Azərbaycan bankları müştərilərinin ödəniş kartlarını qorumaq üçün müxtəlif texnologiyalar tətbiq edir, lakin ən yaxşısı müştərinin ehtiyatlı davranmasıdır. Bunu Trend-ə "Unibank" ASC-nin icraçı direktoru Cəlal Qasımov deyib.
Onun sözlərinə görə, kartı başqalarının istifadə edə bilməyəcəyi yerdə saxlamaq, Pin-kodu özündə saxlamaq, onu karta yazmamaq lazımdır: "Unibank" 3D Secure sistemini tətbiq edib. Əsas təhlükələr onlayn tranzaksiyalardan yaranır, çünki bankomatlarda fırıldaqçını izləməyə kömək edən videokameralar quraşdırılıb. Bu sistemdən elə istifadə edirik ki, müştəri bankımızın kartından onlayn tranzaksiya həyata keçirəndə onun telefonuna kodun olduğu SMS-məlumat gəlir və o, yalnız bu kodu daxil etməklə tranzaksiyanı reallaşdıra bilər. Bununla da digər şəxslərin kartdan ödəniş etməsinin qarşısı alınır".
C.Qasımov qeyd edib ki, bankomatlara məlumatları ötürən qurğuların qoyulması ilə bağlı fırıldaqçılıq nümunələri var: "Bir sıra banklar, o cümlədən "Unibank" banklara antiskimmerlər - məlumatların köçürülməsindən mühafizə qurğusu quraşdırırlar. Müştəri qorunmayan bankomatdan istifadə edərkən kartını potensial təhlükəyə məruz qoyur. Bankomatlar yoxlanmalıdır, klaviaturada hər hansı bir şeyin qoyulub-qoyulmadığına, kartın qəbul yerinə baxmaq lazımdır. Adətən bunlar klaviaturaya və ya kartın daxil edildiyi yerə - riderə yapışdırılan şəffaf yapışqanlar olurlar.
Bankın icraçı direktoru əlavə edib ki, hər bankın risk qrupları var: "Əgər müştəri hər hansı riskdən ehtiyat edirsə, kartından gün ərzində müəyyən məbləğdən artıq pulun çıxarılmasının qarşısını ala bilər. Bunun üçün risk qruplarından birinə qoşulmaq xahişi ilə banka müraciət etmək lazımdır. Kart oğurlanarsa və ondan müəyyən hədd qoyulmuş məbləğ çıxarılarsa, müştəri SMS yolu ilə bu barədə öyrənəcək və sonra bank vasitəsilə kartını bloka sala biləcək".
Qeyd edək ki, 2014-cü il oktyabr ayının yekunları üzrə ödəniş kartlarının sayı 5864 ədəd təşkil edib.
XƏBƏR LENTİ
Heydər Əliyevin anım günüdür
Günün ulduz falı
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Kəsmikli alma piroqu (foto-resept)
Prezident fəxri ad verdi
Yoxsulları qurtaran asan dizaynlar
Kim tapar?
YAP Gənclər Birliyinin "Yay məktəbi" davam edir
Nurgül Yeşilçaya ad günü sürprizi
Günəşli hava sabah da davam edəcək
Analar və qızları
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Prezident onlara fəxri ad verdi - SİYAHI
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Kainat gözəli qüsurlarını göstərdi-FOTO
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Kardi B boşanır
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏДћ
Şirin pizza (foto resept)
Jerar Depardye azərbaycanlı rəssamın atelyesində-FOTO
Ürək pirojnası (foto resept)
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Limonlu brauni (foto resept)
Ermənistan Azərbaycana başqa yol qoymur
Dodaq makiyajında nəyə diqqət etməli?
İdeal almaz satılır
Ətli kesadil (foto resept)
Ən çox yayılmış burun tipləri
Bədheybət yenidən GÖRÜNTÜLƏNDİ=ŞOK FOTO
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Yardımlı rayonu
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Terrorçulara görə islamı günahkar saymaq olar?
Azərbaycan Ebolaya qarşı hərəkətə keçdi
Qaliblər bəlli oldu
Azad söz (7-ci hissə)
Günəş ləkələrinə qarşı nə etməli?
Amerikasayağı Lamborghini Aventador
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Günün qoroskopu:Aktiv olun!
Əsil epilyasiya prosesi və hazırlanması
Divar saatları
Arvadının 8 il həbsini tələb edir
Qəzəblənə bilirsinizmi? (test)
23 yaşlı gəncin vəsiyyəti üzə çıxdı
Həyatda istədiyinizi əldə etmək üçün 3 qayda
- ŞƏRHLƏR