Ən xoşbəxt anda belə sonun düşünüb pis olan biriyəm. (C)
Xoşbəxtlik elə bir anlayışdır ki, insana görə dəyişir. Əgər bir qələm belə verərkən xoşbəxt olan birini tanıyırsınızsa, o zaman çalışın, onu itirməyin. İtirməyə daim məruz qalanlar xoşbəxt anlarında belə bu xoşbəxtliyi ürəkdolusu yaşaya bilmir. Çünki bu anın tezliklə keçəcəyini və ardından bəlkə də melanxoliyanın gələcəyini düşünür və bunları düşündüyü an o xoşbəxtlik də barmaqlarının arasında qum kimi süzülərək yerə səpələnir. Səhvini anlayıb tez səpələnən xoşbəxtliyi yığmaq istəyəndə isə anidən əsən külək onu artıq qucağına alıb başqalarına, qədrini zamanında biləcək olanlara aparır.
Bəziləri isə yanlış insanlara dəyər verər və onu daim bağışlayar. Getməyini istəmədiyi üçün daim bağışlayar və səhvlərinə göz yumar. Çünki onun varlığı belə xoşbəxt olmağı üçün ona bəs edər. Niyə? Bəyəm xoşbəxtlik belə cılız bir mövhumdur ki? Xoşbəxtliyə layiq olmaq yox, onu əldə etmək lazımdır. Xoşbəxlik hər kəsin öz əlindədir. Xoşbəxt olmaq üçün kimisə gözləmək lazım deyil. Həyatınıza gələrək sizi xoşbəxt edənlər əslində özlərini xoşbəxt etmək üçün addım atırlar. İlk olaraq öz xoşbəxtliklərini düşünürlər. Oturub gözləməklə heç nə əldə etmək mümkün deyil. Ən adi səbəblərlə belə xoşbəxt olmağı bacarmaq lazımdır. Bu anın bitəcəyini təsəvvür edə-edə bu anın özünü qaçırmış olacaqsınız. Bu anınızdakı xoşbəxtliyə bir baxın: yaşayırsınız, gözünüz görür deyə bu yazını oxuya bilirsiniz, ətrafınızda ailənizdən kimsə var. Siyahını o qədər artırmaq olar ki. Əgər bunlar sizi xoşbəxt etmək üçün kifayət etmirsə, demək, siz xoşbəxtlik barədə heç nə bilmirsiniz.
Ünvanlı olaraq deyirəm ki, insanlar həyatımızda daim qalmaz. Həyatımıza bu gün girən bir müddət sonra digər qapıdan çıxır və ya siz kiminsə həyatına daxil olub çıxanlardan olursunuz. Əvəzedilməz adam yoxdur deyirlər. Xatirələr əvəzedilməzdir. İnsanların həyatınızda hər birinin öz yeri var və onlar öz yerlərini doldurmaq üçün gələrlər həyatımıza. Bu yer bir saatlıq, bir günlük, bir aylıq və ya bir ömürlük də ola bilər. Tanış olduğunuz hər insandan özünüzlə bir parça aparmış və ya onlara bir parça vermiş olursunuz. Bu parçalar isə xatirələrdir. Çalışın, pis xatirələr yaratmayın. Xatirələr gözəldir və onlar belə insanın xoşbəxt olmağı üçün bəs edər. Həyatınızda gözəl bir insanla və ya insanlarla tanış olmaq sizə nəsib olubsa, onlardan kənarlaşmalı olsanız belə xatirələrinizdə belə onların qədrini bilin. Mütləq illər sonra da olsa, onları xatırlayıb nədənsə ibrət alacaqsınız.
Keçmişdə xoşagəlməz nə olubsa da, olub keçib artıq. Unudun getsin. Xatırlamağa çalışmayın. Sonranı da düşünərək, yəni xoşbəxtkən sonranın təlaşını yaşamayın və bu anın keyfini çıxarın. Həyata bacardığınız qədər gülümsəyin.
