Prezident İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında Qanunu təsdiq edib. ANS PRESS-in məlumatına görə, qanunda qeyd olunub ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilsin.Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.İlham Əliyev həmçinin “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.Prezident İlham Əliyev o cümlədən Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.Qanunda qeyd olunub ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 603 462,0 min manat, yerli gəlirləri 834 538,0 min manat, mərkəzləşdirilmiş xərcləri 19 446 050,0 min manat, yerli xərcləri 1 653 950,0 min manat) məbləğində təsdiq edilsin.Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib.
Qanunda qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilsin.Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
“WhatsApp”da Yenilik!
Asan salat (foto resept)
Divan dəsti seçimi
2018-in yay aksesuarları
Metropolitenin yeni rəisi kimdir?
Məşhur Müğənni Həbs olundu-SƏBƏB
Qışa hazırlıq
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
Şou ulduzu protein reklamına çəkildi - FOTO
Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır
Yaşlı halını xatırladığımız məşhurların cavanlığı
Şəbəkə sənəti
Pəhriz saxlamadan arıqlamanın 15 yolu
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək daha çətindir-FOTO
Hamilə qadının bətnində 13 uşaq var
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Bir həftədə 27 milyon insan izlədi
İstedadı ilə təəccübləndirən makiyaj ustası
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
Həyatda özgəsinin,qəlbimdə sənin oldum
Qadın.Netlə birlikdə hamiləlik (39-cu həftə)
Məşhur qadının məzarı tapıldı
İrina Şeykdən fərqli FOTO
Bir-birinə oxşayan 3 xəstəlik
İşçiyə az maaş verənlərin nəzərinə!
Saç tökülməsinə qarşı 3 bitki mənşəli həll
Avstraliyanın fərqli dünya olduğunu göstərən xüsusiyyətlər
Dəri ağardan təbii maskalar
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir
Fransız rəssamın dadlı dizaynları
Fərqli və gözəl yeni il ağacları
Gözlənilməz imici ilə hər kəsi təəccübləndirdi
Saçları rəsmlərdəki kimi boyadı
Hər il 300 ton qızıl zibilliyə atılır
BMW yeniliyi göstərdi
Azərbaycanda güclü zəlzələ olacaq?
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Duyğuların qoxusu
Ağız suyunun axması
Maraqlı və gülməli hamam əşyaları
COVID-19-un şiddətli keçməsinin səbəbləri
Dünyanın ən böyük yaddaş kartı o olacaq
76 mindən çox şagird imtahan verəcək
Göyəm salatı (foto resept)
Noxud şorbası (foto resept)
Pnar Altuğ 13 sonra ETİRAF etdi
Dəbdən düşməyən rəng
- ŞƏRHLƏR