Bakıda hava 10°
USD AZN
EUR AZN
09:31aysel hesenli Siznen bahem 08:38Xəyalə Murad Cüməniz mübarək! 08:37Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41224

Naviqatorları niyə sevmirik?

 

Dünyanın inkişaf etmiş ölkələrində avtomobillərin demək olar ki, hamısında naviqator yerləşdirilib. Bu faktı xaricdə səyahətlərdə olmuş həmvətənlilərimiz də təsdiqləyir.

 

Milli.Az musavat.com-a istinadən bildirir ki, lakin nədənsə Azəbaycan sürücüsü naviqatordan istifadəyə maraq göstərmir.Hətta belə bir deyim də var ki, naviqatorlardan yalnız “naşı” sürücülər istifadə edir. Lakin unutmaq olmaz ki, bu gün paytaxt Bakımızda yeni ticarət mərkəzləri, kafelər, restoranlar, otellər, əyləncə yerləri, klublar artmaqdadır. Bu səbəbdən uzun illərin sürücüləri belə məntəqə və obyektləri tapmaqda çətinlik çəkirlər.
Bakı-Xırdalan istiqamətində taksi sürücüsü işləyən 52 yaşlı Etibar Əliyevin dedikləri:
“Nadir hallarda kimsə avtomobilində naviqator yerləşdirir, əsasən yeni gətirilmiş taksilərdə bunu görmək olur. Şəxsən mən 30 ilə yaxındır ki, sürücüyəm, ancaq çox zaman xarici dildə olan yeni məntəqə və ünvanları güclə tapıram. Yaxın günlərdə avtomobilimdə bu qurğudan yerləşdirəcəm. Çünki, məlum məsələdir ki, naviqator küçələrin professional bələdçisidir, yəni sürücünün ən etibarlı yol yoldaşıdır”.
Qeyd edək ki, naviqator sistemi elə qurulub ki, günü-gündən formalaşan və yenilənən xəritəyə uyğunlaşır, yenilənir.
Ekspertlər bildirirlər ki, yeraltı avtomobil parklarında, tunellərdə naviqator tutmur, yəni yalnız peyklə siqnal əlaqəsində olan ərazilərdə mümkündür. Naviqatorda olan qəbuledici orbitdəki siqnalları qəbul edir, kompyuter vasitəsi ilə bu siqnallar emal olunur və qəbuledicinin coğrafi yerini təyin edir. Ümumiyyətlə, hər hansı bir obyektin coğrafi yerini təyin etmək üçün ən azı üç peykdən siqnal almaq lazımdır. Hava şəraiti çox buludlu olanda və yaxud güclü elektormaqnit sahələr olan ərazilərdə GPS siqnalı zəifləyir.
Naviqasiyaların funksiyaları çoxdur. Əsas funksiyası isə obyektlərin, ünvanların yerinin dəqiq müəyyənləşdirməsi, yollarda olan radar və tıxaclardan xəbər verməsidir. Bəzən bir neçə saatlıq yaranan tıxaclar Azərbaycan sürücülərinə yaxşı tanışdır. Bu zaman naviqator sürücüyə məlumat verərək dəqiq məsafəni bildirir və uyğun yol seçilir.
Yeni istehsal olunmuş naviqatorlar öz özəlliyi ilə seçilir. Belə ki, naviqator alkoqol iyi hiss etdikdə sürücüdən spirtili içki içib-içmədiyini soruşur. Bundan başqa naviqator avtomobilin sürətinin kəskin artırılması və ya kəskin əyləcləmə zamanı xəbərdarlıq edir:”Ehtiyatlı ol!”. Beləliklə bu kiçik aparat bəzən insan həyatını da xilas etmiş olur.
Xatırladaq ki, naviqatorlar polisə avtomobilin yerini bir-neçə metr dəqiqliklə müəyyən etməyə də imkan verir və bu sistemdən artıq əksər ölkələrdə geniş istifadə olunur.
Mənbə: Milli.Az
Səslərin sayı: 1
6
521
loading...
Şərhlər
Offline
Qəribə
Cox lazımlı və faydalı cihazdır.
Təşəkkürlər məlumat üçün.
17 may 2015 17:31
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
H.M
Istifade edenler razidir.
18 yanvar 2015 01:59
Offline
Aysel İ.
Lazımlı və faydalı cihazdır.
16 yanvar 2015 22:53
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Mənim yoldaşım istifadə edir naviqatordan uza yerə gedəndə.Çox razı qalırıq.
16 yanvar 2015 11:39
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
S.S.E.
amma ucqar kend yerlerine dolayisi yolla aparir
16 yanvar 2015 11:21
Offline
ملاك
Xeyirli bir seyi niye sevmirik
16 yanvar 2015 10:46
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış