Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38085

Bapbalaca boyu var...

 

Bapbalaca boyu var...

 

Tarixə nəzər 

Çoxları bilmir ki, Naringinin vətəni Çindir. 1178-ci ildə yazılmış şərq əlyazmalarında bu meyvənin 27 ən yaxşı "imperator" növlərinin olması haqqında məlumatlar mövcuddur. Bir çox ölkələrdə (ingilisdilli) Naringi "Tanjirin" (bu meyvə ilk dəfə Avropaya Mərakeş və Tanjir şəhərlərindən gətirildiyi üçün) adı ilə tanınırdi. Ona "Milad Portağalı" ləqəbi də qoyulmuşdu. Dadlı, şirin və olduqca məhsuldar olan meyvənin mövsümü noyabr və yanvar aylarıdır. 

Vitamin göstəriciləri 

Bir meyvədə gündəlik C vitamin tələbatının 31%-i mövcuddur. İmmuniteti möhkəmləndirir, yaşlanma əleyhinə gözəl vastədir. Bundan başqa "narıncı toplarda" B qrupu vitaminlər, vitamin P və K saxlanılır. Sitrus meyvəsi olaraq Naringi fitonsitlərlə zəngindir, bu antibiotik təsiri xəstəlik törədən bakteriaları məhv edir. "Yeni il meyvəsi" temperatur və soyuqdəymə zamanı  sağalma prosesində çox gözəl effekt verir, həm də o ağciyərləri də gözəl təmizləyir ki, bu siqaret çəkənlər üçün xüsusi faydalıdır.

 

Bapbalaca boyu var...

 

 

Naringi-"İncəbel" 

Şirin olsa da, cəmi 37 kalorilidir ki, bu da kökəlmədən qorxanlara heç bir təhlükə törətmir. Bəzi məlumatlara görə yağları da parçalama gücünə malikdir və  idmançılar əzələlərini formaya salmaqda Naringidən istifadə edirlər. 

Naringi "portağala" qarşı 

Naringi ilə bədənimizə qulluq edə bilərik. Buna pillinq və masajlar daxildir. Onun yağından hər yaş dövründə və hər növ dərilərdə istifadə etmək olar.Tətbiq spektri: ağız və burun ətrafında əmələ gələn qırışlarla mübarizədə, cövhərindən sellülitlə mübarizədə ,lasyonu ilə yağlı dərinin bərpasında, qabıqları və suyu ilə hazırlanmış maskalarla saç tökülməsinin qarşısını almaq üçün istifadə edilir. Naringi yağından aromaterapiyada da istifadə olunur: 3-5 damcı Naringi efiri 1 xörək qaşığı dəniz duzu ilə 15 dəqiqəlik masaj sizi stresdən azad edəcək.

 

Bapbalaca boyu var...

 

 

Rapunzel üçün naringi: 

Naringi vitamin B12  ilə zəngin olduğundan saç tökülməsini azaldır və saçların ağarmasının qarşısını alır. Saçların uzanmasında əsas rol oynayan kollogenlərin qurulması üçün C vitamini tələb olunur, məlumdur ki, Naringi də C vitamini deposu hesab olunur. Sağlam saçlarara sahib olmaq üçün vacib kompanentlərdən biri olan dəmirin mənimsənilməsi də vitamin C sayəsindədir. Naringinin gözəllik gücünü artırmaq üçün onu salatlara, kekslər üçün souslara, toyuq və balıq yeməklərinə də əlavə edə bilərsiz. 

Saçların tez uzanması üçün Naringi maskası: 1 xörək qaşığı xardal, 2 Naringiin şirəsi, 10 damcı melisa yağı qarışdırıb saçların dibinə çəkmək və 20 dəqiqə saxlamaq və sonra saç dərisinin tipinı uyğun şampunla yumaq lazımdır. C vitaminin və askorbin turşuları ilə zəngin olan Naringi suyu saç köklərini qidalandırır və saç tellərini yumuşaldır. Melisa yağı və xardal yağ mübadiləsini, qan dövranını aktivləşdirir, kəpəyin əmələ gəlməsinin qarşısını alır.

Konservatlarla mübarizə

Çoxları düşünür ki, hal-hazırda təbii üsullarla meyvə-tərəvəz yetişdirmək mümkünsüzdür və digər qidalar kimi onların da istehsalı zamanı kimyəvi maddələrdən istifadə olunur. Naringi digər sitrus meyvələri kimi nitratlardan təşkil olunmadığından və limon turşusunun sayəsində kimyəvi maddələrlə "dostluq" etmir. Ona görə də tam əminliklə onlardan istifadə edə bilərsiz.

 

Bapbalaca boyu var...

 

Seçim haqqı sizindir.

Naringinin dadını gözlə təyin etmək olar. Orta ölçülü və yastı formalılar ən turş olanlardır. Onlarda çəyrdək olmur. İri və kobud quruluşa sahib olanlar həm də asan təmizlənirlər və meyxoş olurlar. Ən şirin və sulu sortları kiçik, parlaq narıncı "klementinlərdir". Sonuncuları +6 dərəcədə uzun müddət saxlamaq mümkündür.

