Bakıda hava
USD AZN
EUR AZN
8 dekabr 20:33Ayla Ayla Sənnən uzağ qızdırma imkan vermir 8 dekabr 20:33Ayla Ayla Cann Surayyə xəstəyəm bacı 8 dekabr 18:58Surayye sima peri ayla gozellerim hardasiz 8 dekabr 18:57Surayye Qizlarim qizillarim necesiz? 8 dekabr 15:24Sima bazar gunude hami yatibki
41210

Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi

Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi
Mənə görə o, Azərbaycanın himnidir. Üzeyir Hacıbəyli. Dünyaya gəlişi də, dünyadan gedişi də payıza təsadüf edən bu insanı həm də məmnuniyyətlə 20-ci əsr Azərbaycan musiqisinin baharı adlandırmaq olar. Özü də təkcə musiqisininmi? Elə publististikasının da, dramaturgiyasının da, pedaqogikasının da... Və əgər o sözü Azərbaycanın ictimai-siyasi həyatına da pərçim etmək olsaydı, elə ictimai-siyasi həyatının da deyərdim. Çünki Üzeyir bəyin 1918-ci ildə Azərbaycanda ilk demokratik cümhuriyyətin formalaşmasında və fəaliyyətində özünəməxsus rolu olub.Ümumiyyətlə üç siyasi formasiyanı görən, üç hakimiyyət dövründə yaşayan Üzeyir Hacıbəyli heç bir hakimiyyətə yox, xalqa işləyib və ona xidmət edib. O, bunu o qədər gözəl bacarıb ki, sübut onun həyat və yaradıcılığıdır. Redaktoru olduğu “Azərbaycan” qəzetidir, müəllifi olduğu Azərbaycan himnidir, “Leyli və Məcnun”, “Koroğlu” operalarıdır, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarıdır. Hərdən düşünürəm ki, bir insan necə hərtərəfli ola bilərmiş? Qori müəllimlər seminariyasında o, əlbəttə çox biliklərə yiyələnmişdi. Amma nəticə olaraq adi kənd məktəbində dərs verirdi.Sonradan onun millətə verdiyi dərsdən elə ancaq bu millət uddu. Söhbət təkcə musiqi dərsindən getmir ha. Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti də, “Molla Nəsrəddin” jurnalında, “Kaspi”, “Həyat”, “İrşad” qəzetlərində - filankəs, bəhmənkəs, tısbağa, çoban ləqəbi ilə yazdıqları yazılar bu günün bir çox çoban jurnalistlərinə gözəl nümunədir. Amma dünya onu opera yazın ilk müsəlman bəstəkar kimi tanıdı.
Cümhuriyyət dövrünün araşdırmaçısı Şirməmməd Hüseynov: "İndi Üzeyir bəyin əsərləri, əgər Amerikada, Çində, Moskvada və digər qonşu respublikalarda yenə də oynanılırsa, eyni zamanda Yaponiyadan gəlib “Arşın mal alan”ın Gülçöhrə rolunu yapon oynayırsa, oxuyursa, bu bizim bir millət kimi dünyaya çıxmağımızın, tanınmağımızın əlamətidir”.
Soruşa bilərsiz ki, Üzeyir Hacıbəyli birdən-birə niyə “Xəbərçi”nin predmeti oldu? Bu il Üzeyir Hacıbəylinin 130 ililyidir. İnşallah, sentyabrın 18-də - Musiqi günündə hər il olduğu kimi Üzeyir bəyin 130 yaşını qeyd edəcəyik. Amma çox istərdik ki, bu bayram Azərbaycan sərhədlərindən kənara çıxsın. Lap konkret desək, görkəmli şəxsiyyətlərin il dönümü təqviminə əsasən onun ad günü UNESCO səviyyəsində anılsın. Çünki o, yalnız felyetonlarında filankəsdir, bəhmənkəsdir. Azərbaycan üçün o Üzeyir Hacıbəylidir. Onun adını və musiqisini mütləq dünyanın qulağına hayqırmalıyıq. 


Mənbə: ANS PRESS

Səslərin sayı: 0
6
709
loading...
Şərhlər
Offline
Qəribə
Allah rəhmət etsin dahi bəstəkara...
16 may 2015 16:46
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.E.
Dahi bestekrimiz Alllahh rehmet elesin.
14 fevral 2015 07:47
Offline
Aysel İ.
Azərbaycan çox belə oğullar, dahilər yetişdirib. Allah rəhmət eləsin.
8 yanvar 2015 16:42
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
nihatmehtizadə
Allah rəhmət eləsin.Hər insana nəsib olmur belə DAHİLİK. give_ros Təşəkkürlər.
8 yanvar 2015 10:31
Offline
●♥ Səma ♥●
Allah rehmet elesin.Dahilerin dahisidir o.Dunyaya AZERBAYCANin adini yukseklere qaldiranlardan biri...Bele SHEXSIYYETler haqqinda dushunenede AZERBAYCANli olduqum ucun fexr ediremyes!Amma cox teesuf ki,"uz QARALARIMIZ"da varnea.
8 yanvar 2015 09:45
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Xanim_Xatun
Allh rəhmət etsin dahi bəstəkara.
8 yanvar 2015 09:10
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )