Bakıda hava 12°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Hava haqqında

 

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gün ərzində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal-qərb küləyinin arabir 30-35 m/s-dək şiddətlənəcəyi, küləyin ani maksimal sürətinin isə 38-40 m/s-yə çatacağı gözlənilir. 
Çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Temperaturun gecə 1-3° isti, gündüz 0°-yə yaxın, axşama doğru 2°-dək şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək. Nisbi rütubət gecə və gündüz 90-95 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15°-yə enəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
 havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturu gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahavanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 2-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 3-7° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
 havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.

Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havaın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

Səslərin sayı: 1
7
735
loading...
Şərhlər
Offline
S.S.E.
Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
14 fevral 2015 07:49
Offline
S.S.90...Samir...
Buraa indi de yagirr, hava cooox soyuqdu, donurammm.
9 yanvar 2015 02:07
Offline
Aysel İ.
Burda da yağdı. İndi azalıb. Uşaqlar bir az sevindi.
8 yanvar 2015 16:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
nihatmehtizadə
Qarı səbirsizliklə gözləyirik. girl_ten Yağsa yaxşıdı.Təşəkkürlər. give_ros
8 yanvar 2015 10:24
Offline
●♥ Səma ♥●
Shaxta olmasin,teki...Belede yaqmaqi yaxshidi,hava temizlener.Amma shaxtasiiiiiZZZZZ..... girl_cray dash

2- gün davam edəcək sonra mülayimləşəcək.
Inshallahhhhh.....
8 yanvar 2015 09:40
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Xanim_Xatun
Alah bilən məsləhətdi.İnsaallah yaxsi olar hava.
8 yanvar 2015 09:01
Offline
Ellada Babayeva
2- gün davam edəcək sonra mülayimləşəcək. Qar istəyənlər üçün xoş xəbərdir. smile
8 yanvar 2015 01:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Bu günlərdə məhkəməyə müraciət edən cütlük münasibətlərini dost kimi davam etdirəcəklərini söyləyiblər.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Yaraşırlar amma gizdətməyin adı yoxdu
  • Toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
  • Məşhur aktyor BOŞANIR-SƏBƏB

    Gül kimi ərinə xəyanət eliyib?
  • Təzə zəncəfil çayı (video-resept)

    Zəncəfili də həmişə içməy olmur
  • Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

    Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.
  • Məşhur aktyor 65 kq arıqladı-FOTO

    "Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
  • Sevgili olduqlarını niyə gizlədirlər?

    Türkiyə mediası Bekir Saçar, Berk Suyabatmaz və Berrak Tüzünataç ilə bağlı qalmaqallı xəbər yayılayıb.
  • Piylənməyə səbəb olan 3 hal

    Piylənmədə genetik faktorların vacibdir. Normal çəkidə olan ana və atanın uşağında piylənmə riski 10%-dir. Artıq çəkili ana və atanın övladında bu risk 80%-dir.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем добрый вечер. Боялась заказывать за за частичную оплату. Но все прекрасно. До Твери шла ровно 8 дней шведская стенка как и обещали. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо большое.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış