Bakıda hava 19°
USD AZN
EUR AZN

Televiziyadan düzgün istifadə qaydaları

Televiziyadan düzgün istifadə qaydaları

Müasir həyatımızın sürəti və qarmaşıqlığı insan diqqətinin uzun müddətli olmasına qarşı düşmən kəsilib. Diqqətin ən qabarıq düşmənlərindən biri isə televiziyadır.
İnkar etməyək ki, bir çoxlarımız televiziyanın sürətli tempi tərəfindən təlimləndirilərək böyüdük. Uşaqlığımızdan çizgi filmləri daxil yaşa dolduğumuz çağlarda müxtəlif proqram, verililşlər, serial, filmlər və s, hər birinin "inkişafımızda" rolu olub. Ən çox izlənən və bəyənilən TV Şoular hadisələrin arasını dolduran hekayələrlə bəzədilərək, əsas mövzunun 20 dəqiqəyə sıxışdırıldığı bir verilişdən, şoudan nə öyrənmək olar axı? Hələ bunların arasında verilən 5 dəqiqəlik reklamları demirəm. Bütövlükdə verilişdə ana mövzu olaraq 20 dəqiqəlik məsələ bəzədilərək 1 saat müddətinə çıxarılır və bununla da insanların qiymətli zamanları əllərindən alınmış olur.
Bəzi psixoloq və psixoterapevtlərə görə müasir televiziya verilişləri 90% zaman itkisindən başqa bir şey deyildir. İnsanlar belə verilişlərə bağlı hala gəliblər. Bu şəkildə verilən biliklərin kimsəyə faydası yoxdur. Hətta daha irəli gedərək  yeni körpə doğulan ailədə televizorların atılmasını iddia edən mütəxəssislər (Dr. Ross McCabe) də var. Onların fikrinə görə uşaqlar televiziya ilə tanış olduqları zaman həyatın reallıqlarından uzaq düşürlər və cizgi filmlərinə (xəyal dünyası)-na daha çox bağlanırlar.
Bəli, mən də buna qatılıram. Televizor bir çox insan üçün köklənmiş olduğu yararsız vərdişlərin yaranmasına gətirib çıxarır. Uşaqlarınızın daha yaxşı, daha həqiqi düşünməsini istəyirsinizsə, televizoru atmalısınız! Yox əgər ata bilmirsinizsə, hazırkı zamanda buna hazır deyilsinizsə, ən azından aşağıdakı qaydalara əməl edərək televiziyadan düzgün istifadəni öyrənməlisiniz.

Televiziyadan düzgün istifadə qaydaları

Televiziyadan düzgün istifadə qaydaları:

1. Bir saat ərzində bir neçə dəqiqəlik bir çox qonağı olan verilişlər yerinə bir tək qonaq çağrılmış verilişi izləyin. Bir saat müddətində 4,8 və ya 12 mövzusu olan veriliş əvəzinə yalnız bir mövzusu olan verilişi izləyin. Gün boyu 3 ədəd bir saatlıq serial izləmək yerinə üç saatlıq bir film izləyin.

Televiziyadan düzgün istifadə qaydaları

2. Sənədli film izləyərkən diqqətinizin yayınmaması üçün verilişi və ya filmi izləyərkən qəti olaraq yemək yeməyin və ya çay, qəhvə içməyin, çərəz də olmamalıdır. Nəzərə almalısınız ki, bu cür öyrədici verilişləri izlədikdə yemək-içmək səyi həm diqqəti yayındırır, həm də materialı qavramaq üçün lazım olan gərginliyi qırmağa səbəb olur. Əgər belə materialları öyrənmək məqsədilə izləyirsinizsə, veriliş bitənə qədər heç bir kənar məşğuliyyətlə məşğul olmayın.
3. Həftənin iki, yaxud üç günü ümumiyyətlə televizoru açmayın. Həmin günləri real həyatla bağlı işlərinizi görün. Darıxsanız, sıxılsanız, maraqlı bir öyrədici kitab oxuyun. Məqalə hazırlayın, məsələn, mənim indi sizlərə təqdim etdiyim bu kiçik məqalə kimi. Əgər yazmaq həvəsiniz yoxdursa, ən azından beyin inkişafı üçün çalışmalar, məntiqi hesablamalar, yaxud rəsm çəkmək, boyamaq kimi məşğuliyyətlərlə də məşğul ola bilərsiniz.
4. Televiziyada arzusunda olduğunuz öyrədici bir proqram, verilişi izləmək həvəsindəsinizsə, bəyəndiyiniz kanallardan birinə email yazın, yaxud zəng edin və hansı silsilə öyrədici verilişi izləmək xahişinizi bildirin.
5. Son olaraq, elə edin ki, televiziya sizin ixtiyarınızda olsun, siz onun yox!

Səslərin sayı: 4
28
3990
loading...
Şərhlər
Offline
Iceberg
Tv asliligi bir az da primitiv heyat terzinin neticesidir
7 aprel 2016 22:53
imza: shafaabdulla.blogspot.com
Offline
Melis Dadayeva
tv ye baxmiram ama gunum demek olar kompyuterde kechir hem ishde hem evde :)
7 aprel 2016 21:01
Offline
Fatma xanım
Bizdə televizor işləməsə mən darıxıram
7 aprel 2016 19:29
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Azadə Həbibzadə
Hec televizora baxmiram.Arada oda uzaqdan
29 mart 2015 00:48
Offline
Mələksima
Televizorla elədə çox aram yoxdu çunki baxılası yaxşı bir şey yoxdu televizorda.
19 mart 2015 12:36
Offline
Xanim_Xatun
Televiziyada arzusunda olduğunuz öyrədici bir proqram, verilişi izləmək həvəsindəsinizsə, bəyəndiyiniz kanallardan birinə email yazın, yaxud zəng edin və hansı silsilə öyrədici verilişi izləmək xahişinizi bildirin.
12 mart 2015 19:16
Offline
Wirin Qiz
Xeberlere gore tesekkuler.
16 yanvar 2015 23:38
Offline
Gulay
Televizora evveller cox baxirdim, indi yox.
14 yanvar 2015 01:48
Offline
Xanim_Xatun
Evvelr uzanib baxardim.Amma indi tərgitmişəm..
27 dekabr 2014 10:54
Offline
nigar dadasova
heqqiqetende bu deyilenler dogrudur
26 dekabr 2014 07:28
Offline
Ruziw_seninem
xebere gore tewekkurler winked
25 dekabr 2014 15:19
Offline
●♥ Səma ♥●
Teshekkurler,Ceylan xanim.Maraqli movzuya toxunmusunuz.Reklamlardansa hec danishmasaq olar,eseb kecirirem reklam gelende verilishin,ya filmin arasinda,hem de en maraqli yerinde...dash
24 dekabr 2014 16:14
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
nihatmehtizadə
Biz də çox baxılır.Ən çox böyüklər,onlardan sonra da uşaqlar,açanda da multik kanalında açılır.Təşəkkürlər.
24 dekabr 2014 09:42
Offline
H.M
Umumiyyetle televizora baxan deyilem, herden nese maraqli bir wey olsa izleyirem.
Bir iki serial var ki, onlara baxiram.
23 dekabr 2014 22:40
Offline
Fatma xanım
Yaxşı yazıdı e amma mən televizora baxmasam gün keçməz
23 dekabr 2014 18:05
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Nəzrin
Mən evdə tək olsam lap əlimdə işim olsun televizor mütləq yanılı olmalıdı lazımlı maraqlı nəsə olanda izləyirəm Təşəkkür
23 dekabr 2014 15:15
Offline
Qəribə
Men de cox az baxiram televizora, cox maraqlı xəbər idi.
Tesekkur edirem Ceylan xanim. give_ros
23 dekabr 2014 12:05
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Zehra.
maraqlı xəbər üçün təşəkkür.
23 dekabr 2014 10:29
Offline
Nermin_Guler
Mən televizorda əsasən türk seriallarına baxıram. başqa heç nə))
23 dekabr 2014 10:22
Offline
QWEN
5.bənd əla yazılı, əməl etsək, lap əla olar, əllərinizə sağlıq, aktual xəbərdi
23 dekabr 2014 09:52
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )