Bakıda hava
USD AZN
EUR AZN
15 dekabr 22:08RUM Koyne tanishlarimdan kim varsa yazsin 15 dekabr 22:07RUM Salam 8 ilden sora bura girmishem 15 dekabr 17:49Sima axsamiz xeyir herkese salam
41233

Pişik balaca qızı xilas etdi

 

 

Rusiyanın Kaluqa vilayətindəki Obninsk şəhərində dramatik, eyni zamanda çox həzin olay yaşanıb. Şəhərdəki yaşayış binalarından birinin girəcəyində 2 aylıq körpə tapılıb.
Hazırda xəstəxanaya yerləşdirilmiş körpə qızın valideynlərini araşdırmağa çalışan polis bu uşağın kimliyini müəyyənləşdirmək istəyir.
Milli.Az Siberian Times-a istinadən bildirir ki, uşağı binanın sakinləri zibil qutularının yanında tapıblar. O, yaşamını Murka adlı pişiyə borcludur.Üç ildən bəri bu binada yaşayan Murka yerli sakinlərin sevimlisidir.
"Pişiyin miyoltusunu eşitdim. Binanın girəcəyinin yanında, qapının yanında Murka üçün qoyulmuş qutuya baxdım. Orada balaca uşaq ağlayırdı", - binanın sakinlərindən biri, tibb bacısı Nadejda Maxovikova deyib.
Onun sözlərinə görə, hava çox soyuq, sazaq olsa da, uşaq donmamışdı: "Qızın bir böyrü az qala qaynardı. Pişik uşağın qutuda olduğu müddətdə onu bir neçə saat isitmişdi, uşağa sığınıb onu donmağa qoymamışdı. Uşağı ora atanlar körpənin "qayğısına" qalmışdılar. Uşağın yanında papaq və gödəkçə, bezlər vardı. Qızı isti geyindirmişdilər".
Təcili yardım və polis şəhərin Lenin prospekti, 180 ünvandakı binanın qarşısına gələnədək Murka uşağın yanından ayrılmayıb, onu sürəkli yalamağa çalışıb.
N.Maxovikova əmindir ki, Mürka balaca qızı öz balası sayıb.
"O, əsl ana kimi körpəyə görə narahatdı. Uşağın aparılacağını anlayanda isə vurnuxmağa, miyoldamağa başladı. Sürücümüz körpəni qucağına götürüb maşına aparanda isə pişik sanki ağlayırmış kimi miyoldayıb maşının yanına qaçdı", - təcili yardımın feldşeri Vera İvanina deyib.
Uşaq təcili yardım maşınına aparılanda Murka küçəyə qaçıb və hətta maşının içinə atılmağa çalışıb.
Bina sakinlərinin dediklərinə görə, təcili yardım maşını gedəndən sonra pişik uzun müddət yolda oturub. Görünür, o, maşının qayıdacağına ümid edirdi.
Mənbə: Milli.Az
Səslərin sayı: 2
12
1176
loading...
Şərhlər
Offline
Qəribə
Pisik anadan vefali cixib
Duz deyirsen bacim...
17 may 2015 17:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
איסון ממדוב.
Pisik anadan vefali cixib ay insan usaqin ne gunahi var buzdu havada atirsan cole Allah sene insaf versin o ana yada ata elime kecseydi onu 1 gun xaladenike qoyub aqzinda qifillardim ozde buzdu havada onda biler usaqi cole atmaq nece olur
18 yanvar 2015 08:57
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
أحبك
Ona gorede usaq evlerinde yer olmurda, getirib atirlar kuceye. Vicdansizlar
18 yanvar 2015 04:44
imza: فراق
Offline
H.M
Allahsiz valideyn, nece de ureyi gelib ki, ovladini cole atsin, vicdani qoyacaqmi o rahat yata bilsin?
18 yanvar 2015 01:40
Offline
Aysel İ.
Kimilər uşaa həsrət, kimiləri uşağı atır. Qəribə həyatdır.
17 yanvar 2015 07:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Şəri Babayeva
Ellada Babayeva,
Bilirəm. Hamı atır. Pişiklər insanlardan vəfalıdı.
16 yanvar 2015 19:59
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
S.S.E.
Tezelikce qapimiza bir pisik gelib ele sirindi ki
16 yanvar 2015 19:35
Offline
Pərvanə
Pişiklər insanları sevir.
16 yanvar 2015 19:17
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Ellada Babayeva
Pişiklər uşaqları sevirlər. Bizim pişik uşaq ağlayanda istəyir sakit etsin amma bilmir necə. Özünə yer tapmır.


Elə bizdədə körpələri az çölə atmırlar. ireful
16 yanvar 2015 17:30
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Şəri Babayeva
Pişiklər uşaqları sevir.Bizim pişik uşaq səsi eşidən kimi reaksiya verir.Yatsada ayılır səsi axtarır.
16 yanvar 2015 16:38
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
.....
Bu ruslarda ne qeyret var ne namus kimle tanis olur onan bir usaqi olur yeyesiz kimi ne ayle var rusyada ne bir sey cox abirsiz milletdiler
16 yanvar 2015 16:19
Offline
ملاك
Allahin mocuzesi, onu kuceye atanlardansa, ele pisik kmi heyvanlar yaxsidir
16 yanvar 2015 16:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!