Bu günə qədər çox adamlar tanıdım və çox adamları keçmişimin xatirələrində saxladım. Amma son tanıdıqlarım cismani olmasa da, ruhən daim mənimlə olacaqlar-beynimdə, xatirələrimdə. Çünki sevgi, hörmət insanın özündən asılıdır. İnsan onu içində yaşatdığı qədər var olar. Bu son bir ildə tanış olduğum və ünsiyyət yaratdığım insanlardan öyrəndiklərim çox oldu. Misal üçün, insanın nə dərəcədə səbr edə biləcəyini gördüm, problemləri olsa belə başqalarını düşünən gördüm, insanlara eyni gözlə baxıb onlarda yalnız müsbətləri görməyi çalışanı gördüm, ən ümidsiz insanın belə dəyərli ola biləcəyini gördüm, tanımadığı halda belə qarşılaşdığı insana böyük dəyər verəni gördüm. Belələri var olduğu müddətdə həyat, dünya vardır deməkdir və hələ hər şey itirilməyib. Unutmayın ki, xoşbəxtlik də, bədbəxtlik də öz əlinizdədir. Həyat yolunuzu sizin əməlləriniz müəyyən edir. Necə düşünürsünüzsə, elə də yaşamağa məhkum olarsınız. Ona görə də ilk olaraq düşüncənizi dəyişin. Düşüncənizdə nikbin, xoşbəxt olun. Bu zaman o nikbinlik istər istəməz nəinki sizin, hətta ətrafınızdakıların da həyatına sirayət edəcək.
P.S: Ola bilsin ki, şəkillərlə əlaqəli olaraq kimi və ya kimləri bu məqalədə nəzərdə tutduğumu başa düşən olar ki, onlardan indi burda olanı da var, olmayanı da, bunu indi oxuyanı da var, oxumayanı da. Əsas odur ki, şərhlərdə müzakirə etməyin o şəxslər barədə.
Ey sən, unutma ki, həyat qısadır deyib fikrimizi əsas məqamdan yandırırlar. Həyat çətindir, amma eyni zamanda da asandır. Xoşbəxt olmaq üçün əlindən gələni et ki, onun asan tərəfini əlinə keçirə biləsən. Bunu oxu, və dur, düşün. Bir qələmlə kağız al əlinə. Mənim çox az şeydə belə örnək kimi görə bildiyim insanlar fərqindəlik yaşadaraq bunu yazmağımçün beynimdə təkan verdilər mənə. Bəs sən? Həyatında bu ana qədər zərrə qədər də olsa, kimdən nə öyrənə bildin? Yaz onu. Ən kiçiyindən tutmuş böyüyünə qədər düşün və yaz. Ən kiçik xoşbəxt anına qədər yaz. İndi hamısı ağlına gəlməsə də, dərd etmə. O kağızla qələmi əlinə ala bildiyin üçün də xoşbəxt ola bilərsən. Çünki hər kəs bu cəsarətə sahib deyil.
Əzizlərim, cəsarətli olun. Çünki yaşamaq cəsarət istər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Eyni serialda rol alacaqlar?
Gəncədə "Gənclik onun imzasıdır" adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Duzlu pomidor (foto resept)
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Ənənə, yoxsa qanlı şou və qəddarlıq?
Qarğıdalı-düyü salatı
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Günorta yaranan baş ağrılarının səbəbləri
6 erməni əsgər məhv edildi
DİQQƏT! WhatsApp-da yeni problem var
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Türkiyədə YouTube qadağası ləğv edildi
Necə gözəl gəlin olmalı?
Mübarizsiz 10 il...
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Dünya yenə onları izləyəcək
Həm Android, həm Firefox-la işləyən smartfon
HAVA necə olacaq?- 18 MART
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
İranda zəlzələ oldu
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Hər kəs bu qadınan danışır-SƏBƏB
Sinan Akçıl BOŞANIR
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Bunu paylaşan "facebook" profilindən olacaq
Metabolizmanı sürətləndirən tövsiyələr
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
Xamada toyuq filesi (foto resept)
Hipertoniya (təzyiq xəstəliyi)
Bu qəsrdə ruhlar yaşayır
Sevinc gətirən doğuş
Sinir sistemini gücləndirən meyvə
MTN-ə əlavə səlahiyyət verildi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Burun tıxanmasına qarşı tədbirlər
Alimlər cizgi filmini DNT-yə yazdılar
Qarabağ sentyabra qaytarıla bilər
Tarixin ilk selfisi
Psixoloji Etüd - 2
Sözlərin təsnifatı
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
Daimi ordusu olmayan ölkələr
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
- ŞƏRHLƏR