Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0949 AZN
21 fevral 17:22Surayye Qizlar men geldimmm
38076

Etirafım

Etirafım

Salam, əziz xanımlar. Bu dəfə sizlərlə ailəmlə bağlı olan mövzulardan biri olan hamiləliyimlə bağlı məsləhətlər almaq isəyirəm. Çünki bu hamiləliyim olduqca maraqlı və bizim üçün sirli keçir.

Hazırda 23 həfləlik hamiləyəm. İki qızım var. Bu körpəmi də sevərək və yoldaşımla qarşılıqlı olaraq planlaşdırmışıq. İndiki zamanda ən yaxşı cinsiyyət testi UZM-dı. Amma mən iki dəfə getmişəm, sadəcə dölün normallığını yoxlamaq üçün, həm də maraqlı oldu və soruşdum. İlk 3 aylığımın yoxlanışında “oğlana oxşayır, hə oğlandı-oğlandı söyləndi. Amma beş aylığında həmin aparatda qızınız olacaq sözlərin deyildi. Bu xəbər məni bir az çaşdırdı. Söylədim ki, bəs keçən aylarında oğlan demişdiniz axı, noldu indi qız oldu? Ola bilər dedi: " Döl balaca olub, amma indi qızdı". İkinci qızıma hamilə olanda aparata yoxlatmamışdım, düzünü desəm, maraqlanmamışdıq. Amma hər cəhətindən hamı oğlana oxşadırdı. Dözməyib bir dəfə soruşdum və bilinmir, tapa bilmirəm sözlərini eşitdim. Bunun qarşılığında belə qərara gəldik ki, demədisə, demək qızdı. Daha doğrusu, doğulan kimi ”oğlunuz oldu” sözlərini eşitdim. ”Amma xeyir, qızdı dedim, həkim təəccüblə o biri həkimdən soruşdu, oğlan deyil? Xeyir, qızd" söylədi. Bu körpəmi də aldırmaq fikrimiz olmayıb, əsasən də yoldaşım aborta qarşıdı və heç vaxt belə şeyi qəbul edən deyil.

Etirafım

Bu dəfə yoxlatmağa gedəndə, yoldaşımdan soruşdum ki, əgər buda qız olsa, dördüncünü yoxladarıq və qız olsa, götürərik? Mənimlə yol boyu dava elədi ki, başın xarab olub? Nə qədər canım sağdı, ruzimiz var, mənə bir də belə sözlər söyləmə. Ona görə götürmək fikrimiz yoxdu. Amma maraqlısı odur ki, dözməyib internetdə olan, el arasında olanlarla sınadım. Belə ki, bunları sizlərlədə bölüşmək və məsləhətləşmək istədim. Demək üç hamiləliyimin üçü də fərqli keçib. Heç biri bir-birinə bənzəməyib. Bu körpəm də qızlarımdan fərqli olaraq ilk aylarım ürək bulantıları ilə keçdi. Ürəyim daha çox duzlu, tum paxla, verməşil, makaron kimi ərzaqları çəkir. Qəti şirni xoşlamıram. Tək-tük olur arada. Daha çox meyvə yeməyi sevirəm. Hamilə qalmağı da hesablayıb oğlan olması fikri ilə qalmışam. Körpəm qarnımın alt hissəsində yerləşir, beş aylığında tərpənməyə başladı. İlk qızımda dəhşət kökəlmişdim, ikincisində arıqlamışdım. Bunda isə ancaq aşağı hissələrim, ən çox da ayaqlarım şişib və damarlarımdan əziyyət çəkirəm. Bu hamiləliyimdə baş ağrıları dəhşət çox yaşayıram. Normalda dərim yağlı olurdu, bunda isə çox quruyur. Əllərim, üzüm hətta qabıqlanır. Bizim tərəflərdə belə bir sınaq var, hamilə qadının başından duz tökürlər, əgər əlin üz və dodaqlara çəksə, oğlan, saçına çəksə, qız olacaq deyirlər. Məndə də bunu sınadılar. Xəbərsiz olaraq bir dəfə əlimi yanağıma, bir dəfə isə bığ hissəsinə çəkmişəm. İnternetdən götürdüyüm məlumatlar isə üzüklə ip oldu. Onda da dairələr çəkdi. Yuxularımda həm oğlan ,həm də qız görürəm. Ən çox da oğlan uşağı görürəm. Bədənim normalda həmişə buz kimi olur. Bunda isə istidi, həm də ilk aylarımda 37,5 dərəcə qızdırmam olurdu. Bir yaxınım da dedi ki, yuxuda balıq görmüsənsə, qızdı, xurma görsən, oğlan. Mən hər ikisini də görmüşəm. İkinci qızımın burnunun üstündə yaşıl damar var, dedilər ardınca oğlan gəlir. Artıq kimə və nəyə inanım bilmirəm. Onsuz da bunların bir fərqi yoxdu bizim üçün. Amma maraqlıdı, görəsən burdakı qadınlardan hansında hamiləlik zamanı nə kimi dəyişikliklər olub və hansı sınadığınız inanc düz çıxıb? Bölüşsəniz, mənim üçün maraqlı olardı.

