Dermatoloq-kosmetoloq Arzu Əhmədovanın sözlərinə görə, döymə vurdurma prosesində bir çox meyarlar ola bilər ki, insan sağlamlığına zərər vura bilsin: "Məsələn, döymə vurdurulan yer və vasitələr steril olmalıdır. Əgər belə olmasa, döymə vurduran şəxsi tetanoz, herpes virusu, Hepatit B və C kimi yoluxucu ciddi risk daşıyan xəstəliklərə yoluxma riski gözləyir. Bunula yanaşı AİDS və siflis kimi infeksiyaların yoluxmasına da səbəb ola bilər. Bütün bunlarla yanaşı müxtəlif allergik reaksiyaların əmələ gəlməsi də müşahidə oluna bilər Steril olmayan vasitələr linfa vəzisi iltihabı və xeloida gətirib çıxarır".
Həmsöhbətiimizə görə, sonradan fəsad yaşamamaq üçün döymə vurdurulan yerin və vasitələrin steril, döymə vuranın isə professional olmasına diqqət yetirmək lazımdır. Mütləq dəri altına yeridilən boyanın tərkibi ilə də maraqlanmaq lazımdır. Çünki bəzi boyaların tərkibində xərçəngə yol aça bilən piqmentlərin olması mümkündür: "İndi göz, dodaq və qaş döyməsi daha çox müraciət edilən döymələrdir. Buna da ən çox qadın və qızlarımız üstünlük verir. Sağlam olmayan mühitlərdə aparılan əməliyyatlar çox yaxın zamanda öz fəsadlarını göstərir. Bu, elə ilk günlərdən dodaqlar, qaşlarda yaraların əmələ gəlməsi ilə özünü göstərsə də, sonradan daha ağrıdıcı fəsadlar üzə çıxa bilir. Hətta boyanın tərkibində zərərli maddə olarsa və bu maddə ilə göz döyməsi edilərsə, bu, kor olma ilə də nəticələnə bilər".
Həkim deyir ki, döymənin vurdurulması qədər sildirilməsi də təhlükəli və ağrıdıcıdır. Döymə sildirmək bir əməliyyat keçirməyə bərabərdir. Dərinin altında boyanın qaşınılıb çıxarılması cərrahi bir müdaxilədir və infeksiya riski daha çoxdur. Dəridə yaraların yaranması, döymə izinin ömürlük qalması çox tez-tez qarşılanan haldır.
Son zamanlar "Lazerlə döymələrin silinməsi" reklamlarına çox rast gəlirik. Müsahibimiz bildirir ki, tək lazer dalğası ilə döymələri silmək mümkün deyil. Məsələn, qara rəngi silmək üçün istifadə edilən şüa dalğası dəriyə elə zərər verə bilər ki, o zərəri heç bir müalicə ilə aradan qaldırmaq mümkün olmaz. Lazerlə döymə sildirmədə döymənin vurulduğu bölgələr böyük əhəmiyyət daşıyır. Belə ki, üz və boyuna vurulan döymələr daha asan silinr. Bu bölgələr surətlə sağaldığı üçün güclü lazer dalğası ilə təsir etmək mümkün olur.
A.Əhmədova bildirir ki, lazerlə döymə təmizləmə seansları arasında 4-8 həftə ara olmalıdır. Yəni 2 gündən bir lazer əməliyyatı sağlamlığa zərər verməklə yanaşı döyməyə də təsir etməz. Bəzi döymələrin silinməsi hər seans 5 dəqiqə, bəzilərində isə hər seans 1 saat çəkə bilər. Lazer seansları zamanı dəridə qızarma və şişkinlik müşahidə edilə bilər. Amma bu reaksiyalar 15 saat ərzində keçir. Lazer seanslarından sonra mütləq məsləhət edilən kremlərdən istifadə olunmalı, 2 həftə lazer şüası edilən bölgə günəş şüasından qorunmalı və 4 həftə müddətində plinq edilməməlidir.
Həmsöhbətimizə görə, döymə sildirmə zamanı əməliyyatdan sonra çox zaman iz qalsa da, lazer slinməsi zamanı iz qalmır: "Əgər düzgün qulluq edilərsə, dəri bir müddət sonra əvvəlki vəziyyətinə düşə bilir. Amma unutmamaq lazımdır ki, döymə 2-3 saata vurdurulsa da, silinməsi illər tələb edə bilər".
XƏBƏR LENTİ
Suçiçəyi xəstəliyi
Dərman kimi meyvə suları
Məşhur aktrisa imicini dəyişdi-FOTO
Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO
Bakıdan qorxan ermənilər
ADNA qurbanları
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar
2 əsrlik saatı divardan oğurladılar
“Ermənistanla sərhədlər açılmayacaq”
Körpələrdə burun tutulması
Vətəni Azərbaycandır, amma Çindən gətirilir
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Kayli Cennerdən 2 yaşlı qızına inanılmaz HƏDİYYƏ-VİDEO/FOTO
Məşhur model tənqid hədəfi oldu-FOTO
"WhatsApp" da barmaq izinə keçir
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Erməniləri çox qorxudan səfər
List kababı (foto-resept)
İman edən alimlər-2
İşias ağrılarını azaldaq
Hər zövqə uyğun çanta modelləri
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Arıqlamaq üçün pəhriz
Sakinləri sərxoş quşlar barədə xəbərdar etdilər
Azərbaycanda çörəyi ilə seçilən kənd - VİDEO
Oruc tutanlar imsaqda çay içməsinlər
Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Gəlin və bəyin heyvan sevgisi
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
“İstanbullu gəlin”in yeni mövsümünün ilk fraqmanı-VİDEO
Unutmağın acısı
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
Monika Belluçinin bu FOTOsu diqqət çəkdi
Hamının sevimlisi
Ordumuza belə qiymət verdi
Bu günün hava proqnozu
Xoşbəxt bir həyat yaşamağın 30 yolu
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?
"Bizim Tarla" Nar Şirəsi məhsulu
Hamiləlik zamanı əsəbiləşmək
Tarkan Rusiyada konsert verəcək-800 min dollarlıq qanorar
Defne Samyelin qızı da aktrisalığa başladı
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
"Tısbağa" tortu və "Zebra" piroqu
Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
- ŞƏRHLƏR