivud gözəllərinin arıq qalma sirləri
Nikaha görə tibbi yoxlama həmişə effektlidirmi?
Qəbul imtahanların TARİXləri açıqlandı
Kamran Ağayev - Azərbaycan yığmasının ən yaxşısı
Mərciməkli kuskus plovu (foto resept)
Məşhur yazara vəzifə verildi
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Ancelina Colinin oxşarı-FOTO
1-ci sinfə qəbul başlayır
Hava haqqında
Vanqa - həyatı haqqında bilmədikləriniz
Hamamdakı sarı ləkələri necə təmizləməli?
Çinli koronavirusdan qorunmaq üçün zürafə kostyumu geyinmək qərarına gəldi - VİDEO
Badam yağı qaş və kirpik uzadırmı?
Doğru geyim alın
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Adriana Lima ƏSƏBLƏŞDİ-SƏBƏB
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
İnsan
Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA
Payız depressiyasından xilas olmağın yolları
Məşhurları daha əvvəl belə görmədiniz
Gəlinliklərdə Meghan Markle tərzi
Arda Turan ilk dəfə oğlunu göstərdi - FOTO
“Qara qızıl” kəskin bahalaşdı
Saç düzümləri
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Koronavirusdan SAДћALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO
Ağcaqanad boyda düşüncə
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
"Firdevs Yöreoğlu kimi tanınmaqdan yoruldum"
Azərbaycanda mənzillərin qiyməti artıb
Dünyanın ən zəngin şəhərləri
Ad günü keksi
Rayona iri buz parçaları yağdı, ciddi fəsadlar yarandı
Qar və buz festivalı
Prezidentdən Tovuzla bağlı daha bir VACİB SƏRƏNCAM
Londonda unikal Xocalı aksiyası
Çörəyin qiyməti artacaq?
Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirildi - RƏSMİ
Qadağan olunmuş şəhər
Qaymaqlı - şaftalılı piroq (foto resept)
COVID-19-la bağlı son STATİSTİKA
Bu il bizi bizi nələr gözləyir?
Mikayıl Cabbarov məktəblərlə bağlı əmr verdi
Limonlu keks (foto resept)
- ŞƏRHLƏR