Etirafım

Allah bütün balaları qorusun, fərqi yoxdur, qız ya oğlan. Həmişə arzuladığımız övlad payı əli-ayağı yerində olan, sağlam övlad payı istəmişəm. Allah da dualarımı eşidib. Amma oğul övladının da dadın duymaq istəyərəm xeyirlisi ilə, İnşallah. Yenə də deyirəm, təki sağlam olsun. Özümüz dörd bacı və bir qardaş olmuşuq. İndi də doya bilmirəm bacılarımdan. Bir yerə yığışanda sevincimizin həddi-hüdudu olmur. Allah hamımızı qorusun. Amin, İnşallah.

 

Səslərin sayı: 2
49
5417
loading...
Şərhlər
Offline
Gülbəniz
salam Aytacim Allah balalarını saxlasin cü gunlərini görəsən ınşaAllah canım mənim də bildiyim kimi iki qızım bir oğlum var ikinci qızım da mənə oğlan dedi usm həkimi amma qız oldu üçüncü uşağımda oğlumda isə eyni həkim üç aylığında oğlan dedi 7 ayında qız dedi bir sözlə sürpriz uşaq gözlüyürdüm)))bir halda ki hərşey Allahın əlindədir can bacı başqa cür olada bilməz... bu arada 3 aydan sonra dördüncü övladım gələcək dünyaya buda qızdır usm həkimin dediyinə görə şükür Allahımın verdiyinə...
15 mart 2016 22:56
Offline
Aytac Mammedova
Salam əziz qadın netlilər.Gecdə olsa yazıram,körpəm artlq doqquz aylıqdı.Şipşirin qızın dünyaya gəldi.Allah övlad arzusunda olanlara qismət etsin,Amin.Yəni artıq hamiləliklə bağlı heç nəyə inanmıram,ancaq doğulandan sonra əmin olmuşam.Allah bütün balaları qorusun
16 fevral 2016 21:39
Offline
. : . Sonta_Xatun . : .
Cox maraqli hekayəniz var
22 aprel 2015 00:13
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Irane
Allah arzusunda olanlara qismet etsin anaolmaqi mende iclerinde AMİN İNSALLAH girl_ang
11 aprel 2015 17:40
Offline
Leyla_
Allah herkse qismet eleisn amin amin mende olarin icinde
20 mart 2015 17:07
Offline
Xanim_Xatun
Allah hamımızı qorusun. Amin, İnşallah.
17 mart 2015 23:26
Offline
Aytac Mammedova
Mehri,
Hə onu məndə fikirləşirdim bacım.Ama nə deyim aparat bunuda bilməzsə da uje lap ağ olar.həmdə qarnım balacadı.ona inanmıram nəsə.inşallah doğulan kimi cinsin elə bura yazacam.inşallah
13 fevral 2015 23:02
Offline
Mehri
Yeqin ekiz olacaq
13 fevral 2015 17:11
Offline
gunay
Allah qorusun balalari. Olmayanlara qismet.
29 yanvar 2015 11:55
Offline
Davetsiz Misafir
Allah qorusun korpelerimizi.amin xeyirli vlad olsunlar
17 yanvar 2015 01:10
Offline
Aytac Mammedova
Qəribə,
V_E,
peri,
Pərvanə,
Fatma xanım,
AliŞah,
H.M,
H.M,Allah hər bir balanı qorusun.Ruzisin özündən qabaq yetirsin.Amin.Hər birinizə təşəkkür edirəm
16 yanvar 2015 23:10
Offline
Qəribə
Allah komeyiniz olsun.Amin. girl_ang
16 yanvar 2015 18:21
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
V_E
Mene ele iyne be sapla sinanilib oglum sonra qizim olacagini deyilib

Ama bele seylere inanmaq lazim deyl mende qadir Allahdir hec bezen uzide duzgun gostermir Allah boyukdur sadece onun mocuzwsine siginmaq lazimdir
16 yanvar 2015 12:58
Offline
Sag salamat olsun inşAllah
16 yanvar 2015 00:25
Offline
Pərvanə
Allah saxlasın gul balalarını.
16 yanvar 2015 00:14
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Fatma xanım
Çox gözəl xəbərdi 3 qızın olması o deçəkdi ki həyatda xöşbəxt yaşamağının tam qarantisi var kaş mənim də 3 qızım olaydı oğulumun 3 bacısı olsaydı çox əla olardı
Allah sağ salamat dünyaya gətirməyi nəsib eləsin bol ruzusini gözəl bəxtini versin
15 yanvar 2015 19:35
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
AliŞah
İnsallah sag salamat dünyaya getiresiz evladinizi. Basdan duz tokmek sohbeti var ha bos sohbeti,meni basima gelib onnan bilirem. Menim birinci övladim qiz oldu,ikinviye hamile qalanda UZM dedi oglandi. Bibim gizlin basima duz sepib mende elimi tez tez aparmisam sacima,dediler yoxe qizin olucey. Ama UZM esla ikisindede sehv etmeyib.
15 yanvar 2015 09:12
Offline
Ellada Babayeva
Aytac Mammedova,
Mən elə bildim şərhdə fikir bildirilib. Yazınızı oxumuşam başdan axra kimi.
15 yanvar 2015 01:28
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
H.M
Korpenizi sag-salamat qucaginiza almaq qismetiniz olsun.
15 yanvar 2015 00:19
Offline
Aytac Mammedova
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑ ,Allah qorusun üç balanı.Amin
Şəri Babayeva,Çox sağol bacım
Bakuji,Düzdü canım maralı deyil amma deyirəm görəsən bu qədərdə da yalan olmazki
14 yanvar 2015 21:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • Heyran olacağınız rəsmlər

    Hər biri gözəldir. Sadəcə nə ilə çəkdiyi bəlli olmur. Qəzetdir, ya kitab vərəqləri üstünə
  • 17:45 - Müəllif: Surayye
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Siz de Xeyale xanim da duz deyirsiz. Nene yeqin usagi bu qeder ezizleyib deye saglam usagi da xeste gorur
  • 17:42 - Müəllif: Surayye
    Yeni trend: Saç sırğaları (1)

    Yeni trend: Saç sırğaları

    Günde bir sey cixardirlar. Neye lazimdi axi
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Xanim sizin problemin helli burdadi http://qadin.net/index.php?newsid=84394
  • 17:37 - Müəllif: Surayye
    Bulimiya nədir? (3)

    Bulimiya nədir?

    Etirafdaki qizin problemidi baxxx
  • ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"

    Hər kəs tərəfindən eyni səviyyədə qəbul edilə bilmərik. Mütləq kimsə varlığımızdan xoşlanmayacaq. Ancaq əsəbləşməyinizlə mübarizə aparın. Qida yox, siz özünüz-özünüzü sakitləşdirirsiniz. Qida qəbul etsəniz də, etməsəniz də əsəbiniz yatacaq, beyniniz soyuyacaq. Əsəbləşəndə daxili səsinizi dinləyin. Əsəbləşməklə heç nəyi həll edə bilməyəcəyinizi bilin. Həlli olmayan problem yoxdur.
  • 17:30 - Müəllif: Xəyalə Murad
    Göz daşı nədir? (1)

    Göz daşı nədir?

    Göz həssas olur. Həkimsiz nəsə etmək düzgün olmaz. Məlumatlandırıcı xəbər üçün təşəkkür edirəm, Luna
  • "Kor Bayquş" Sadiq Hidayət

    Türkcə mütaliə etmədiyimdən gərək ya tərcüməsini gözləyim, ya da rusca nəşrini
  • 17:27 - Müəllif: Xəyalə Murad
    Sevdiyindən öldürmək (2)

    Sevdiyindən öldürmək

    Hər şeyin çoxu zərər verir. Hətta sevginin də. Hər zaman sözünü gərək təklikdə deyəsən, izah edəsən. Yeniyetmə çağında uşaqlar həssas olurlar. Qəlbləri həddindən artıq tez qırılır.
  • Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

    Hansi agilla edir bunu
Maraqlıdır