Sümüklərin və xüsusilə dişlərin güclənməsi üçün D vitamini son dərəcə əhəmiyyətlidir. Bədənin D vitamini ehtiyacının böyük qismi günəş tərəfindən ödənilir. D vitamini çatışmamazlığı zamanı sümüklər zəifləyir və sümük xəstəliyi sayılan raxitlik əmələ gəlir.
D vitamini günəş şüası ilə dəridə sintez edilə bilir. Ancaq hər mövsümdə bir körpənin bədənində lazım olduğu qədər D vitamini çıxarılmasına çatacaq qədər günəş işığı olmaya bilər. Günəş şüasının nə qədər D vitamini meydana gətirəcəyi dəri rənginin tündlüyü və günəş şüası miqdarı ilə də əlaqəlidir. Ayrıca 6 aydan kiçik körpələrin həddindən çox günəş şüasına məruz qalmaları dəri xərçənginə də yol aça bilər. Bu səbəbdən yetəri qədər günəş görmədikləri üçün körpələrə əlavə D vitamini verilməlidir.
D vitamini, həyatın ilk 2 ayından etibarən ağız yolu ilə həkimlərin təklif etdiyi miqdarda uşaqlara verilməlidir. Ana körpəsini əmizdirərkən südündən körpəsinə D vitamini ilə də təmin edə bilər.
D Vitamini Faydaları: Sümük və diş quruluşunun meydana gəlməsinə təmin edir. Sümükdən qana kalsium ötürülməsini artırır. Sidiklə kalsium və fosforun ixrac olmasını azaldır. Sinir sistemi, ürək və qanın laxtalanma mexanizminə təsirləri vardır.D vitamini təbii qidalarla da alına bilər. Bitkilərdə D vitamini çox deyil. Heyvani məhsullardan; yumurta sarısı, süd, kərəyağı, balıq, qaraciyər, pendir başlıca D vitamini qaynağıdır. Heyvani məhsulların D vitamini baxımından zənginliyi heyvanın nə cür günəş şüalarına məruz qaldığına görə dəyişə bilər. Günəş görməyən və bağlı məkanlarda yetişdirilən heyvanların məhsulları D vitamini cəhətdən zəngin deyildir.
D Vitamini Əskikliyi: Uşaqlarda Raxitlik deyilən xəstəliyə gətirib çıxarır. Əzələlərdə zəiflik və gücsüzlük olur. Baş bölgəsində həddindən artıq tərləmə olur. Qıç sümükləri əyri olaraq inkişaf edir. İştahsızlığa səbəb olur. Qəbizlik baş verir. Baş sümüklərində yumşalma və əyrilmə müşahidə edilir. Qabırğalarda yumru çıxıntılar meydana çıxır. Bədəndəki sümüklərdə deformasiyalar olur. Dişlər geç çıxır,əzələ sıxılmaları müşahidə olunur. Düzdabanlık yaranır. Görmə və eşitmə pozular.
Raxitlik bir sümük xəstəliyidir və əksəriyyətlə kifayət qədər günəş görməyən, gigiyenik olmayan, rütubətli, qaranlıq və alçaq tavanlı evlərdə yaşayan, kifayət qədər süd içməyən və həddindən çox miqdarda unlu qidalarla bəslənən uşaqlarda yaranır. Xəstəlik ümumiyyətlə 2 yaşında ortaya çıxır. Ən erkən ortaya çıxan əlamətlərdən biri kəllə sümüklərində ümumi bir yumşalma olmasıdır. Uşağın dişləri zamanında çıxa bilmir və çıxanlar isə çox tez çürüyür.
D vitamini əksikliyində bir çox problem yaşandığı kimi, bu vitaminin artıq qəbul edilməsində də müxtəlif narahatlıqlar ortaya çıxa bilər. Qanda kalsium dəyəri artdığından ürəkbulanma və qusma, iştahda azalma, sidiyə sıx çıxma, susuzluq hissi, ishal kimi təsirlər müşahidə edilə bilər.
XƏBƏR LENTİ
Azərbaycanda bu ərzaqlar ucuzlaşdı
Əliyevdən mesaj: Hərəkətə keçin
Yarpız haqqında bilmədiklərimiz
Hansı insanlara evlənmək olmaz?
Super matç, super qələbə, Superboul
Hər gün istifadə etdiyiniz kremlərdəki təhlükə
Yay ayaqqabıları
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
104 yaşlı gənc qız öldü
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Evlilikdən əvvəl genetik müayinə nəyə görə vacibdir?
Günün qoroskopu: Münasibətləri gərməyin
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
Paytaxtda yağışlı hava gözlənilir
Qan şəkərini nizamlayan idman hərəkətləri
Dünyanın möhtəşəm mənzərəli yolları
Hava haqqında - 27.01.2014
Saçlara qulluq üçün 3 maska
Azərbaycanda təhlükəli epidemiya
Nadir hallarda rast gəlinən xəstəliklər
"Diriliş Ertuğrul"dan məşhur cütlüyə SURPRİZ-FOTO
Pensiyaçılara böyük müjdə
Gözaltı torbalar nədən yaranır?
Bakı metrosu ilə bağlı qadağa
Günün ulduz falı
Günün ulduz falı
"Səhərləri azan səsinə oyanmaq çox gözəldir"
Təhsil naziri: "Azyaşlı şagirdlərin yükü azaldılacaq"
Pələng toyuğu belə parçaladı
Qat-qat perojki (foto resept)
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
Bir şəkil boyük dostluğu pozdu-FOTO
"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO
Buta
Şakiraya 6 cinayət işi açıldı
Xüsusi günlər üçün hədiyyə tövsiyələri
Gömrükdə daha bir QADAДћA
WhatsApp-da daha bir yenilik
İngilis alimləri: "Kosmosda canlılar var"
Alış-veriş asılılığının səbəbləri və həlli yolları
Kənan və Sinem restorana buraxılmadı
Bakı mağazalarında satış dayandı
Koronavirusun hamilələrə təsiri müəyyənləşdi
Rus dili dərs-26
Ramazan ayının 18-ci gününün duası
İran təyyarəsində UNO həyəcanı
Evdə təbii saç boyası hazırlamaq üçün ....
- ŞƏRHLƏR