Bir neçə gündən sonra Azərbaycan xalqı 20 Yanvar hadisələrindən ötən 25-ci ili qeyd edəcək. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.Qanlı şənbə günü - 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktl həyata keçirdi. Nəticədə, 137 nəfər öldürüldü, 744 nəfər yaralandı. O, gecənin şübhəsiz ki, ən böyük qəhrəmanları İlham və Fərizədir. Onların sevgisi sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizə Allahverdiyevlərin toy günü belə Azərbaycan Sevgililər Günü kimi keçirilir.20 Yanvarın 25 illiyi ərəfəsində Şəhidlər xiyabanına ziyarətə gələnlər bu iki gəncin yanbayan qazılan məzarları, onların acılı taleyi qarşısında göz yaşı tökmədən keçə bilmirlər. Onların yaxınları faciənin 25 illiyi ərəfəsində hisslərini ANS PRESS-lə bölüşüblər.
Fərizənin anası Bağda Nəbiyevanın sözlərinə görə, bu faciəni üzərindən 100 il keçsə belə unutmaq mümkün deyil.
"Mənim hələ də ağ maşının üzərindən tank keçməsi səhnəsini görəndə ürəyim əzilir. O gecə yaşanan acı xatirələr insanın yaddaşından heç zaman çıxmaz".
Onun sözlərinə görə, İlham və Fərizə gənclərin sevgi simvoluna çevriliblər. "Onlar azadlıq uğrunda şəhid oldular. Bizim qazancımız o gecədən müstəqillik oldu. Məhz o qurbanların sayəsində biz bu gün müstəqil yaşayırıq.
Zamanında onlara düzgün qiymət verdiyi üçün ümumilli lider Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Onun davamçısı olan İlham Əliyevə də Allah can sağlığı versin ki, torpaqlarımızı geri alsın. Onda şəhidlərimizin ruhu da şad olar".
B. Nəbiyevə 20 yYanvar faciəsini lentə köçürən Vahid Mustafayevin filmindən də danışıb. Bağda xala faciənin unudulmaması üçün əlindən gələni edən rejissorun əməyini yüksək qiymətləndirir. "Biz mütləq faciədən bəhs edən bu filmi izləyəcəyik".
İlham Allahverdiyevin qardaşı Elxan da bu faciənin yaddaşlarda qoyduğu izinin silinməyəcəyi deyir. "20 Yanvar faciəsi artıq 25 ildir ki, uşaqdan böyüyə kimi hamının xatirəsində dərin iz buraxan bir hadisə - qəhrəmanlıq salnaməsidir. Böyük bir imperiyanın dağılmasına bais olmuş, Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasının bünövrəsini qoyan bir hadisədir. Bizim ailədən də iki şəhidimiz var - İlham və Fərizə. Bu, qürurvericidir. İlham və Fərizə artıq 20 Yanvarın simvoluna çevriliblər.
Onlar Azərbaycan gəncinə, Azərbaycan xalqına bu faciə ilə bərabər 30 İyun - Sevgililər Günü bəxş ediblər".
Onun sözlərinə görə, faciənin ildönümü ərəfəsində real hadisələr əsasında lentə alınan "Qanlı Yanvar" filmi əslində çoxdan çəkilməli idi. Vahid Mustafayev istər Qarabağ, istərsə 20 Yanvar hadisələrinin yaxından şahidi olub. Onun müasir tariximizin işıqlandırılmasında böyük əməyi var. Mən bütün ailəmiz adından belə bir filmi ərsəyə gətirdiyi üçün ona təşəkkür edirəm".
Xatırladaq ki, rejissor və ssenarist Vahid Mustafayevin "Qanlı Yanvar" filmi yanvar ayının 19-da təqdim ediləcək. 20 Yanvar günü isə Bakı, Naxçıvan, Şəki, Gəncə kimi şəhərlərdə nümayiş etdiriləcək.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Süd qaymağının dəriyə faydası
Dünyanın ən gözəl qadını
İkiqat qohumluğa ehtiyac varmı?
Qızardılmış kartof ruleti(foto resept)
Modern çilçıraq modelləri
İnsan bədəni qüsursuzdur
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Ermənistanda güclü zəlzələ
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
HAVA necə olacaq?
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Toxunma əl işləri
Dodaq ətrafı qırışları necə yox etməli?
Yeganə boşanmadığını belə sübut etdi
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Zehni pəhriz nədir?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Dünyada nüvə müharibəsinin anonsu verildi
Bu tapıntı alimləri heyran qoydu
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Yağış yağacaq
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Koronavirusla bağlı son STATİSTİKA
Platforma ayaqqabılar
Ofis işçilərinin xəstəliyi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
“Wi-Fi” şüası zərərlidirmi?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Hər 40 saniyədə bir nəfər intihar edir
Payız və qış gəlinləri üçün saç modelləri
Arzular şəhəri "London"
Kişilərin "paxmel"i: nə etməli?
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Rusiyaya qarşı yeni sanksiyalar
Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi
Kakaolu şirniyyat (foto-resept)
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Heydər Əliyev tərxis olundu - FOTO
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Ana qarğışı
Banan maskası
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Saduların dəhşətli vərdişləri
- ŞƏRHLƏR