Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Qadın gözəlliyi və Saçlar

Qadın gözəlliyi və Saçlar


Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi.

Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.

Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.

Saçlara qulluq sistemi yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz. Bundan başqa, saçınızı yuduğunuz su cod olmamalıdır. Birbaşa krandan gələn sular isə kifayət qədər coddur. Bu codluğu aradan qaldırmaq üçün bir neçə üsul var:
* suyu dondurmaq və sonra əritmək;
* təbii bulaq suyundan istifadə etmək;
* qaynanmış sudan istifadə etmək;
* az miqdarda bor turşusu ilə qarışdırılmış sudan istifadə etmək.

Lakin bu üsulların hər biri xeyli vaxt aparır. Bunu etməyə imkanınız yoxdursa, saçınızı yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.

Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.

Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.

Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.

Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır.

Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionrelər isə yağlı saçlar üçün məsləhət görülür.

Yuyulduqdan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır:
* açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə;
* tünd rəgli saçları gicitkan dəmləməsi ilə;
* bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar.

Ayda bir dəfə saçlarınızı kimyəvi maddələrdən istifadə etmədən yusanız, onların sağlamlığını qoruyar və tökülmənin, kəpəyin, haçalanmanın qarşısını alarsınız. Bunun üçün bir neçə üsul təklif edirik:
* kəpək çörəyinin suxarısını qaynar suda dəmləməklə;
* kiçik təpə şəklində yulaf yarmasına bir-iki qaşıq quru xardal əlavə etməklə;
* çalınmış yumurtadan sabun kimi istifadə edərək saçları yumaq olar.

Bu vasitələrlə yuyulmuş saç tez çirklənir. Əgər işləyirsinizsə, bu vasitələrdən maska kimi istifadə edə bilərsiniz. Yəni saçı şampunla yuduqdan sonra bu qarışıqlardan birini çəkin, sonra bol su ilə yuyun.

Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır.

Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.

Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil.

Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır.

Saça düzgün qulluğun əsas vasitələrini aşağıdakı kimi təsnif etmək olar:
* saçı isti su ilə yumayın;
* qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin;
* hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin;
* saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın;
* saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir; a
* saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun;
* saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin;
* saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin;
* unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Buna hazır olun!

Qadınların əksəriyyətini narahat edən ikinci bir məsələ isə saçları həftədə neçə dəfə yumaq problemidir. Əslində, bu, heç bir qanuna tabe olmayan prosesdir. Tez-tez yuyulmağa öyrənən saçların tez çirklənməsi barədə danışmaq mənasızdır. Çünki bu, isbata ehtiyacı olmayan bir faktdır. Ancaq saçınızı yumağa tənbəllik etmirsinizsə, onları hətta gündə iki dəfə də yuya bilərsiniz. Əmin olun ki, bu, sizin saçınızın sağlamlığına heç bir ziyan verməyəcək. Təbii ki, intensiv yuyulmaq vərdişi qazanmaqdan başqa. Əksinə, saçların gec-gec yuyulması baş dərisini məsamələrinin çirklə dolmasına və beləliklə, saçın uzanma sürətinin azalmasına səbəb olur.

Səslərin sayı: 37
93
58778
loading...
Şərhlər
Offline
Gultekin
Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.
6 iyun 2015 08:21
Offline
✦AyseL✧
Saclarim qisadi ve cox gec uzanir sebr etmeye caliwiram.)) Amma maska etmirem.
26 mart 2015 23:05
Offline
S.S.E.
suyu dondurmaq və sonra
əritmə
14 yanvar 2015 11:26
Offline
Aysel İ.
saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun;
20 dekabr 2014 11:32
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
°ღ Zayka •.°ღ
Menim saclarimda uzundu amma maskalar elemirem,iliq su ile yaxalayiram vaxti vaxtinda ucllarini aliram,amma saclarim hecimlidi
27 noyabr 2014 07:01
Offline
PƏRVANƏ ƏLİYEVA......
Menim saclarimda uzundu..Duzdu arada tebnelleshirem.Amma maskalar edirem.Cunki arada tokulurdu..
22 noyabr 2014 22:36
Offline
Aysel İ.
Düzdür saç qadının gözəlliyidir. Ancaq Qadın var ki, saçsız da gözəl görünür. Ancaq bu milyonda bir haldır.
4 noyabr 2014 17:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
zara
xebere gozre sag olun girl_smi dance1
1 oktyabr 2014 15:29
Offline
---------------
Tewekkurler cox gozel yazmisiz empathy
14 iyul 2014 17:48
Offline
Deniz N-va
Sagol ureyimm menim gozel meslehetlerdirr love
27 may 2014 12:22
Offline
♥ﷲ Sevda Memmedova♥ﷲ ◕
Menim saclarim uzundur ve qulluq edirem saclarima
10 aprel 2014 14:07
Offline
QARA QIZ
MARAQLI MESLEHETLERDI
2 aprel 2014 15:53
Offline
Qəribə
Saclarim uzundur,cox saq olun.
2 aprel 2014 15:19
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Rzayeva Guler
Beli Dogurdanda bizi qadin Eden seylerden biride yarasiqli saclardir
19 sentyabr 2013 16:08
Offline
Fidan
mənimdə saçım uzundu,ama hicablı olduğumçün bir az çətindi uzun saç,ama kəsdirməkdə istəmirəm,görək nolur.Xəbərə görə çox sağolun
9 avqust 2013 10:34
Offline
Samir Aliyev
men saclarima oooooooooo qeder baxiram ki bawlaqirnda baximisizlidan tokulende pis gune qalanda menimki baximlilqdan qalacaq,bezeceyee axirda menen saclarim blum
9 avqust 2013 10:31
Offline
♥Sevgilimi çox sevirəm♥
menim saclarimi cox sevirem
3 avqust 2013 15:09
Offline
Yasemen
men saclarimi sevirem ve ona gorede nece lazimdi qulluq edirem
6 aprel 2013 00:05
Offline
♥A.Ravana♥
Çox maraqlı idi.Mənim saçım qurudur,maskanı edəcəm Təşəkkür edirəm
5 aprel 2013 23:58
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Gülnişan Mirzəyeva
maraqli meslehetdi sag olun
30 oktyabr 2012 18:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Bakıda 400 manata toyuq satılır - FOTO

    Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...
  • Türkiyəli aktyor "Emmy" mükafatına namizəd oldu- FOTO

    Qeyd edək ki, bu nominasiya üzrə 11 ölkədən 44 aktyor yarışır
  • Eser Yenenler doğulacaq körpəsinin adını açıqladı-FOTO

    Türkiyəli aktyor Eser Yenenler və xanımı Berfu Yıldız 2 ay sonra doğulacaq körpələrinin adını açıqlayıblar.
  • 09:18 - Müəllif: Xəyalə Murad
    Sıla onunla ayrıldı (1)

    Sıla onunla ayrıldı

    Türkiyəli müğənni Sıla Gençoğlu illərdir birlikdə çalışdığı musiqişi dostu Efe Bahadırla ayrılıb.
  • Cennifer Lopez keçmiş əri ilə bir arada-SƏBƏB

    Dünya şöhrətli müğənni Cennifer Lopez nişanlısı Aleks Rodriqeslə birlikdə keçmiş əri müğənni Mark Entoni və onun sevgilisi Rafaella Modunya ilə görüşüb.
  • 12:06 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (476)

    Hüquqşunas məsləhəti

    cialis vs viagra where can i buy levitra cialis cost http://forum.dsvfortuna05-nachwuchs.at/viewtopic.php?f=12&t=2004pBlo51s4dXhttps://api.gridpointweather.com/community/showthread.php?tid=187912pBlo51s4dX vardenafil 20generic cialis tadalafil buy ed drugs online cialis 10mg http://baitbuddies.de/forum/viewtopic.php?f=21&t=143821pBlo51s4dXhttp://mybbcentre.ca/showthread.php?tid=103106&pid=112845#pid112845pBlo51s4dX buy vardenafil online no prescriptioncialis daily ciallis cialis vs viagra http://bodydragon.com/forum/showthread.php?p=37239#post37239pBlo51s4dXhttp://forum.ssphydraulics.com/showthread.php?t=73353&p=77094#post77094pBlo51s4dX vardenafilcialis tadalafil nexium 40 mg cialis 20mg http://vb.sukrbnat.net/showthread.php?p=1088919&posted=1#post1088919pBlo51s4dXhttps://rouxro.com/forum/viewtopic.php?f=11&t=281652pBlo51s4dX where to buy levitracialis super active lipitor 20mg cialis http://dichtersbuurt-hengelo.nl/forum/showthread.php?tid=33156&pid=62687#pid62687pBlo51s4dXhttp://bicyclethai.com/viewtopic.php?f=2&t=131445pBlo51s4dX vardenafilcialis coupon vardenafil 20mg cialis online http://www.social.catscraftmc.com/showthread.php?tid=642638&pid=1148060#pid1148060pBlo51s4dXhttp://pentiumnetworks.nn.pe/mybb/showthread.php?tid=294801&pid=427161#pid427161pBlo51s4dX buy generic levitra uk
  • 91 yaşında İnstaqram fenomenidir - FOTO

    Yaxşı ki nəvəsinin sözünü eşidib
  • 27 yaşlı şahzadənin inanılmaz sərvəti – FOTO

    Evlənsə moddan düşəcəy
  • Nazirlikdən vətəndaşlara VACİB XƏBƏRDARLIQ: Bu gün...

    Havanın temperaturu Abşeron yarımadasında 27-31, Bakıda 29-31 dərəcə isti təşkil edəcək.
  • 637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO

    Oxuyan uşaq hər yerdə oxuyur
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış