Bakıda hava 14°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:25Sima cumemiz xeyirli olsun 10:45PERI herkese gunaydinnn 09:20Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39443

Qızlıq pərdəsi və ya bakirət (II hissə)


Qızlıq pərdəsi necə yırtılar?
 
Cinsi yaxınlıq zamanı  və ya xarici bir cisim vajinaya girdiyində (əgər girən cisim qızlıq pərdəsinin ortasındakı dəlikdən böyüksə) yırtılar və qanama olar. Yırtılma ümumiyyətlə bir neçə fərqli yerdən ola bilər. Əgər cinsi əlaqəyə davam edilsə yırtılmanın olduğu yerdən qanama az-az davam edər. İlk yırtılmadan 3-4 gün sonra yırtıq yeri sağalar. Qanama miqdarı qızlıq pərdəsinin qalınlığına, quruluşuna və cinsi əlaqənin şəklinə bağlıdır.
 
İlk əlaqədə mütləq hər qadında qanama olarmı?
 
Hər qadında ilk əlaqədə qanama olacaq deyə bir qayda yoxdur. Bəzi qızlıq pərdələri o qədər elastik olurki  qanama olmadan qızlıq pərdəsi genişlənir. Və ya yırtılan yerdəki qananma və damarlar az olduğundan ötəri, fərq edilməyəcək qədər az qanama olar. Qadınların təxminən 30 % ində qızlıq pərdəsi yırtılan zaman çox qanama olmaz.
 



 

Qızlıq pərdəsi cinsi əlaqə xaricində də pozula bilərmi?

Cinsi əlaqə xaricində qızlıq pərdəsi çox nadir olaraq yırtılar. Ciddi bir zədə və ya bir qəzada o bölgənin yaralanması ilə nadir də olsa qızlıq pərdəsi zərər görə bilər. Əlaqə xaricində nadir olaraq bəzən uzaq şərq idmanı, gimnastika kimi aktiv və normalın xaricində qıç açma hərəkəti edənlərdə, qəza və bəzən yıxılmalarda da yırtıla bilər. Ata və ya velosipedə minmə ilə yırtılma olacağına dair çox da əsassız qorxular vardır. Velosipedə minmə ilə cırılması anatomik quruluş olaraq qeyri-mümkündür.

Qızlıq pərdəsinin nə vaxt və necə cırıldığı aydın olarmı?

 Yırtılmanın üzərindən 7 gün keçdikdən sonra, bu  yırtılmanın yenimi yoxsa nə vaxt  yırtıldığını söyləmək  mümkün deyil. Qızlıq pərdəsinin nə tərəfindən və necə cırıldığı da bilinə bilməz, cinsi əlaqə zamanımı, barmaqlami, başqa bir cisimləmi və ya qəza - zədə nəticəsindəmi  yırtıldığını anlamaq mümkün deyil.

Qızlıq pərdəsi və ya bakirət (II hissə)


 

Qızlıq pərdəsi yırtılanda qanama nə qədər olmalıdır?

Adama görə qanama miqdarı dəyişir. Qızlıq pərdəsinin quruluşu, qalınlığı və cinsi əlaqəyə giriş şəkli qanamanın miqdarını təyin edir. Ümumiyyətlə az miqdarda, özbaşına dayanan, bir gigiyenik pedi doldurmayacaq tərzdə, bəzən çüründü şəklində qanama olur. Nadir olaraq yırtılma əsnasında bir damar ağızı açılar və qanama dayanmaz. Bir həkim müdaxiləsi ilə yırtılan yerin tikilməsi lazımdır. Məqsəd qızlıq pərdəsi təmiri deyil qanayan yeri təmir etməkdir.

Qızlıq pərdəsini pozulması ağrıya səbəb olurmi?

Evlənmədən əvvəl müayinə və məsləhətləşmə üçün müraciət edən qadınların ən böyük narahatlıqlarından biri, ilk cinsi əlaqədə ağrı olub olmayacağı, qızlıq pərdəsinin yırtılmasının ciddi bir narahatlıq və ağrıya səbəb olub - ola bilməyəcəyidir. Ağrının olub olmayacağında ən əhəmiyyətli faktor cinsi əlaqədə cütlər arasındakı uyğunlaşma və kişinin davranışı ilə qadına olan yanaşmasıdır. Hər şey normal isə ümumiyyətlə ciddi bir ağrı və sancı olmamalıdır. Olan ağrı da 5-6 deqiqə davam edir və getdikcədə azalır


Qızlıq pərdəsi və ya bakirət (II hissə)


 

İlk cinsi əlaqəni asanlaşdırmaq üçün nələrə diqqət yetirmək lazımdır?

Ağrını və qorxunu azaltmaq üçün cütlərin psixoloji olaraq cinsi əlaqəyə hazır olmaları əhəmiyyətlidir. Cinsi yaxinliqdan əvvəl sevişmə vajinal ifrazatı artıracağı üçün bu əlaqəni asanlaşdırar. Əgər qızlıq pərdəniz qalın isə və ya çox qorxunuz var isə, həkiminizin təklif edəcəyi sürüşkənləşdirici istifadə edin.