Ağılllı antidepresant

Depresiyanin müasir müalicəsində qida və prasedurlarda xoş ətirlərdən istifədə olunur. Naringidən alınan efir yağı depresiya, yuxusuzluq və pis əhvalı götürmək üçün ən yaxşı vastələrdən hesab olunur. Ağır iş rejimi və çətin həyat tərzi ilə mənəvi pozğunluqlar əmələ gətirir, Naringi yağının ətri bu zaman yaranan yorğunluğu aradan qaldırır və ruhi müvazinıti bərpa edir.

Naringi və fəlsəfə

Meyvə fen-şuy fəlsəfəsinin (külək və su mənasını verən təbiətdə mövcud olan həyat enerjisinin yaşanan hər yeri dolaşmasını əks etdirən qədim Çin fəlsəfəsidir) əsas elementidir. Naringi ağacı var-dövlət simvolu hesab olunur. Ay təqvimi zamanı il dəyişən zaman stolun üstü buna görə narıncı meyvələr ilə bəzədilir. Həmçinin fen-şuya görə Naringi istənilən pis enerjini udmaq xüsusiyyətinə də qadirdir.  

Səslərin sayı: 7
44
6751
loading...
Şərhlər
Offline
Arzu
Naringini cox sevirem bu qeder faydali oldugunu bilmirdim sayenizde oyrendim tesekkurler.
11 yanvar 2017 14:03
Offline
Cavadova Xedice
Çox sevdiyim meyvələrdən biridi naringi.
1 aprel 2016 21:45
Offline
Leyla_
Hec sevmirem allahqi hec xosum gelmir
19 fevral 2015 16:53
Offline
Ulker.Agamali
gunay,
AYSUN MEMMEDOVA,
Beli dadli ve faydali bir meyvedir,men lasion duzetmisem ozum evde spirt ve mandarinden her gun uzumu 2 defe silirem,civzelerein yox olmasina cox gozel tesir gosteriri ve yagli pariltini goturur
24 yanvar 2015 12:26
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
איסון ממדוב.
Bizim evdede naringi cox sevilir
21 yanvar 2015 21:50
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
gunay
Bu qeder faydali oldugun bilmirdim.
21 yanvar 2015 21:46
Offline
Ulker.Agamali
Elvira Qurbanova,
memmedova gunel,
Pərvanə,
Farida_Asadova,
Nəzrin,
Firikleriniz ucun cox sag olun
12 yanvar 2015 21:17
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Nəzrin
Men coox sevirem :)Eve alinan gun 1saata hamisi bitir o derece sevirem hetta cox yediyim ucun sepdiyim gunler olub :)))Etrafli melumat ucun minnetdaram
11 yanvar 2015 23:16
Offline
Farida_Asadova
Mən hec sevmirəm...
11 yanvar 2015 20:23
Offline
Pərvanə
Evimizin ən sevimli meyvəsidir naringı.
11 yanvar 2015 01:47
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
memmedova gunel
en cox sevdiyimdir blum
10 yanvar 2015 19:19
Offline
Wirin Qiz
butun meyveler yaxsidi
9 yanvar 2015 23:27
Offline
Ulker.Agamali
mira-kerim,
Tebii ki qohum meyvelwe olsalar da tam menasi ile eyni terkibe sahib deyiller
ღ٠•●♥Varlığın zülüm yoxluğun ölüm♥●•٠ღ      ,
Faydali olduqsa ne mutlu bize love
Şəri Babayeva,Aleragiyadan daha danisma baci cray
Elvira Qurbanova, give_ros
Fatma xanım, ne olar ki,hem de evden gozel sitrus etri gelecek
Ellada Babayeva, Alergiyaya meyillisiniz ona goredi
Nura:))),
huseyova nuray,
HAPPY SMİLE :),
ELIF))),
Tebii ki her bir orqanizim individualdir ve bize eyin nece tesir etdiyini yaxsi bilirik,saglaml;g;m;z oz elimizdedir
9 yanvar 2015 23:24
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
S.S.90...Samir...
Coooox sevdiyim meyvedirr...seve seve yeyirem...maaaa nuuwww olsun nyam
9 yanvar 2015 00:58
Offline
.....
cox xosuma gelir bu meyve o qeder yeyeremki )))
8 yanvar 2015 19:23
Offline
Xanim_Xatun
Naringinin dadını gözlə təyin etmək olar. Orta ölçülü və yastı formalılar ən turş olanlardır. Onlarda çəyrdək olmur. İri və kobud quruluşa sahib olanlar həm də asan təmizlənirlər və meyxoş olurlar. Ən şirin və sulu sortları kiçik, parlaq narıncı "klementinlərdir". Sonuncuları +6 dərəcədə uzun müddət saxlamaq mümkündür.

bax bunların hec birini bilmirdim
8 yanvar 2015 09:34
Offline
♥Selena♥
Şirin naringini çox sevirəm, yeməyə başlayanda dayana bilmirəm biggrin
Soyuq havalarda narıncı rəngli meyvələrdən, tərəvəzlərdən çox istifadə olunmalıdır.
Faydalı xəbərdir, təşəkkürlər give_ros
7 yanvar 2015 22:13
Offline
HUSNA
Faydali xeberdi,naringini sevmeyen yoxdu
7 yanvar 2015 15:00
Offline
Zehra.
Bunlar haqqında məlumatı bilirdim.
7 yanvar 2015 10:44
Offline
.....
əmçinin fen-şuya görə Naringi istənilən pis enerjini udmaq xüsusiyyətinə də qadirdir. Onda alaq evin hər yerinə düzək
7 yanvar 2015 10:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır