Yeni ilə sayılı günlər qalır. Bayramda insanları hər şeydən əvvəl bayram süfrəsinin qurulması düşündürür. Bayramqabağı qiymətlərin artacağını düşünənlər alış-verişi tez etmək istəyirlər.
ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda qiymətlərdə elə də artım yoxdur. Yeməklərin şahı, süfrələrin bəzəyi olan plov üçün lazım olan ərzaqların qiyməti belədir.
Kişmiş 3,5-4 manat, turşu 3-4 manat, ərik 5-7 manat, şabalıd 3-6 manat, düyü 1 manat 80 qəpik.
Dana ətinin kilosu 8 manat, quzu əti 10 manatdır. Toyuq əti növündən asılı olaraq qiyməti 2-4 manat arasında dəyişir.
Tərəvəz məhsullarından soğanın qiyməti 50 qəpik, kartofunku isə 80-qəpikdən 1 mant 50 qəpiyə qədərdir. Pomidor və xiyarı 1 manat 50 qəpiyə almaq olar.
Meyvələrə gəlincə, bazarda satışa çıxarılan almanın çeşidi daha çoxdur. Qiyməti isə 50 qəpikdən 1 manata qədərdir. Naringi 1-1,5 manata, apelsin, banan və armudun qiyməti isə 2 manat civarında dəyişir. Nar və heyvanı 1-2 manata almaq olar.
Satıcılar deyir ki, hazırda kənd təsərrüfatı məhsullarının satışı marketlərdə də həyata keçirildiyindən bazarlarda alıcı qıtlığı yaşanır.
Alıcıların fikri isə müxtəlif oldu. Onlar həm bazarlardan, həm də qiymətlərdən razıdırlar.
Kənd təsərrüfatı nazirliyi bahaçılıqdan şikayətlənən alıcıları nəzərə alıb Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 27-31 dekabr tarixlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını keçirəcək. Yarmarkalar paytaxtın Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail, Suraxanı, Binəqədi rayonlarında 7 ünvanda təşkil olunacaq.
Bu bayram yarmarkalarında əvvəlkilərdən fərqli olaraq satışa çıxarılan məhsulların çeşidi və miqdarı çox olacaq. Həmçinin 60-a yaxın rayondan gətiriləcək kənd təsərrüfatı məhsulları ilə yanaşı sahibkarlar da öz ərzaq məhsullarını yarmarkada satışa çıxara biləcəklər.
Yarmarkalarda nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
XƏBƏR LENTİ
Quru süddən hazırlanmış məhsullar süd məhsulu kimi satılmasın - TƏKLİF
Koronavirusa görə kimlər birdəfəlik ödəmə alacaq? - Nazirlikdən AÇIQLAMA
Kimlərin təqaüdü artıq olacaq?
Tatuajla bağlı sensasiyalı açıqlama
Saç çubuqları
Heyvanların da duyğuları var
İsrailin Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunması üçün qaldırılan iddianı rədd etdi
Kerem Bürsin ilk dəfə Hande Erçel haqqında danışdı
Kişilər qadınlarda nə axtarır?
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Meray 17 ildir bu xəstəlikdən əziyyət çəkir
Bakıda külək enerjisindən istifadə edən bina inşa ediləcək
Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi
Mürəbbəli peçenye (foto resept)
1 ədəd şokolad həyatını xilas etdi-FOTO
Qadınlarda sonsuzluğun 7 əlaməti
Azərbaycan "Ebola" ehtiyatı tutur
HAVA necə olacaq?-10 FEVRAL
Ermənistana sərt xəbərdarlıq: "İstənilən hərbi obyekt məhv ediləcək"
Səhiyyə Nazirliyindən malyariyaya ilə bağlı açıqlama
Sibirdə sirli çuxur meydana gəldi
Hava haqqında - 11.03.2014
Yeməyə görə kalorini necə yandırmalı?
Dərinizi şaxtalı havadan qoruyun
Türkiyənin baş naziri Binali Yıldırım olacaq?
Facebook-da yeni qadağadan xəbəriniz var?
Burcu Esmersoy KÖKƏLDİ
Milli Şura bəhanə idi?
Rus dili - РџРї
Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Yaxşı duruş üçün 4 sadə test
Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur
Çalışın ki...
Rusiyanın Birinci kanalının Azərbaycandakı seçkilərlə bağlı repotajı
Sevdiyini ilk kim etiraf etməlidir?
Niyə duzdan az istifadə etməliyik?
IDEA məktəblilər üçün ekoloji tədris proqramına başlayıb
Genetik: Koronavirus özünü çox qeyri-adi aparır
Bu geyimlər koronavirusdan qoruyur
"Hande möhtəşəmdir" - Kerem tərifləməkdən yorulmadı
Kartof dolması (foto resept)
Azərbaycanda məktəblilər neçə gün evdə olacaqlar?
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT
Selena Gomez Kann festivalında göz oxşadı-FOTO
Eşq bağlılıqdırmı?
Azərbaycanda yeni zavod açıldı
Türkiyədən ABŞ-ın sanksiyalarına SƏRT REAKSİYA
Hava haqqında
Ayaqdakı göbələyini aradan qaldıran üsullar
Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?
- ŞƏRHLƏR