Bakıda hava 21°
USD 1.7008 AZN
EUR 2.0296 AZN

Övladlarımızı sevgidən məhrum etməyək...

Övladlarımızı sevgidən məhrum etməyək...

Qapıdan içəri girər-girməz sevinclə qışqırdı uşaq:

- Ana, bilirsənmi bu gün  nə oldu?

 Anası mənalı-mənalı baxdı: "Xeyirdir, dəcəllik filan. Bax, bir də səninlə əsəbləşməyim. Çox yorğunam onsuz da."

- Görmürsən, telefonla danışıram...

Heç kimin sevdiyi şeylər biri-birinə bənzəmirdi. Anası telefonu, atası avtomobili sevirdi. Hər şey sabaha qalırdı, günlər beləcə keçirdi. Telefon və avtomobil mövzusu ortaya düşdüsə, bir də evə qonaq gələrsə, özünə heç yer qalmırdı. Hara getsin, nə etsin? Anası telefonla danışıb qurtardı. Mətbəxdən qazan-qaşıq səsləri gəlirdi. Qaçaraq yanına getdi. "Sənə kömək edimmi?"- çox sevinərək dedi.

Övladlarımızı sevgidən məhrum etməyək...

Yorğunluq necə bir hissdi. Bəzən əlində oyuncağı ilə yuxuya daldığında nənəsi oyuncağı yavaşca əlindən alıb "necə yorulubmuş uşaq. Gül içərində yatasan səni"-deyərək yavaşca alnından öpürmüş. Yorğunluq gül qoxulu bir yuxuya dalmaqsa əgər, niyə anası onunla belə əsəbi danışırdı. "Anacığım yorulduğu zaman gül qoxulu yuxulara dalar. Nənəm də belə söyləyər. '' Sən yat, gül qoxuları sənsiz qalmasın. Sən çox yorulmusan." Bu sözlərə nifrət edirdim. Yorğunam. Yorğun olduğumdan. Belə yorğun, yorğunkən. "Anacığım, sən yorulma deyə" "Yemək yeyərkən danışarıq övladım. Bankda işlərimi bitirməmişəm. Atan gələnə qədər bunları bitirməliyəm. İndi isə sən oyna bir az." "O zaman siz yorulursunuz, elə deyilmi? Eeee . Mən də oynamaqdan yoruluram. Nə edim?  Bilmirəm.'' Lazım olmayanları bilirdi böyüklər, lazım olanları bilmirdilər.  Birdən işıqlar söndü. Anası hirslə deyinməyə başladı. "Şam da yoxdur"-deyə-deyə şkafları əli ilə axtarırdı.

Övladlarımızı sevgidən məhrum etməyək...

Uşaq arxası üstə uzanıb nənəsinin kəndini düşündü. Qaz lampasının işığında "Dəli Dovşan" nağılını danışmağını. Dəli dovşanın divardakı əksini gətirdi gözlərinin önünə. Nənəsi kimi iki əllərini birləşdirib işarə barmaqlarını yuxarı qaldıraraq dovşan başı etdi. "Bax, dəli dovşan" deyərək barmaqlarını oynatdı. Yoldan keçən avtomobillərin faraları divardakı dovşanı daha aydın göstərirdi. Dovşan azad gəzdi sağda-solda. Otlarla quşlarla danışdı. Sonra yoruldu. Divardakı görüntü o kiçik ovuclarının açılmasıyla itdi. Qolu yavaşca divandan aşağı sallandı. Niyə görə sonra işıqlar yandı. Birdən qadın uşağın heç danışmadığını düşündü. Divana tərəf qaçdı. Kiçik dizlərini qarınına doğru çəkərək yuxuya getmişdi. Masanın üstündəki sənədlərə baxdı iyrənərək. Susqun bir peşmanlıq doldu ürəyinə. Oyandırmadan qorxa-qorxa kiçik alnına bir öpüş qondurdu. Uşaq sanki bu öpüşü gözləyirmişcəsinə "işin bitincə məni sevərsənimi, Ana?" -dedi.   Qadın sevilmək üçün görüş istəyən uşağına baxaraq səhərə qədər ağladı.

Uşaqlarımızı sevgidən məhrum etməyək, onların bizə çox ehtiyacı var, onlar məsum və günahsızdırlar, övladlarımıza lazımı qədər sevgi göstərək ki, zaman keçdiyində peşman olmayaq...

Səslərin sayı: 6
26
4436
Loading...
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Övladların uşaqlıq dövrünü xilas edən yeganə şey sevgidir. Onları çox sevin.
10 mart 2016 13:21
Offline
Iceberg
Övladı heç bir işə satmaq olmaz.
9 mart 2016 18:02
imza: shafaabdulla.blogspot.com
Offline
S.S.E.
Maraqlı mövzu üçün çox sağolun
Mələk xanım.
27 fevral 2015 08:03
Offline
איסון ממדוב.
Cox gozel menali xeberdi cox saqolun
23 fevral 2015 20:08
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ayten
Ovladi olanlar ucun maraqli melumatdi tesekkurler
6 fevral 2015 21:23
Offline
gunay
Tesekkurler xebere gore. Usaqlar bize baxib goturur herweyi,gerek onlara vaxt ayiraq.
21 yanvar 2015 21:21
Offline
FERID
QOYUN SEVSINLER.
14 yanvar 2015 21:53
Offline
Pərvanə
Balalarımın üçünüdə çox sevirəm onlar mənim ürəklərimdi dəcəllərim love
14 yanvar 2015 00:05
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xalidə Həsənzadə
Maraqlı mövzuya toxunubsuz. Təşəkkürlər.
13 yanvar 2015 19:14
Offline
Xanim_Xatun
Bacardığım qədər uşaqlarima qaygi gortərirəm..
13 yanvar 2015 09:59
Offline
ملاك
Xeberi beyenib, etrafli rey yazan her kese tesekkur edirem...

Men de isleyen bir xanimam, nece deyerler isden eve, evden-ise qaciram, amma sukurler olsun, heyatimdan raziyam... Duzdur, eseblesdiyim zamanlar olur, lakin cox uzun cekmir...
13 yanvar 2015 09:13
Offline
.........................................
Maraqli bir xeber idi bacimm girl_ang Xebere gore tesekkur edirem give_ros
13 yanvar 2015 08:50
Offline
Aysel İ.
Çox göəl mövzudur. Müasir cəmiyyətimizdə insanlar normal yaşamaq üçün bacardıqları qədər işləməli Evinə ailəsinə normal baxmaq üçün Ən azından səhər8-dən axşam 8-ə qədər işləməlidir. ÇÇox ailələrdə hər iki valideyn işləmək məcburiyyətində olduğu üçün uşaqlar baxımsız və diqqətsiz qalir. O qəədər ağır işlərəd işləyən analarımız var ki, evə gəldiyində artıq heç nəyə halı qalmır. Kişilər işdən gəldikdə bilirlər ki, isti çayı, yeməyi var. yeyib istirahət edirlər. Qadınlarda isə bu belə deyil. Uzun və yorucu iş sonrası, qadın evə gəlir. Və məişət işlərinə başlayır. Evin yır-yığışı, şam yeməyi, uşaqların, həyat yoldaşının paltarlarının yuyulması və ütülünəmısi. Və bunun kimi başqa işlər. Sizcə bu zaman qadında övlada sevgisini göstərməyə hal qalarmı. Onsuzda bu yorğunluğunun səbəbi övladına olan sevgisidir. Lakin körpələr bunu anlamır. Onlar fikirləşmirlər ki, anam-atam işləməsə mənim normal bir gələcəyim olmayacaq. Hətta mənim yemıyim geyinməyiom üçün atamın anamın işləməyi vacibdir. Onlar sadəcə düşünürlər ki, anam işini məndən çox istəyir.
Mən işləmirəm. Bacardığım qədər uşaqlarıma vaxt ayırmağa çalışıram. Bəzən olur ki, əsəbləşdirilər. Və bu da normaldır. Çünki onlar uşaqdır etdikləri hərəkətin mənasını bəzən anlamırlar. Nə isə çox danışdım. Təşəkkürlər xəbər üçün.
13 yanvar 2015 08:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Hacət-i Vuslat
Maraqlı mövzu üçün çox sağolun Mələk xanım.
Ana olmaq həqiqətən də bir bacarıqdır,hər kəs Ana ola bilmir.Ana sevgisi isə bu bacarığın bünövrəsidir. Bir bəndə kimi mənim üçün öncəlik Rəbbimin əmrləridir, sonra ailəm. Artıq böyüsələr də hələ də onları yatarkən izləməyin, saçlarını oxşamağın, əllərini öpməyin kefini özümə yaşadıram, nə qədər yorğun olsan da hamısı uçub gedir...Övlada qarşı olan sevgini sözlərlə ifadə etsək yetərsiz qalar...
Məqalədə bir məqamla tam raızlaşa bilmirəm. Telefonla danışarkən övladlarım sözümü kəsərsə, heç nə deməyə belə ehtiyac yoxdur, qaşımı çatmağış onlar üçün yetərlidir. Sonrasında da onlara bir daha xatırladıram ki, çox-çox önəmli deyilsə heç kimin sözünü kəsməyin. Onlar uşaqdırlar, nələrisə unutmaları,anlamamaları normaldır. Bir halda ki, hətta bəzi analar da digər anaları anlamırsa... Qohumda bir yaşlı xanım var - Pərvanə xala. 5 qızı və 1 oğlu var. Anam danışırdı ki, Pərvanə xala övladları üçün çox əziyyət çəkib. Sonuncu övladı, oğlu körpə ikən ataları ailəni tərk edib, yazıq qadın tənha başına 6 övlada baxmalı olub. Hamısı məktəbliymiş, qızlarını təhsildən yayındırmaq istəməyib. Hamısını məktəbə göndərər, çağanı yedirdər, bələyər işə qaçarmış. Fasilədə yenə gəlib balacanı yedirdər, təmizləyər yenidən tək qoyub işə gedərmiş. İndi bu Ananı "ƏSİL ANA" olmamaqda günahlandırmaq olarmı??? Toxun acdan nə xəbəri deyərlər... Heç kimi baş gözlərinin gördükləri ilə mühakimə etmək olmaz...Hələ bu kimsə bir ANAdırsa...
13 yanvar 2015 08:29
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
zehra
Cox maraqlidi baci tessekur edirem sizin yazilarinizi maraqla oxuyuram cox gozel xeberdi tesekkurler
12 yanvar 2015 21:05
Offline
♥♥S.Nur♥♥
Cox maraqla oxudum ve cox kovreldim.Maraqli hekayedir.Olur herden cox esebi vaxtlarimda aciqlaniram,amma cox kecmeden peshman oluram.ana bala sariliriq bir-birimize ve ikimiz de bir-birimizden uzr isteyirik. love O menim her sheyimdir heyatimda.Cox teshekkurler,xanim.Allah balalarimizi bize cox gormesin.AMIN!!!

12 yanvar 2015 18:32
Offline
.....
Cox maraqli xeber gore teşekkürlər.
12 yanvar 2015 18:01
Offline
Realist
Xəbər çox xoşuma gəldi. Olduqca mənalı, həyati obrazlardan təsirlənib. Belə analar olduqca, çoxdur. Mənim balamdan ümdə sərvətim yoxdur. Kimiləri ona möhtac ikən, mən niyə, mən verilən o əmanətin qədrini, qiymətini bilməyim?! Belə bir şey mümkün deyil. Onun yuxuda olduğu anlarda belə darıxıram, onunçün, onu qoxulayıb, bağrıma basmaq üçün. Çox zaman əsəbləşdirir məni. Ancaq sonrasında, sayaqladığımın fərqinə varıram. AxI, o, körpədir. Yetkin bir insanın belə bu hissdən (insanı üzmə) məhrum olduğunu göz önünə gətirdikdə, mən səhvimi dərk edirəm. O mənim qızcığazımdır. Anasını üzməyi, ağlının ucundan belə keçirməyən övlad. Allah qorusun, bütün körpələri. Onları, ata-ana ağuşunda hifz etsin. Amin.
12 yanvar 2015 17:29
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Qəribə
Allah qorusun butun balalari. Təşəkkür edirəm. give_ros
12 yanvar 2015 16:34
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.E.
xususile de korpelerin qaygiya ehtiyaci var

xususile de korpelerin qaygiya ve sevgiye ehtiyaclari var.Allah butun korpeleri qorusun.
12 yanvar 2015 16:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • 21:42 - Müəllif: Xəyalə Murad
    Aşbazların sirləri (1)

    Aşbazların sirləri

    Limonu bilmirdim.Yumurta da lazımlıdır. Mən qaynayanda 30a kimi sayıb götürürdüm, 4 dəqiqədəki kimi olurdu.
  • Dünyanın ən mavi yerləri

    Maldiv adalarına çatmazlar. Həqiqətən möhtəşəm yerdir.
  • 10:01 - Müəllif: Xəyalə Murad
    Küçə sənəti (1)

    Küçə sənəti

    Rəssam gözü ilə baxsaq həyat başdan ayağa rəngarəng və gözəldir. Təsvirləri çox bəyəndim. Küçə sənəti getdikcə incəsənətin bir qoluna çevrilir
Maraqlıdır