Bakıda hava 10°
USD AZN
EUR AZN

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

 2014-ci ildə Yaxın Şərq ölkələrindən olan qadınların adları kütləvi informasiya vasitələrinin başlıqlarını rəngarəng etdilər. Onların adları genetika, mikrobiologiya, hüquq, riyaziyyat və kino kimi müxtəlif sahələrdə hallanırdı. Bu müsəlman qadınlar, həm cəmiyyətə, həm də müsəlman qadınlar haqqında stereotiplərin ifşası istiqamətində öz töhfələrini vermişlər. Ötən ilin əsas müsəlman xanım-qəhrəmanları aşağıdakı xanımlar olublar:

 1. Məryəm Əl-Mənsuri
Məryəm əl-Mənsuri F-16 qırıcı gəmisini döyüş şəraitində  idarə edən BƏƏ-inin ilk təyyarəçi qadınıdır. Məryəm "İslam dövlətinin" döyüşçüləri ilə mübarizə rəmzinə çevrilmişdir, buna görə ona "əmirətli tərlan" ləqəbi verilmişdir. 35 yaşlı qadın-mayor BƏƏ HHQ Məryəm əl-Mənsuri Əmirliklər tarixində ilk zərif cinsin nümayəndəsi kimi F-16-nı idarə edib. Onun ailəsində daha səkkiz qardaş və bacıları var, o, orta məktəbi və BƏƏ (ixtisası "ingilis dili") Universitetini fərqlənmə ilə bitirmişdir. 
2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

 2. Kürd yaraqlı-qadınlar

1946-ci ildə  İran-İraq sərhəddində dağlarda yaranmış yaraqlılar-"peşmərqə" ("ölümə gedən") mərkəzi İraq hökumətinin əleyhinə mübarizəyə başladılar.  Bu gün onlar İslam dövlətinin yaraqlılarına qarşı vuruşur. Peşmərqə sıralarında 500-600 qadın var. Peşmərqəli qadınlar-şərtsiz hörmətə malikdirlər. Kürdistanla yanaşı dünyada yalnız bir neçə ölkədə qadınlara döyüşlərdə iştirak etmək icazəsi verilir (Yaxın Şərqdə yalnız İsrail bunların sırasına daxildir). "Mən öz xalqımı və torpağımı qoruyuram", -əli avtomatlı gənc qadın-döyüşçülər bəyan edirlər.

 2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

 3. Umaya Naci Əl-Cabara

Qadın İŞİD-ə qarşı mübarizə apararkən İraqda dörd uşaq anası "şeyxinya" kimi tanınıb-qərb əyaləti Salah-əd-Dində yaraqlılarla mübarizədə öz həyatını qurban verdikdən sonra bu titul onun ailəsinə təqdim edilib. Səlah-əd-Din Qubernatorluğunun məsləhətçisi olan Cabaranın əlində Kalaşnikov tüfəngi tutduğu şəkli bu ilin sentyabrında bütün dünyada yayılmışdır.

"Qadın döyüşçülərinin Kobani və Pəşmərgədə etdiklərini Cabara İraqda öz təşəbbüsü ilə edirdi.  Onu yüzlərlə digər qadınlarilə müşayiət etmirdi. Onun həyat yoldaşı və uşaqları var idi. O insanlar üçün dəstək təmin edirdi, əksini yox ",-Soha Oda, İraq fəalı və jurnalisti bildirib.

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

4. Məryəm Mirzəhani

Stanford Universitetinin riyaziyyat professoru 37 yaşlı  İranlı Məryəm Mirzakhani,  riyaziyyat sahəsində ən nüfuzlu mükafatı olan-Fields mükafatını alan ilk qadın olmuşdur. Nobel mükafatı riyaziyyatçılara verilmədiyi üçün Fields mükafatına tez-tez "riyaziyyat üzrə Nobel mükafatı" da deyilir. Təşkilat komitəsi Məryəmin həndəsə və dinamik sistemlərə  son dərəcə qiymətli töhfələrini qəbul etmişdir. 37 yaşlı professor bir neçə həmkarları ilə əməkdaşlıq edərək müxtəlif sahələrdə elmi tədqiqat işlərinin apararaq elmi fəaliyyətini davam etdirir.

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

5. Səidə Varsi

39 yaşlı Səidə Varsi, Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvləri arasına daxil olan ilk müsəlman qadın olmuşdur. Amma bu ilk dəfə 2010-ci ildə media başlıqlarını bəzədiyi zaman idi.  Bu il isə istefa niyyətini elan etdiyi zaman Varsinin adı  bir daha mediada göz qamaşdırdı. O, öz qərarını Londonun Qəzza zolağındakı vəziyyəti ilə bağlı mövqeyindən narazılığı ilə izah etdi. Vəzifəsini tərk etdiyi üçün təəssüflənən baronessa, cari xarici siyasətinin Londonun nüfuzuna zərbə vurduğundan əmin olduğunu da qeyd etmişdi.

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

6. Somaya Jabarti

Ölkənin ən məşhur ingilis dilli qəzetlərindən olan "Saudi Gazette"-yə qadının başçılıq edəcəyi xəbəri bütün dünyada yayılmışdı. O vaxta qədər Jabarti əhəmiyyətli bir karyera qazandığı rəqib nəşrdə-gündəlik "Arab News"-da çalışırdı. Səudiyyə Ərəbistanı üçün jurnalist bir çox mütərəqqi fikirlərə sahibdir. Əvvəlki baş redaktorun sözlərinə görə baş redaktor olaraq Jabartini seçməsinin səbəbi onun qadın olması deyil, yalnız peşəkar keyfiyyətlərinə görədir. Onun təyin edilməsi haqqında Jabarti sadəcə bunları dedi: "Bu, şüşə tavandakı bir çatlaqdır, ümid edirəm ki,o, qapıya çevriləcək."

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

7. Malala Yusafzai

16 yaşındakı pakistanlı Malala Yusufzai 2014-cü il Nobel Sülh mükafatına layiq görülmüşdür. Qızlar hüququnun xeyrinə Malala gənc yaşlarından qızların təhsil almaq hüququ uğrunda mübarizə aparır, bu səbəblə pakistan talibanları onu güllə ilə vurmağa cəhd göstərdilər. Bütün dünya ilk dəfə Malala haqqında, o, 11 yaşında ikən atası Malalanı mətbuat klubunun iclasına aparanda, qızın : "Taliban mənim təhsil almaq haqqımı almağa necə cəsarət edir?" deyə bəyan etdikdən sonra eşitdi.

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

8. Bayan Mahmud Əl-Zahran

Zahran mühafizəkar Səudiyyə Ərəbistanında ilk qadın vəkili oldu və məhkəmələrdə qadınların hüquqlarını qoruduğu qadınlar üçün ilk hüquq firması açmışdı. "Mən inanıram ki, qadın vəkillər hüquq sisteminə çox yeniliklər gətirə bilər. Bu hüquq firması krallıqda məhkəmə proseslərinin gedişatını və problemlərinin həllini dəyişdirəcək. Mən bu tarixi addımı atarkən mənə dəstək olanlara minnətdaram və ümid doluyam"- demişdi Zahran. Bundan əlavə bu il Zahran ərəb dünyasının ən nüfuzlu qadınların siyahısında haqlı olaraq yeddinci sırada yer aldı.

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

9. Məryəm Matar

BƏƏ-dən olan həkim Matar karyerasını Fars Körfəzi bölgəsində aktual olan genetik xəstəliklərlə mübarizəyə həsr etmişdir. 2005-ci ildə o, Daun sindromu ilə mübarizə, bir il sonra isə genetik xəstəliklərə qarşı mübarizə dərnəyini qurdu. Bu il Matar BƏƏ-də qan xəstəlikləri üzrə araşdırmalarını tamamladı. Dubay  çap nəşri  Arabian Business 2012-ci ildə Matarı "BƏƏ-inin ən yaxşı dövlət qulluqçularından" biri adlandırdı. Bu il Matar müsəlman elmi saytında "İslam elm dünyasının ən nüfuzlu 20 qadını sırasına daxil oldu.

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın

10. Daniya Əl-Jabari

14 yaşlı Fələstinli Daniya Əl-Jabari Sinqapurdakı Beynəlxalq riyaziyyat müsabiqəsini qazanmşdı. Analoq hesablayıcı vasitələrin köməyi ilə 3000 iştirakçıları başlarında hesablamalar aparmalı idilər. Daniya 8 dəqiqə ərzində 230-dan çox çətin riyazı hesablamalar apararaq müsabiqədə qalib oldu. 14 yaşlı Fələstinli qız öz məmləkətində dəfələrlə riyaziyyat olimpiadalarını qazanmışdır.

2014-ci ildə dünyaya səs salan on müsəlman qadın
Səslərin sayı: 8
27
3469
loading...
Şərhlər
Offline
Gultekin
Halaldi bele qadinlara
8 may 2015 20:08
Offline
Gülab Mustafazadə
Azadə Həbibzadə
Əhsən belə qadınlara afərin.

beli halaldi
13 aprel 2015 19:26
Offline
Azadə Həbibzadə
Əhsən belə qadınlara afərin.
28 mart 2015 16:36
Offline
Mələksima
Əhsən belə qadınlara...
21 fevral 2015 17:23
Offline
Руслан Абилов
Maragli oldu mencun
8 fevral 2015 19:18
Offline
Xanim_Xatun
Əhsən belə qadınlara...
27 yanvar 2015 09:40
Offline
Gulay
Ewq olsun bele muselman qadinlarimiza, her zaman var olsunlar.
14 yanvar 2015 01:42
Offline
memmedova gunel
Gözəl xəbərdir.Qadın və silah......Ana əlinə silah yaraşmır,amma......
12 yanvar 2015 02:22
Offline
PERI
MARAQLI XEBERDI,ADINIZA LAYIQ.MARALA OXUDUM VE FEXR DUYDUM.BUNA GORE SONSUZ TESEKKUR.
5 yanvar 2015 01:51
Offline
Zuleyxa Aliyeva
Həqiqətən halal olsun!
5 yanvar 2015 01:04
Offline
Onur Huseyn
MELUMATIM YOX IDI.XEBER UCUN TESEKKURLER.
5 yanvar 2015 00:52
Offline
Pərvanə
Bir sözlə halal olsun.
5 yanvar 2015 00:27
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
huseyova nuray
Qadinlar gucluduler cox hemde lap cox
4 yanvar 2015 23:27
Offline
Gulu Isgenderova
YAZDIQLARIM UCUN EVVELCEDEN UZR ISTIYIREM - Qadin varki heyet evinde yawayir, gece otaginnan cixib heyete ayaq yoluna getmeye qorxur. Amma bu qadinlara halaldirki bu qeder qadagalarin icinde, qorxmadan, eyilmeden bu qeder ugur qazaniblar. En coxda iwide qarwi mubarize aparan 4 uwaqli anayla fexr etdim. BEWiK SALLAYAN ELLER DUNYANIDA iDARE ETMEYE QADiRDiR..
3 yanvar 2015 20:47
Offline
nigar dadasova
Vallah bu qadinlara halaldi..Bezi uzden iraq kishiler baxib utansinlar..Fexr edilesi qadinlardi her biri..Coxsaqol bacim.Bolushub bizlere tanitdiqin ucun teshakkur edirem sene
3 yanvar 2015 16:54
Offline
PƏRVANƏ ƏLİYEVA......
Vallah bu qadinlara halaldi..Bezi uzden iraq kishiler baxib utansinlar..Fexr edilesi qadinlardi her biri..Coxsaqol bacim.Bolushub bizlere tanitdiqin ucun teshakkur edirem sene. give_ros
3 yanvar 2015 16:45
Offline
Qəribə
Oxudum cox maraqli bir xeber idi. Xanimlarin her zaman irelide olmaqlari cox gozeldir.
3 yanvar 2015 15:25
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
H.M
Melumatim yox idi, xeber ucun tewekkurler, maraqli oldu.
3 yanvar 2015 00:15
Offline
Zehra.
Necədə gözəl xəbərdir,,,,
2 yanvar 2015 22:30
Offline
HUSNA
Bayan Mahmud Əl-Zahran

Zahran mühafizəkar Səudiyyə Ərəbistanında ilk qadın vəkili oldu və məhkəmələrdə qadınların hüquqlarını qoruduğu qadınlar üçün ilk hüquq firması açmışdı

Maraqli idi.
2 yanvar 2015 17:01
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!