Havanın soyuması və qarın yağması xəbərdarlığı ilə əlaqədar olaraq Bakı Metropoliteni bir sıra tədbirlər həyata keçirir.ANS TV-nin məlumatına görə, yarana biləcək hər hansı bir problemin qarşısını almaq üçün metropoliten gücləndirilmiş iş rejimində işləyəcək.Artıq Bakı Metropolitenin gücləndirilmiş iş rejimilə bağlı işlər planı hazırlanıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qarın yağmasıyla yeraltı nəqliyyatda elə də ciddi problemin yaşanmayacağını bildirdi. Amma bununla yanaşı Metropolitenin yerüstü ərazilərində müəyyən tədbirlərin görülməsinə ehtiyac var.
Məsələn, Nəriman Nərimanov yaxınlığındakı depo açıq havadadır. Qatarlar hər səhər yerin üstü ilə gəlib metroya daxil olurlar. Həmin yerüstü yolların təmizlənməsi və qarlı havalara qarşı qabaqlayıcı tədbirlər görülür. Həmçinin qar və buzlaşma nəzərə alınaraq əməkdaşlara xüsusi tapşırıqlar da verilib.
"Təbii ki, bu yolların təmizlənməsi, orda buzlanmanın qarşısını almaq və qarların təmizlənməsi üçün bütün ehtiyyat tədbirlər görülüb. Növbətçilik iş rejimi tərtib edilib. Bütün lazım olan – duz, qum kimi ehtiyyatlar tədarük olunub. Çalışacağıq ki, qarlı hava maksimum dərəcədə metropolitenin iş qrafikinə təsir göstərməsin”, - deyə Nəsimi Paşayev bildirib.
Metronun girişində buzlaşmanın insanların hərəkətinə mane olması nəzərə alınaraq müvafiq tədbirlər də görüləcək. Giriş-çıxışlarda insanların yıxılıb xəsarət almaması üçün qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Həmin tədbirlər sırasında pilləkənlərin mütəmadi təmizlənməsi nəzərdə tutulub. Həmçinin pilləkənlərdən kənar ərazilər və depodan gələn yolların təmizlənməsi üçün lazımi avadanlıqlar da artıq alınıb.
Soyuq hava şəraiti hələ yanvarın 10-na qədər davam edəcək. Həmçinin Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi də yolların buz bağlaması ilə əlaqədar olaraq sürücüləri yollarda daha da ehtiyyatlı olmağı və sürət həddinin artırılmamasını tövsiyyə etdi. Sürücülərə daha çox ictimai nəqliyyatdan istifadə etmələrini bildirildi. Soyuq hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanını isə işinə hər hansı təsir göstərməyəcək.
Hava limanından verilən məlumata görə, bütün uçuşlar əvvəlcədən müəyyən olunmuş qrafik üzrə aparılacaq. Hər hansı bir problem yaranacağı təqdirdə isə hava limanının əməkdaşları onu yerindəcə həll edəcəklər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Gecə lampaları
Ayaqların kökdürsə
8 Martda hava necə olacaq?
Özünüzü dələduz "FHN işçilərindən" qoruyun
Dəri tonikinizi evdə edin
"Eurovision" ləğv edildi - YENİLƏNDİ
6 yaşlı uşaq mənzildə gizli otaq tapdı - Qapını açanda GÖRDÜKLƏRİNƏ İNANMADI/VİDEO
Trendi özünüz yaradın
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Şərf bağlamağın 25 üsulu
Dünya qocalara qalacaq
Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb
Şakiradan gözlənilməz addım
Manikurdə yaz trendi-FOTO
Uşaqlıq xatirələri
Hadisenin cavabı gecikmədi:"Onun da..."
Səudiyyə Ərəbistanında qadınların pilot olmasına icazə verildi
Azər Mirzəyev vəfat etdi
Meyvəli-qaymaqlı tort (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İkinci dalğa başladı: Ölkə sərt karantinə gedir
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 139 yeni yoluxma
Günün ulduz falı
п»їİş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı
Quşqonmazın faydaları
Azərbaycanlı zəvvarlar hacı olublar
Uşaqlarınız üçün maraqlı yataqlar
Stuldan yıxıldığına görə 1 milyon dollar istəyir
Qurban bayramı ilə bağlı Açıqlama
BÜRCLƏR bizə nə vəd edir?- 23 Dekabr
Öz qapımıza yenə qol vuracağıq?
"Diriliş Ərtoğrul"la bağlı şok iddia: Engin serialdan ayrılır?
Oscar tarixinin ən ikonik tərz sahibləri
Ermənilər təndiri də əlimizdən alır
Azərbaycan üçün qorxulu proqnoz
107 yaşlı nənə koronavirusdan sağaldı
Günün qoroskopu:Səbrsizlik etməyin!
Metropolitenin sözçüsü: "Metroda külək də əsir..."
Saç ağarmasına qarşı ən təsirli maska
Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz
Bakı sakinlərinə XƏBƏRDARLIQ - FOTO
Atəş səsləri altında qurulan şəhər
“Ağıllı” saatlar üçün antivirus
Yazmağa başlayıram - 3
Müəllimləri izləyən xəstəliklər
Angela Merkel Rusiyaya qarşı sanksiyaları uzatmağa çağırdı
Mimoza salatı (foto-resept)
Mustafa Ceceli dənizə girmək istəmədi-SƏBƏB
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
14 Fevralın tarixi
- ŞƏRHLƏR