Bakıda hava
USD AZN
EUR AZN

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub

 

 

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”nın açılışı keçirilib.Milli.Az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənTrend-ə verilən məlumata görə, Qucurxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş tədbirdə Akademiyanın rektoru, müəllim-tələbə heyəti, tanınmış ziyalılar, media mənsubları, televiziya kanalları, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin əməkdaşları iştirak ediblər.Tədbirdə çıxış edən bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, İbn-e-Xaldun akademiyasının rektoru Qazi Məhəmməd İmran, Təhsil Nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri 20 Yanvar faciəsindən danışıb, Sovet ordusunun amansız aksiyası zamanı müxtəlif din və millətlərə məxsus 100 nəfərdən çox günahsız insanların qətlə yetirildiyini bildiriblər.Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Javid Batti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pəncab əyalətinin Qucarxan bölgəsinin Sahal Xinger rayonunda inşa edilmiş “20 Yanvar Şəhidləri Bulağı” su təchizatı layihəsi barədə danışib və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlığını bildirib.Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 20 Yanvar faciəsinin təfərrüatlarından bəhs edib, həmin gün xalqımızın böyük faciə ilə üzləşsə də, özünün Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdiyini vurğulayıb.
D.Şikarov faciənin 25-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş su təchizatı layihəsinə “20 Yanvar Şəhidləri bulağı” adının verilməsini yüksək qiymətləndirib, buna görə Pəncab əyalətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Mənbə: Milli.Az
Səslərin sayı: 1
6
787
loading...
Şərhlər
Offline
Qəribə
Allah rəhmət eləsin şəhidlərimizə. Xeber ucun tesekkur edirem.
17 may 2015 17:58
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.E.
Xebere gore tewekkurler..

Tewekkur xebere gore
21 fevral 2015 13:17
Offline
Mələksima
Xəbər üçün təşəkkür edirəm.
21 fevral 2015 11:44
Offline
H.M
Gozel tewebbusdur, davamli olsun.
18 yanvar 2015 01:21
Offline
.....
Berekallah pis deyl yaxsidi irelileyis var
16 yanvar 2015 20:47
Offline
Pərvanə
Çox gözəl hər dəfə su içəndə dua edilər Allah rəhmət eləsin deyilər şəhidlərimizə.
16 yanvar 2015 20:17
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )