Son dövrlər sellofanla bükülüb arıqlamaq xanımlar arasında dəb halını alıb. Qarındakı piyi əritmək istəyən kişilər də bu üsuldan geniş istifadə edirlər. Bu üsulla arıqlamaq qısa bir zamanda yaxşı effekt verir, digər tərəfdən, ucuz başa gəlir.
Məşqçi Gülnar Bağırovanın sözlərinə görə, fəal hərəkət edərək bədənin müəyyən nahiyələrini sellofana büküb piy qatının əriməsinə, nəticədə də çəkinin azalmasına nail olmaq olar. Həm salonda, həm də evdə sellofana bükülərək arıqlamaq mümkündür. Bu, arıqlamağın, sellülitdən qurtulmağın ən ucuz üsuludur.
"Bu üsulla arıqlamaqdan öncə bədənin piy qatının daha çox yığıldığı nahiyələri müəyyən etmək lazımdır. Məsələn, bu, qarın, bel və ya budlar ola bilər. Bəzilərinin qollarının yuxarı hissəsində də piy qatı çox yığıla və pis forma ala bilər. Elə insanlar var ki, onlar istər idman, istərsə də pəhrizlə həmin nahiyələri arıqlada bilmirlər. Bədənin digər hissələri arıqlayır, piy qatının toplandığı həmin nahiyələr isə qalır. Hər kəsdə bu nahiyələr fəqli ola bilər. Kimin qarnında, kiminsə də budunda piy qatı sürətlə yığılır və bununla mübarizə etmək çətinləşir", - deyən həmsöhbətimizə görə, uzun-uzadı pəhrizlər insanı tamam üzür, orqanizmdə vitamin çatışmazlığı başlayır. Xarici görünüş bütünlükdə pozulsa da, piy qatı ərimir. Məhz belə hallarda sellofanla bükülüb arıqlama kömək edir. Bu üsulu tətbiq etmək üçün problemli nahiyələri müəyyən edəndən sonra təmizləyici maskanı həmin hissələrə sürtmək lazımdır. Maskadan əvvəl bütün bədəni və ya problemli nahiyələri təmizləyici maskalarla təmizləmək lazımdır. Bu maskanın tərkibində dəniz duzu, üyüdülmüş qəhvə, meyvələrin xırdalanmış tumları, yosunlar olur. Təmizləyici maskalardan sonra sellülit əleyhinə maska və kremlər dəri altına rahat daxil olur. Təmizləyici maskanın masaj edərək yeridilməsi daha yaxşı effekt verir.
G.Bağırova hər hansı bir maskanı tətbiq etməzdən əvvəl tərkibinə daxil olan məhsullara allergiyanın olub-olmadığını müəyyən etməsi məsləhət görür. "Maskanı özünüz düzəltmək istəyirsizsə, nəzərə alın ki, maska üçün nəzərdə tutulan məhsullar yaxşı qarışdırılmalıdır. Maskanı dəriyə qənaət etmədən qalın layla çəkmək lazımdır. Maskanı çəkəndən sonra həmin nahiyəyə sellofanı 2-3 qat dolayın. Sellofan mütləq keyfiyyətli olmalıdır, bədənə kip yapışmalıdır. Lakin sellofanı çox möhkəm sıxmayın. Sellofana bükülən nahiyədə və kənarlarında heç bir narahatlıq hiss olunmamalıdır. Sellofanı doladıqdan sonra üstündən isti və yun geyim geyinmək və ya bağlamaq lazımdır".
Müsahibimiz deyir ki, piyi əritmək və sellülitdən azad olmaq üçün maskaları həm hazır şəkildə almaq, həm də ev şəraitində düzəltmək olar. Bu tip maskalar faydalı və təbii məhsullardan hazırlanmalıdır. Maskaların tərkibində bal, darçın, yosun, gil olarsa, daha yaxşı nəticə verər. Maska əvəzinə sellülitə qarşı kremlər də istifadə olunur.
Bağırova bildirib ki, sellofana bükülmə arıqlama üsulunun nəticələri ilk prosedurlardan sonra özünü göstərir: "Lakin nəticə uzun sürmür. Arıqladıqdan sonra rejim saxlanılmalı, idman etmək və düzgün qidalanmaq lazımdır".
Onun sözlərinə görə, hətta arıq qadınlar da sellülitdən əziyyət çəkirlər: "Sellülitlə mübarizənin ən yaxşı yolu isə sellofanla bükməkdir. Bədəni sellofanla bükdükdə tərləməyə başlayırıq. Tərləmə prosesində tər vəziləri açılır, qan dövranı yaxşılaşır, bükülmüş nahiyələrdən artıq su dərinin üstünə xaric olunur. Nəticədə bədənin çəkisi azalır".
Məşqçi qeyd edib ki, bəzi maskaları dəriyə sürtdükdə fəal hərəkət etmək lazımdır. İdman, aerobika etmək, qaçmaq və ya ev işləri ilə məşğul olmaq hərəkətli olmağımızı təmin edir. Elə də maskalar var ki, onu bədənə sürtdükdən sonra isti geyinib və 40-60 dəqiqə yorğan altında uzanmaq lazımdır. Adətən maskaların üzərində bu göstərici qeyd olunur.
Sellofanla arıqlama bitdikdən sonra geyimi və bağladığınız şalları, sonra isə sellofanı çıxarın: "Görəcəksiz ki, sellofanın altı sudur. Maskanı yuyub qurulanın. Quru dərinin üstünə sellülitə qarşı və ya qidalandırıcı kremi masaj edərək çəkin. Yaxşı olar ki, sellofanla bükülmə üsulunu bir gündən bir olmaqla 10 dəfə edəsiz. İl ərzində bir neçə 10 günlük arıqlama poseduru keçirə bilərsiz. Sellofana bükülmək yalnız arıqlamağa kömək etmir, həm də maskaların təsirini gücləndirir".
Qeyd edək ki, sellofanla bükülməni hipertoniya, varikoz, ürək-damar xəstəlikləri, ginekoloji xəstəliklər, mədəaltı vəzi xəstəliyi olduqda tətbiq etmək olmaz. Hamilələrə də bu üsul məsləhət deyil.
XƏBƏR LENTİ
2018-də qarşınıza çıxacaq 3 trend
Xamalı quzuqarnı (foto resept)
Dollarda rekord bahalaşma
İmzaya görə xarakter təhlili
Toylarda yalnız bu şəxslər iştirak edə bilər - Şərtlər açıqlandı
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT
Nəyə görə hamilələrə fol turşusu vacibdir ?
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Vulkan fermeri milyonçu etdi
Kaktusa qulluq
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
"Günəbaxan" peraşkisi (foto-resept)
2014-cü ilin papaq və şərf dəstləri
Şuşa İslam dünyasının paytaxtı elan olunacaq
İnsanları depressiyadan birdəfəlik azad edəcək kəşf
İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq
Elmar Məmmədyarov BMT-də çıxış edəcək
Kişilər və biz
İslam pəhrizinin 13 qızıl qaydası
Soyuq müharibə anonsu
Görmənin gigiyenası
Sabah yaz havası olacaq
Dırnaq boyasını tez qurutmağın asan yolları
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Təzə əncir şirniyyatı (foto-resept)
COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ
Xəzərdə Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsildi
10 il komada olan qadın uşaq dünyaya gətirdi - ŞOK Hadisə
Roma saqqıza "müharibə" elan edib
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Zinət əşyaları
Qatıqlı təzə lobya yeməyi (foto resept)
Sıla xəstə halı ilə konsert verdi-FOTO
Hava qeyri-sabit keçəcək
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında - VİDEO
Günün qoroskopu: Məsuliyyətli gündür
Android itəndə özünü tapacaq
Rusiyada məktəblilər maska taxmaya bilər
Çətirinizi götürmüsünüzmü?
HAVA necə olacaq?
Kütləvi mərasimlərə qoyulan qadağa nə vaxt götürülür? - RƏSMİ
İnsanların ən çox gördüyü 5 yuxu
ASAN Xidmət mərkəzlərində rüsumlar
"Vintage" stildə ayaqqabılar
Ağacdan noutbuk hazırlandı
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
Bakıda akrobatika üzrə açıq birincilik start götürdü
Hava haqqında
Sinoptiklər sevindirmədilər
- ŞƏRHLƏR