Yırtılan qızlıq pərdəsi özbaşına düzələrmi?

Xeyr. Yırtılan qızlıq pərdəsi özbaşına düzəlməz. 4-5 gündə yırtılan bölgə epitelyum ilə örtülüb yırtıq olaraq qalmağa davam edər. Tibbi olaraq qızlıq pərdəsinin öz-özünə düzəlməsi və ya bir krem sürtülərək yaxınlaşıb təkrar təmir olması mümkün deyil.


Qızlıq pərdəsi və ya bakirət (II hissə)


 

Qızlıq pərdəsi yırtılmadan hamilə qalmaq mümkündürmü?

Qızlıq pərdəsi yırtılmadan hamilə qalmaq mümkündür. Qadın genital orqanının xarici qisiminin sperma ilə təması və bulaşması hamilə qalmaq üçün kafi ola bilər. Bir çox gənc qız qızlıq pərdəsinin cırılmaması üçün "sürtünmə yolu" ilə cinsi əlaqəyə girir və nadir olaraq da olsa bu şəkildə istənməyən bir hamiləlik meydana gəlməsi ilə qarşı-qarşıya qalır.

Qızlıq pərdəsininin quruluşunu həkimə getmədən insan özü qiymətləndirə bilərmi?

Xeyr, bir qadının öz qızlıq pərdəsi quruluşunu ayna istifadə edərək və ya başqa bir alətin köməyi ilə qızlıq pərdəsinin quruluşu haqqında şərh etməsi texniki və tibbi olaraq mümkün deyil. Qızlıq pərdəsi müayinəsi mütəxəssis bir jinekolojik müayinə ilə qızlıq pərdəsinin quruluşu aydın ola bilər.

Qızlıq pərdəsi və ya bakirət (II hissə)


Qızlıq pərdəsinin pozulub pozulmadığı necə aydın olar?


 

Qadının özünün bunu anlaması mümkün deyil. Jinekolojik müayinə ilə bir qadın doğum mütəxəssisi və ya jinekoloq tərəfindən qızlıq pərdəsinin pozulub pozulmadığı aydın ola bilər. 18 yaşından böyük qadınlar öz arzuları ilə bunu öyrənə billərlər və müayinəni edən həkimin də xəstə istəmədiyi təqdirdə üçüncü şəxslərə müayinə nəticəsini bildirmə və ifadə zəruriliyi yoxdur. Bakirəlik yəni bekaret müayinəsi çox asan olub jinekoloq tərəfindən göz ilə baxılıb qərar verilir və ağrılı bir əməliyyat deyil. Bəzən bu hymenin anatomik quruluşundan çətin aydın olduğu üçün böyütmə və kolposkopi ilə baxmaq gərəyə bilər.


Qızlıq pərdəsini tikilib təmir edilə bilinərmi? Qızlıq pərdəsinin tikilməsi necə edilir?


Tıbbən qızlıq pərdəsini tikib təmir etmək mümkündür. Bu əməliyyata hymenoplasti adı verilir.
Qızlıq pərdəsi təmiri qadın jinekoloq tərəfindən edilər. Hər qadın jinekoloğu dəyişik səbəblərdən bu əməliyyatı etməz. Tikiləndən sonra mütləq qanama olacaq deyə bir zəmanət yoxdur. Qızlıq pərdəsi tikilməsi iki şəkildə edilir. Cinsi əlaqədən və evlənmədən çox müddət əvvəl edilən estetik bir düzəltmə ilə süni bir qızlıq pərdəsi edilir. Digər bir üsul isə evlənmədən 2-3 gün əvvəl qızlıq pərdəsinə qoyulan tikiş ilə edilir. Hər iki üsul da lokal anestezi ilə edilə bilən çox qanama və əməliyyat riski olmayan və qısa müddətdə (15-30 dəqiqə) tamamlanan tətbiqlərdir.


 

Süni qızlıq pərdəsi nədir? Necə istifadə edilir?

Normal bakirət pərdəsinin bütün xüsusiyyətləri göstərən süni qızlıq pərdəsi bir məhsuludur. Süni qızlıq pərdəsi bitki mənşəli və zülal əsaslıdır. Buna görə bədənə heç bir şəkildə əks təsiri olmaz. Vajina içərisinə yerləşdirilən bu məhsul ilk günkü kimi bir vajinal gərginliyi süni olaraq təmin edərək bunun yanında penetrasyon nəticəsində içindən qırmızı rəngli bir maye çıxır.

Əlaqəyə girmədən əvvəl istifadə edilir. Qadınlarda vajina axıntısını sıxlığı dəyişdiyi üçün məhsulun fərdi olaraq vajinaya neçə dəqiqə əvvəl yerləşdirilməsi hər qadına görə dəyişir. Bu müddət ortalama olaraq 20-30 dəqiqədir. Məhsul 20-30 dəqiqə əvvəl vajinanın 3-5 sm dərinliyinə yerləşdirilir və vajinada olan axıntıyla birlikdə süni pərdə əriyərək həmin hissədə bir pərdə əmələ gətirir. O əsnada da məhsulun içindəki qırmızı toz qana çevrilmiş olur. Penisin vajinaya girməsiylə süni pərdə cırılır və çölə bakirə bir qadından çıxacaq qədər eyni miqdarda qan çıxır.


SONDA BÜTÜN QIZLARIMIZA ALNI AÇIQ, BAŞI DİK VƏ BƏDƏNLƏRİ QƏDƏRDƏ RUHLARININ DA TƏMİZ OLARAQ AİLƏ QURMASINI DİLƏYİRƏM.

 

Qızlıq pərdəsi və ya bakirət (II hissə)



 


Səslərin sayı: 109
183
447514
loading...
Şərhlər
Offline
asi
Allah qızlara ağıl versin bəzilərini 1 azca da olsa onlarda bas yoxdu
23 dekabr 2014 22:26
Offline
SEHERshehi
request ALLAH sona qeder uzu ag alniaciq olmaqi nesib elesin girl_ten
20 dekabr 2014 21:50
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah butun qizlarimiza ata evinnen alni aciq uzu aq ,,aq gelinlikde gelin cixmaqi nesib etsin.Aminnn.Qizin en gozel ,en qiymetli cehizi onun terbiyesidi,namusudu..
20 dekabr 2014 21:36
Offline
Aysel İ.
Hami evlenende temi ve pakliqi ile evlenmeyi diliyirem Allah uzaq etsin qizlarmiiz ozlerin qorusun insan ucun toy gecesi 1 defe olur

Doğrudur.
20 dekabr 2014 21:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Irane
Maraqli idi,cox tesekkurler
24 iyul 2014 20:25
Offline
tamara
Allah uzaq elesin . Neyseki ele derdim yoxdu. Inshallah hec bir qizimizin olmaz.
24 iyul 2014 20:13
Offline
Deniz N-va
Allah uzaq elesin dance1
29 may 2014 14:13
Offline
Aynureisayeva
Salam qizlar.mumkunse mene komeyiniz lazimdir.

qizlar mumkunse mene meslehet verinde cox xahiw edirem
23 aprel 2014 00:55
Offline
Zeyneb-Esger
Allah butun qizlarimiza agil versin butun qizlar er evine alni aciq uzu ag basi dik gelin kocsun
17 aprel 2014 14:15
Offline
Musayev Elnar
allah qizlara axil versin birdeki durust er
25 mart 2014 22:49
Offline
Minira Aslanzade
İAllah bütün qızlarımızı ağılsızlıq etməylərindən qorusun gəlinliklə təmiz ər evinə gəlin köçsünlər.AMİN!İnŞəAllah! give_ros
25 mart 2014 17:06
Offline
aylin eliyeva
menim bir bibim qizi var 9 yasi olanda yixilib stolun ortasina girib azca qan gelib ama zedelenen yeri olmayib bilmek isteyirem qizliqda acilis ola biler xais edirem o qiz cox narahatdi menim sualimi cavablandirin

7 mart 2014 12:00
Offline
aida memmedova
Allah bütün aillələri xoşbəxt etsin
27 fevral 2014 01:15
Offline
seva axundova
allah butun qizlara agil versin her bir qiz oz qizliq adini qorumalidir
27 yanvar 2014 22:07
Offline
Alina
sevdiyin insanin sene sahiblenmesi geder gozel duygu yoxdu,bunnan sonra bilirsen ki sen onun qadinisan,men wexsen yasamisam,ve bunu bilirem kiss
2 noyabr 2013 14:23
Offline
nurcan
Allah uzag elesin butun qizlar ata evinnen alni acig yola duwsun
13 sentyabr 2013 21:16
Offline
YAQUT
ALLAH bütün qızları qorusun AMİN
12 sentyabr 2013 17:58
Offline
♥♥♥ Elena♥♥♥
ALLAH burun qizlarimiza uzu ag ata evinen cixmagi nesib etsin.Amin.bezi qizlar varki evlenmeden bele elaqede olurlar men ele qizlari hec basa dusmurem.ve pis baxiram.hami oz adin qorumalidi.
12 sentyabr 2013 17:43
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Offline
.
ALLAh butun qizlari qorusun ici men qarisiq.pisliklerden pis hadiselerden ki er evine uzu ag , basi dik gedek. AMIN. Bezi QIzlarda gerek agilli olsunlarki ozlerini qorusunlar.
12 sentyabr 2013 17:42
Offline
Rzayeva Guler
Hami evlenende temi ve pakliqi ile evlenmeyi diliyirem Allah uzaq etsin qizlarmiiz ozlerin qorusun insan ucun toy gecesi 1 defe olur
12 sentyabr 2013 17:21
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )